Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Raşka dövləti (serb. Рашка / Raška) — orta əsr Serbiya dövləti (böyük jupa) və eyni adlı bölgə. Bizans imperatoru Konstantin Porfirogennetosun məlumatlarına gör

Raşka dövləti

  • Ana Səhifə
  • Vikipediya
  • Raşka dövləti

Raşka dövləti (serb. Рашка / Raška) — orta əsr Serbiya dövləti (böyük jupa) və eyni adlı bölgə. Bizans imperatoru Konstantin Porfirogennetosun məlumatlarına görə, serblərin Balkan yarımadasına köçürülməsindən sonra Raska bölgəsi Sava, Vrbas və İbar çayları arasında yerləşirdi. Daha sonra Raşka toponimi bir qədər cənub-şərqdə yerləşən əraziyə şamil edilməyə başladı. XI əsrə qədər Raşka, coğrafi ərazi olaraq, Serbiya knyazlığının bir hissəsi idi. Serbiya knyazlığının süqutundan və 960-cı ildə Çaslav Klonimiroviçin ölümündən sonra Raşkanın bir hissəsi Bizansın tərkibinə daxil oldu və bir neçə femaya bölündü. XI əsrdə Raşka bölgəsində eyniadlı jupa yarandı, hansınınki hökmdarları həmin əsrin sonunda Bizansa qarşı mübarizəyə başladılar. XII əsr boyu serblər öz müstəqilliklərini qazanmağı bacardılar, XIII əsrin əvvəllərində isə Serbiya 1217-ci ildə krallığa çevrilən güclü dövlətə çevrildi.

Tarixi dövlət
Raşka dövləti
serb. Рашка / Raška
Gerb
Gerb
1091 — 1217
Paytaxt Stari Ras
Dil serbslavyan
Din Xristianlıq
İdarəetmə forması monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adlandırılması

Nəzəriyyələrdən birinə əsasən, tarixi ərazinin adı romalılar tərəfindən qurulan Ras şəhərindən gəlir. X əsrdə burada Serbiya ilə Bolqarıstan arasında sərhəd yerləşirdi, XII əsrdə isə şəhər bütünlüklə Serbiyanın nəzarətinə keçdi və onun və hökmdarlarının baş şəhəri oldu. Serb tarixçi Sima Çirkoviç yazırdı ki, Ras şəhəri serblərin bizanslılardan müharibə ilə alınmış ilk böyük inzibati vahid idi. Daha sonra serblər hökmdarlarının iqamətgahını orada yerləşdirdilər. Bundan sonra Latın mənbələri serbləri "Rasciani", dövlətlərini "Rascia" adlandırmağa başlayırlar. Macarlar və Almanlar bu adları 20-ci əsrə qədər qorudular. Beləliklə, serb jupanların dövləti Rasa və ya Raşka adına yiyələndi. O, "serb torpaqları" adı ardınca böyük jupanların titulaşdırılmasında da istifadə olunurdu. Bununla belə, bizanslılar Serbiya adını istifadə etməyə davam edirdilər.

Adları: serb. Рашка / Raška — Raşka, Рашка земља / Raška zemlja — Raşka zemlya (ölkə), Расија / Rasija — Rasiya, Расција / Rascija — Rastsiya; lat. Rassa — Rassa, Rassia — Rassiya, Raxia — Raksiya, Rascia — Rastsiya (rus ədəbiyyatında kiril yazısında "Rasiya" (rus. «Рассия») adlandırılmasına rast gəlmək olar, в inqilabdan əvvəlki nəşirdə isə "Rassiya" (rus. «Рассия»)

Ədəbiyyat

  • Чиркович, Сима. История сербов. М.: Весь мир. 2009. ISBN 978-5-7777-0431-3.

Xarici istinadlar

Vikianbarda Raşka dövləti ilə əlaqəli mediafayllar var.
  • "Србија за време борби Византије и Угарске" (serb). İstifadə tarixi: 12 may 2015.
  • "Стеван Немања" (serb). İstifadə tarixi: 12 may 2015.
  • "Латинско Царство и стварање Српске Краљевине" (serb). İstifadə tarixi: 12 may 2015.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Raşka dövləti haqqında məlumat. Raşka dövləti nədir? Raşka dövləti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yoğurt

  • Mart 01, 2026

    Umarkot qalası

  • Fevral 25, 2026

    Son istifadəçi

  • Fevral 27, 2026

    Göllü

  • Mart 01, 2026

    Nikola Anelka

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst