Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəhayi bağları (Hayfanın asma bağları) - Bəhailik dininə məxsus özəl bağ. Hayfa şəhərində yerləşən bu bağ 18 terrasdan ibarətdir. Terraslar və Babın məbədi Karm

Bəhai terrasları

  • Ana Səhifə
  • Vikipediya
  • Bəhai terrasları

Bəhayi bağları (Hayfanın asma bağları) - Bəhailik dininə məxsus özəl bağ. Hayfa şəhərində yerləşən bu bağ 18 terrasdan ibarətdir. Terraslar və Babın məbədi Karmel dağındadır. Ümumən ərazi Hayfa şəhərinin ərəblər yaşayan Vadi Nisnas və Hadar Karmel rayonuna aiddir. Bəhai bağları İsrailin turizm baxımdan ən görməli məkanlarından biri hesab olunur. Bağların memarı iran mənşəli memar Fariborz Sahbadır. Ümumi mühəddislik quruluşu Hayfanın Karban and Co. şirkətinə məxsus. Ərazi Ümumdünya Bəhai Mərkəzi ilə birlikdə Qərbi Qalileyin YUNESKO-nun Ümumdünya İrsinə daxil.

Bəhayi terrasları. Yuxarıdan görünüş.

Mündəricat

Simvolikası

Terraslar Babın ilk on səkkiz şagirdlərini tərənnüm edir. "Varlıqların hərfləri"ndə onların adları göstərilsə də, terraslar ayrılıqda bu hərflərlə əlqaləli deyil .

Dizayn

Terrasların aşağı hissəsi. Babın Məbədi

Doqquz konsentrik dairələr 18 terrasın əsas geometrikliyini təmin edir. Ümumən dairələr və terraslar Bab Məbədinə identifikasiya olunub. Onsəkkiz terras və bir Bab Məbədinin terrası toplam 19 edir. On doqquz rəqəmi bəhayi dinində özəmli hesab olunur.

1987-ci ildə Ümumdünya Bahayi Mərkəzi kanadalı memar Fariborz Sahbaya 18 memorial terrasın layihələşdirilməsi tapşırır. Hansı ki, bu terraslar Babın Məbədinə istiqamətlənsin. Terraslar Karmel dağı boyu bir km-dək yuxarıya qalxır. Ən yüksək yerində hündürlük 225 metrdir. Bağların eni 60-400 metr arasında dəyişir. Terraslara gedişin daimiliyini təmin etmək üçün bir neçə piyada keçidləri və körpülər tikilmiş. Keçidlər Yafe Hof küçəsi ilə Hatsionut və Abbas küçələrini birləşdirir.

Terraslar və bağlar unikal stili ilə diqqəti cəlb edir. Bağlarda əsasən təbii elementlərdən - güllər və sudan istifadə olunub. Daş və metal ornamentlər estetik xüsusiyyət daşıyır və heç bir müqəddəs məna daşımır. Dağın ekoloji durumuna və su ehtiyatlarının qorunmasına xüsusi diqqət ayrılıb. Terraslar kənarlara tədricən təbii bağlara keçir və bağlarda quraqlığa davamlı ağaclar, güllər əkilmiş.

Terraslar ictimayətə 2001-ci ildə açıq elan olunmuş. Ümumi sahəsi 200 000 kv.metr olan bağlar kənarlardan pilləkənlər vasitəsi ilə bir birləri ilə əlaqəlidir. Bağın kənarında, orta terraslarda Ümumdünya Bahayi Mərkəzinin binaları yerləşir. Binalara giriş qadağandır.

Ekologiyası və suvarma sistemi

Terraslarda suvarma sistemi xüsus kompyuterlə nizamlanır. Metroloji məlumatlara əsaslana bu sistem yüzlərcə klapanların köməyi ilə suyu ətrafa fısqırta bilir. Proses əsasən gecələr və səhər tezdən həyata keçirilir. Terrasların kənarı ilə, kiçik pilləkənlərlə axan su hər terrasda qapalı sistemələ sirkuliyasiya olunur.

Şəkillər

  • 12-ci terrasın görünüşü
    12-ci terrasın görünüşü
  • Terrasların aşağıdan görünüşü
    Terrasların aşağıdan görünüşü
  • Ümumdünya Bəhayi Arxivinin binası
    Ümumdünya Bəhayi Arxivinin binası
  • Bəhayi terraslarının kənarında yerləşən bağlar
    Bəhayi terraslarının kənarında yerləşən bağlar

Həmçinin bax

  • Bəhaullahın məqamı
  • Babilik

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Bəhai terrasları haqqında məlumat. Bəhai terrasları nədir? Bəhai terrasları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Luka Toni

  • Fevral 27, 2026

    Mehmanxana sahibəsi

  • Fevral 25, 2026

    Elçin Əfəndiyev

  • Fevral 24, 2026

    Türkmənlər

  • Fevral 13, 2026

    Surinam

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst