Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kris Kornell (ing. Chris Cornell; 20 iyul, 1964 – 18 may, 2017) — amerikalı musiqiçi, bəstəkar. "Audioslave", "Soundgarden" qruplarının vokalisti.

Kris Kornell

  • Ana Səhifə
  • Vikipediya
  • Kris Kornell

Kris Kornell (ing. Chris Cornell; 20 iyul, 1964 – 18 may, 2017) — amerikalı musiqiçi, bəstəkar. "Audioslave", "Soundgarden" qruplarının vokalisti.

Kris Kornell
ing. Chris Cornell
Ümumi məlumatlar
Doğum adı Christopher John Boyle
Doğum tarixi 20 iyul 1964(1964-07-20)[…]
Doğum yeri
  • Sietl, Vaşinqton, ABŞ
Vəfat tarixi 18 may 2017(2017-05-18) (52 yaşında)
Vəfat yeri
  • Detroyt, Ueyn dairəsi[d], Miçiqan, ABŞ
Vəfat səbəbi asılma[d]
Dəfn yeri
  • Hollivud-Farever qəbiristanlığı[d]
Uşağı 3 (Lily Cornell Silver daxil olmaqla)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, mahnı yazarı[d], gitaraçı, musiqiçi
Fəaliyyət illəri 1984–2017
Janrlar rok, alternativ rok, hard-rok, qranj, alternativ metal
Musiqi alətləri gitara
Səs tembri bariton
Albom şirkətləri Sub Pop, Republic Records
Üzvlüyü
  • Soundgarden (1984, 2010–1997, 2018)
İmzanın şəkli
chriscornell.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İlk illəri

Kris Kornell 20 iyul, 1964-cü ildə ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində doğulub. Altı uşaqlı ailənin övladı olan Kris qonşusunun evindən tapdığı "Beatles" qrupunun mahnılarını dinlədikdən sonra musiqiyə həvəsi yaranmışdı. Məktəb illərində bir çox problemlərlə üzləşən Kris 12 yaşından etibarən alkoqol, marixuana, LSD kimi bir sıra zərərli maddələrdən istifadə etmiş və bu vərdişini musiqiyə başladığı 16 yaşına qədər davam etdirmişdi.

1980-ci illərdə "The Shemps" adlı qrupda iştirak etmiş, qrup dağıldıqdan sonra isə həmin qrupun bas gitaraçısı Hiro Yamamoto ilə oxumağa davam etdi. Bir müddət sonra onlara qrupun gitaraçısı Kim Tayil da qoşuldu.

Musiqi kariyerası

1984–1997; 2010–2017: Soundgarden Soundgarden qrupu 1984-cü ildə Kornell, Yamamoto və Tayil tərəfindən qurulmuşdu. İlk olaraq qrupda Kornell həm barabançı, həm də mahnıları ifa edirdi. Daha sonradan isə qrupa barabançı kimi Skott Sandkvist qoşuldu və bundan sonra Kris ifalarına daha çox vaxt ayırmağa başladı. İfaları məşhurluq qazandın sonra bir çox mükafatlar qazanan qrup 1997-ci ildə qrup içindəki problemlərə görə dağılmaq məcburiyyətində qaldı. 2010-cu ildə isə Kris Kornellə birlikdə qrup yenidən quruldu və ifalarına davam etdilər.

2001-2007: Audioslave 2001-ci ildə Kris Kornell Tom Morello, Tim Kommerford və Bred Vilklə birlikdə "Audioslave" qrupunu yaratdı. Mahnıları ilə olduqca məşhurluq qazanan qrup həm də Kubada konsert verən ilk amerikan qrupu olaraq da tarixə keçmmişdilər.

Bütün bunlardan əlavə Kris Kornell solo olaraq da bir sıra mahnılar ifa etmiş, filmlər üçün musiqilər hazırlamış, həmçinin "Temple of the Dog" adlı qrupla da bir sıra çıxışlar etmişdi.

Ölümü

Kris Kornell həyatının böyük bir hissəsində depressiyadan və narkotik, alkoqol aludəçiliyi kimi bir sıra problemlərdən əziyyət çəkirdi. Xüsusilə, evliliyin uğursuz olduğu və “Soundgarden” qrupunun dağıldığı illərdə ağır depressiyadan əziyyət çəkmiş və ümidsizliyə qapılmışdı. Hər nə qədər bu depressiyaların öhdəsindən gəlsə də, yenə də tam şəkildə xilas olmağı bacarmamışdı. Belə ki, o, 2017-ci ilin 8 mayında Detroytda qrupu ilə birgə çıxış etdikdən iki saat sonra öz otel otağında özünü asaraq intihar etmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kris Kornell haqqında məlumat. Kris Kornell nədir? Kris Kornell nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qarşıdurma (astronomiya)

  • Mart 01, 2026

    1980-ci il

  • Fevral 27, 2026

    İmam Zeyd

  • Fevral 27, 2026

    Vinston Çörçil

  • Fevral 27, 2026

    E.ə. 544

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst