Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Marixuana — çətənə bitkisinin qurudulmuş çiçəkli baş qisimindən və yarpaqlarından əldə edilən, tütünə bənzəyən, yaşımtıl və ya qəhvəyi bir maddədir. Toz marixua

Marixuana

  • Ana Səhifə
  • Vikipediya
  • Marixuana

Marixuana — çətənə bitkisinin qurudulmuş çiçəkli baş qisimindən və yarpaqlarından əldə edilən, tütünə bənzəyən, yaşımtıl və ya qəhvəyi bir maddədir. Toz marixuana, çətənə bitkisinin çiçəkli baş qisminin qara və ya qəhvəyi ifrazatının toza çevrilmiş və ya qəlib halıdır.

Marixuana

Mündəricat

Təsirləri

Marixuana istifadəsi xoş bir rahatlıq və bəzən bir coşğu halı verə bilər. İstifadəçilər ayrıca görmə, iyləmə, dadbilmə və eşitmə duyğularında kəskinləşmə hiss edə bilərlər. Qısa vaxtda istifadəçilərin iştahında və nəbzində bir artım olar. İstifadəçilər ayrıca avtomobil istifadəsi və məntiqli düşünmə kimi fiziki və zehni işləri yerinə yetirməkdə çətinlik çəkərlər. Yüksək dozalarla istifadə edənlərin səs və ya rəng hissləri kəskinləşə bilsə də, düşünmə bacarıqları yavaşlayar və bulanıqlaşar. Əgər doza çox yüksək olarsa marixuanın təsirləri halüsinojenlerinkilərə bənzər və qayğı, çaxnaşma və hətta psikotik episodlar şəklində ola bilər. Marixuananın bəzi təsirləri:

Paranoya
Eyforiya
Yuxu istəyi
Gülmə krizi
Susuzluq
Yaddaş itkisi
Tüpürcək quruması və azalması
Zamanın yavaş keçməsi
Şirin qida istəyi

Marixuanaın nizamlı istifadəçilərinin iş və ya şəxsi münasibətlər kimi digər bütün fəaliyyətlərə olan maraqlarını itirəcək dərəcədə psixoloji asılılıq inkişaf riskləri vardır. İngiltərədə edilən son işlər marixuana istifadəsi ilə şizofreniyadakı artım arasında bir əlaqə olduğunu ortaya çıxarmışdır. Marixuana dumanı yüksək qatranlı siqaretlərdən yüzdə əlli daha çox qatran ehtiva edir və bu da istifadəçilərin ağciyər xərçəngi və digər tənəffüs yolları xəstəlikləri risklərini böyük ölçüdə artırır.

Jarqon adları

  • Blu cins (Blue Jeans)
  • Dizel (Diesel) – marixuana və ya heroin
  • Veqa – marixuana ilə doldurulmuş kağız, siqaret
  • Beyker (baker) – marixuana istifadəçisi
  • Vid (Weed) – alaq mənasına gəlir
  • Coint (Joint) – marixuana siqareti
  • Dop (Dope) – narkotik maddə, xüsusilə marixuana
  • Yaşıl qoblin (Green Goblin)
  • Toska (Tosca)
  • Viper – marixuana istifadəçisi
  • 420
  • Eys (Ace) – üstün mənasına gəlir
  • Pot
  • Zaza – ekzotik marixuana
  • Nəşə
  • On üç (13) – marixuana sözünün baş hərfi olan m hərfi ingilis dilindəki əlifbada 13-cü hərfdir
  • Sümük torbası (bag of bones) – çoxlu marixuana siqareti
  • Meri Ceyn (Mary Jane) – ispanca olan marijuana sözünün ingilis dilindəki versiyası
  • Pişik otu (catnip) – keyfiyyətsiz marixuana
  • Qanca (ganja) – çətənə bitkisi sözünün hind dilindəki qarşılığı, Yamaykada bu adla məşhurdur
  • Blant (blunt) – kağıza sarılıb siqaret halına gətirilən marixuana
  • Təyyarə – "uçurur" deyə
  • Şey
  • Bleyz (blaze) – marixuana çəkmək
  • Hudini (Houdini) – çətin vəziyyətdən tezcə qurtulmaq mənasına gəlir. "həyatın çətin vaxtlarında köməyə çatır". Tanınmış sehrbaz Harri Hudininin soyadı.

Niderland

Hollandiya, 1970-ci illərdən 1 yanvar 2014-cü ilə qədərki müddət içərisində marixuananın kef məqsədli alına biləcəyi tək ölkə idi. Hollandiyalı səlahiyyətlilər 1970-ci illərdən bu yana marixuana istifadəsinə görə etdikləri həbsləri dayandırmışlardır. Marixuananın qanuni vəziyyəti, tam qanuni deyil lakin cinayət də sayılmır. Bu, marixuananı qadağan edən və ya sərbəst edən bir qanun olmadığı mənasını verir. Xüsusi ilə Amsterdamda olan marixuana kafeləri, ölkəyə gələn və onlar üçün qeyri-adi olan marixuananı dadmaq istəyən turistlərə ev sahibliyi etməkdədir. Buna qarşı bəzi məhdudiyyətlər mövcuddur. Məsələn bir kafedə gündə ən çox 500 qram marixuana işlədilə bilər. Bir müştəriyə gündə ən çox 3 qram marixuana satıla bilər. Bu kafelərin heç birində 18 yaşı olmamış kimsəyə xidmət göstərilə bilməz. Bu qaydalara əməl olunmaması kafenin bağlanılacağı mənasını verməkdədir. Həmçinin böyük miqdarda alver qanunsuz olduğundan çox kafe sahibi ya öz məhsullarını yetiştirməlidir ya da qanuni olmayan istehsalçılara yetişdirmək üçün toxum təmin etmək məcburiyyətindədirlər. Greenhouse adlı firma bu gün qanuni olan ən böyük marixuana istehsalı şirkətidir.

ABŞ

ABŞ-nin Kolorado əyalətində 1 yanvar 2014-cü ildən bu yana az miqdarda marixuana satışına icazə verilir. Əyalətdə turizm qısa müddətdə artmışdır. Həmçinin Oreqon ştatında da marixuananın istehsalı, satışı və istehlakı sərbəstdir.

İstifadəsi

Bu gün ABŞ, Argentina, Avstraliya, Belçika, Braziliya, Çexiya, Ekvador, Estoniya, Fransa, Hindistan, Xorvatiya, İran, İspaniya, Kamboca, Kolumbiya, Kosta Rika, Pakistan, Şimali Koreya və Uruqvay kimi dünyanın müxtəlif ölkələrində çətənənin istehsalı və istehlakı müxtəlif ölçülərdə azad qalmış olsa da təxminən yüz il əvvəl başlayan antipropaqandanın təsirləri hələ də şiddətli şəkildə davam edir.

Leqallaşdırma

Çətənə tərəfdarı hərəkatlar isə başlıca olaraq xoşbəxtlik halının istehlakının leqalizasiya edilməsi istiqamətindədir. Bəziləri xoşbəxtliiyin digər sintetik narkotiklərə keçiddə bir pillə olduğunu iddia edərkən, bəziləri də marixuananın sərbəst olduğu ölkələrdə əldə edilən məlumatlardan yola çıxaraq, marixuana istehsalının və istehlakının normallaşdırılması və leqallaşdırılmasının həm cinayət nisbətini, həm də kimyəvi narkotiklərə olan marağı azaldacağını düşünür. Dünyanın və mühitin bu qədər çirkləndiyi, təbiətin insan oğluna qarşı yaşayış mübarizəsi verdiyi belə bir dövrdə tələblər də getdikcə keyfiyyətdən daha çox təbiət həssaslığı əsasında ifadə edilməyə başlandı. Nə deyək, xeyirlisi olsun.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Marixuana haqqında məlumat. Marixuana nədir? Marixuana nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Dingir

  • Fevral 27, 2026

    Bornmut

  • Fevral 27, 2026

    Henri Kissincer

  • Fevral 27, 2026

    Məhəmməd Əmani

  • Fevral 27, 2026

    Səbəb

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst