Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kreol dili — fərqli dillərin qarışması nəticəsində yaranmış, ana dil olaraq danışılan və stabil bir qrammatikaya malik olan dildir. Kreol dilləri adətən fərqli

Kreol dili

  • Ana Səhifə
  • Vikipediya
  • Kreol dili

Kreol dili — fərqli dillərin qarışması nəticəsində yaranmış, ana dil olaraq danışılan və stabil bir qrammatikaya malik olan dildir. Kreol dilləri adətən fərqli dil ailələrinə aid qrupların uzunmüddətli təmasda olduğu mühitlərdə, xüsusilə müstəmləkə dövrlərində formalaşmışdır. Bu dillər ilkin olaraq ticarət, əməkdaşlıq və ünsiyyət məqsədilə sadələşdirilmiş bir "pidgin" dildən yaranır. Lakin sonradan ana dili olaraq danışılmağa başlandıqda, daha kompleks və stabil bir dilə – yəni kreol dilinə çevrilir.

Kreol dili
Takson —
Areal —
Təsnifat
Kateqoriya ???
təbii dil
contact language[vd]
picin və ya kreol[vd]
Kreol dili
Tərkib
—
Dil qrupunun kodları
ISO 639-2 —
ISO 639-5 —
Qvadelupada Antillean Creole yol nişanı Lévé pié aw / Ni ti moun ka joué la!, 2010-cu ildə hərfi tərcümədə "Ayağını qaldır. Burada kiçik insanlar oynayır".

Mündəricat

Kreol dillərinin xüsusiyyətləri

  • Sadələşdirilmiş qrammatika və struktur – Kreol dilləri, onları meydana gətirən dillərin bəzilərinin qrammatik strukturlarını mühafizə edir, lakin sadələşdirilmiş qrammatika və daha az morfoloji qaydalarla xarakterizə olunur. Məsələn, mürəkkəb fel şəkilləri və isim hallarından qaçılır.
  • Fonetik və leksik qarışım – Kreol dilləri adətən onları yaradan əsas dillərdən söz və səslər alır, buna görə də müxtəlif dillərin fonetik xüsusiyyətlərini özündə cəmləşdirə bilər. Məsələn, lüğət əksər hallarda dominant olan (müstəmləkə dövründə çox vaxt Avropa) dildən alınır, qrammatik xüsusiyyətlər isə daha çox yerli dillərdən götürülə bilər.
  • Sabitlik və ana dili olması – Kreol dilləri sadəcə ünsiyyət üçün yaradılmış sadə dillərdən fərqlənir, çünki sabit qrammatik qaydalarla ana dili olaraq danışılır. Bu xüsusiyyət onları pidgin dillərdən ayırır.

Məşhur kreol dilləri

  • Haiti kreolu – Fransızca ilə Afrikanın qərb sahillərindən gələn kölələrin dillərinin qarışmasından yaranıb. Bu dil, Haitidə əsas ünsiyyət dilidir.
  • Tok Pisin – Papua Yeni Qvineyada danışılan kreol dilidir və ingiliscə ilə yerli dillərin qarışmasından meydana gəlib.
  • Yamayka kreolu – İngilis və Qərbi Afrika dillərinin qarışmasından yaranmışdır və Yamaykada geniş yayılmışdır.
  • Seyşel kreolu – Fransız dilinin yerli Afrika dilləri ilə qarışması nəticəsində Seyşel adalarında formalaşıb.

Kreol dillərinin əhəmiyyəti

Kreol dilləri həm dilçilik, həm də tarix baxımından böyük əhəmiyyətə malikdir. Onlar fərqli mədəniyyətlərin qarşılıqlı təsirini, dilin sadələşdirilmiş sistemlərdən kompleks dillərə necə çevrildiyini öyrənmək üçün dəyərli məlumatlar təqdim edir. Kreol dilləri, həmçinin müstəmləkə dövrlərinin dil, mədəniyyət və sosial strukturlar üzərindəki təsirlərini başa düşmək baxımından mühümdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kreol dili sözünün mənası, kreol dili haqqında məlumat. kreol dili nədir? kreol dili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Böyrək

  • Fevral 27, 2026

    Əhəng daşı

  • Mart 01, 2026

    Raşka dövləti

  • Fevral 27, 2026

    Düyü unu

  • Fevral 24, 2026

    İngilis

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst