Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alfons Dode əsasən yumor üslubunda yazıb-yaradan məşhur fransız yazıçısıdır. O, 1840-1897-ci illərdə yaşayıb yaratmışdır.Özünəməxsus orijinal, yeni və maraqlı y

Alfons Dode

  • Ana Səhifə
  • Vikipediya
  • Alfons Dode

Alfons Dode(fr. Alphonse Daudet; 1840—1897) — fransız yazıçısı, dramaturqu.

Alfonse Dode
Alphonse Daudet
Doğum adı Louis Marie Alphonse Daudet
Təxəllüsü Piccolo
Doğum tarixi 13 may 1840(1840-05-13)[…]
Doğum yeri
  • Nim[d][…]
Vəfat tarixi 16 dekabr 1897(1897-12-16)[…] (57 yaşında)
Vəfat yeri
  • Paris[…]
Vəfat səbəbi sifilis
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Fəaliyyəti yazıçı, dramaturq, şair, romançı, avtobioqraf[d], ssenarist, nasir, hekayə yazıçısı[d]
Fəaliyyət illəri 1859-cu ildən
Əsərlərinin dili fransız dili, Oksitan dili
Janrlar nağıl[d], dram
Tanınmış əsərləri
  • Taraskonlu Tartaren
Mükafatları "Fəxri legion" ordeninin zabit dərəcəsi — 1886 "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1870
İmza
Vikimənbənin loqosu Alfons Dode Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Alfons Dode əsasən yumor üslubunda yazıb-yaradan məşhur fransız yazıçısıdır. O, 1840-1897-ci illərdə yaşayıb yaratmışdır.Özünəməxsus orijinal, yeni və maraqlı yazı tərzi olan Alfons Dodenin yaşadığı dövr Avropa tarixinin həm ictimai-siyasi baxımdan, həm də ədəbi-mədəni mühitin formalaşması baxımından ən mürəkkəb dövrlərdən biri idi.1869-cu ildə Alfons Dode ən məşhur romanı olan “Taraskonlu Tartarenin qeyri-adi macəraları” adlı trilogiyasını yazıb.

Qadınlara qarşı diqqətcil olan və eşq macəraları yaşamağı xoşlayan Alfons Dode heç vaxt ağlına belə gətirməzdi ki, Jüli Alyar adlı bir qadın onun həyatının günəşinə çevriləcək. Yazıçının həyat fəlsəfəsinə görə, qadınlara bağlanmaq, ailə həyatı qurmaq yaradıcılıqla bir araya sığmır. Ona görə də yazıçı qəti olaraq evlənməməyə qərar veribmiş. Lakin sehrli gülə, tilsimli çiçəyə bənzəyən Jüli, elə ilk görüşdə yazıçının, necə deyərlər, ağlını başından çıxarır, gənc yazıçını özünə məftun edir, onun ürəyinə hakim kəsilir. Elə həmin an Alfons Dode heç zaman evlənməmək barədəki vədini unudur və...

Məlumatlara görə, son dərəcə ağıllı, yüksək təhsil görmüş Jüli Alyerin özü də yazıçı idi. Maraqlıdır ki, Alfons Dode sonralar yazdığı əsərlərin bir sətrini də Jüliyə oxumamış, onun senzurasından keçməmiş çap etdirməyib.

Deyilənlərə görə, bir gün Dode ilə onun gözəl xanımı və ilham pərisi Jüli arasında çox böyük bur qalmaqal yaşanır. Mübahisə qızışır, əsəblər tarıma çəkilir, ehtiraslar dağ çayları kimi coşub-daşır... Elə bu zaman Dode üzünü arvadına tutaraq deyir: “Əzizim Jüli, bilirsənmi nə var, mənə elə gəlir ki, bizim bu savaşımız gözəl bir roman üçün mövzu ola bilər”.

Xanım Jüli isə bu sözləri eşidən kimi, bir an əvvəlki qalmaqalı unudaraq: - Əzizim Dode - deyə ərinə məhəbbətlə müraciət edir, mənə isə elə gəlir ki, bu roman elə bu saat yazılmağa başlanmalıdır.

Yazıçının oğlu Leon sonralar atası haqqında yazdığı xatirələrdə qeyd edir ki, onun anası - xanım Jüli atasının həyatında həmişə əvəzsiz rol oynayıb. Əgər Jüli olmasaydı, Dode də olmazdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alfons Dode haqqında məlumat. Alfons Dode nədir? Alfons Dode nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 17, 2026

    Tsu

  • Fevral 27, 2026

    DOS

  • Fevral 27, 2026

    Vitse-admiral

  • Fevral 27, 2026

    Əli Məsimov

  • Mart 01, 2026

    Şomod (medye)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst