Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kratos və ya Kratus (yun. Κράτος — "güc" və ya "hakimiyyət") — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin

Kratos (mifologiya)

  • Ana Səhifə
  • Vikipediya
  • Kratos (mifologiya)

Kratos və ya Kratus (yun. Κράτος — "güc" və ya "hakimiyyət") — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır. Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun "Teoqoniya" poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin "Zəncirlənmiş Prometey" faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilik və vulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir. Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir. O, tez-tez Hefesti və Prometeyi lağa qoyur, lüzumsuz şiddətdən istifadəni dəstəkləyir. Kratos Zevsin zülmkar hakimiyyətini dəstəkləyir və Prometeyin heç vaxt azadlığa qovuşa bilməyəcəyini deyir. Eskilin "Xoeforlar" faciəsində Elektra Kratos, Dike (ədalət) və Zevsi qardaşı Orestə ataları Aqamemnonun intiqamını almaqda kömək etməyə çağırır. Kratos və Biya e.ə. V əsrin axırların hazırlanmış "İksionnun cəzalandırılması" adlı bir qırmızıfiqur skifos dulusçuluq işində də görülürlər. Bunun Evripidin qeyb olmuş bir faciəsindən səhnə olduğu ehtimal olunur. Onlar həmçinin "Zəncirlənmiş Prometey" faciəsinin XVIII və XIX əsrlərdə hazırlanmış romantik təsvirlərində və adaptasiyalarında da görülürlər.

Kratos
Prometeyin zəncirlənməsinin Con Flaksman tərəfindən çəkilmiş təsviri. Bu təsvir ilk dəfə 1795-ci ildə "Zəncirlənmiş Prometey" faciəsinin Riçard Porson tərəfindən edilən tərcüməsində nəşr edilmişdir. Hefest Prometeyi zəncirləyərkən Kratos və Biya onu tuturlar.
Prometeyin zəncirlənməsinin Con Flaksman tərəfindən çəkilmiş təsviri. Bu təsvir ilk dəfə 1795-ci ildə "Zəncirlənmiş Prometey" faciəsinin Riçard Porson tərəfindən edilən tərcüməsində nəşr edilmişdir. Hefest Prometeyi zəncirləyərkən Kratos və Biya onu tuturlar.
Mifologiya Qədim yunan
Təsir sahəsi güc
Adının izahı güc, hakimiyyət
Yunanca adı Κράτος
Cinsi kişi[d]
Atası Pallant
Anası Stiks
Qardaşı Zel
Bacısı Nika • Biya
Əlaqəli personajlar Zevs
Əlaqəli hadisələr Titanomaxiya • Prometeyin zəncirlənməsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Nəsil ağacı

 
 
 
 
Pallant
 
Stiks
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nika
 
Zel
 
Biya
 
Kratos

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kratos (mifologiya) haqqında məlumat. Kratos (mifologiya) nədir? Kratos (mifologiya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kişvəri

  • Fevral 27, 2026

    Prilep

  • Fevral 27, 2026

    Uzun sarıkök

  • Fevral 27, 2026

    Matsue

  • Fevral 27, 2026

    Ataman

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst