Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Titanomaxiya (yun. Τιτανομαχ Titanlar müharibəsi) — qədim yunan mifologiyasında Olimp tanrıları ilə titanların Ofris və Olimp dağları arasında qərar tutan mühar

Titanomaxiya

  • Ana Səhifə
  • Vikipediya
  • Titanomaxiya

Titanomaxiya (yun. Τιτανομαχ Titanlar müharibəsi) — qədim yunan mifologiyasında Olimp tanrıları ilə titanların Ofris və Olimp dağları arasında qərar tutan müharibəsi.

Titanomaxiya

Titanların süqutu
Yeri Ofris və Olimp dağları arasında
Nəticəsi Olimp tanrılarının qələbəsi;
Titanların devrilməsi
Münaqişə tərəfləri
Titanlar:
Kron, Krios, Hiperion, Atlas, Menetiy
Olimp tanrıları:
Zevs, Poseydon, Aid, Hestiya, Demetra, Hera
Titanların devrilməsi

Mündəricat

Hakimiyyət uğrunda mübarizə

Zevsin doğulması

Tanrı Kron bir vaxtlar onun özünün atası Uranın hakimiyyətini ələ keçidiyi kimi, uşaqlarının da onun hakimiyyətini ələ keçirə biləcəklərindən ehtiyat edərək onları udmuşdur. Bu səbəbdən Reya ilahəsi Zevsi Krondan gizlin olaraq Krit adasındakı Psixro mağarası adlanan bir yerdə dünyaya gətirmişdir. Reya əri Kronu aldadaraq ona yemək üçün Zevsi yox, bələnmiş daş parçasını vermişdir. Keçi Amalfeya körpə Zevsi əmizdirmiş, Kuretlər onu qorumuş, nimfa Adrasteya və İdeya isə onu Kretada balla bəsləyib böyütmüşlər. Mağaranı gözətçilər qoruyarmış və hər dəfə körpə Zevs ağlarkən, onlar nizələrini qalxanlarına vurub taqqıldadaraq onun səsinin Kron tərəfindən duyula bilməsinə mane olmuşlar.

Qisas

Boyüyüb başa çatdıqdan sonra Zevs zəhər içirdərək atası Kronu əvvəlcə daşı , sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. Sonra Zevs bacı-qardaşları ilə birlikdə Kronun Tartara salmış olduğu yüzqollular və təpəgözləri azad edir və titanlara qarşı müharibə elan edirlər. Titanlar Ofris, Zevs və müttəfiqləri isə Olimp dağında qərar tuturlar.

Savaş

Titan ilahələr Teya, Reya, Temis, Mnemosina, Feba və Tefida baxmayaraq ki, qardaşları titanlar ilə nigahda idilər müharibədə onların tərəfini saxlamamışdırlar. Bu nigahlar dünyaya müxtəlif növ tanrılar gətirmək məqsədi güdürdü. Müharibə on il davam etsə də bu və digər tərəf üstünlüyü əldən vermir. Bu zaman Geya Kronun bir vaxtlar Tartara salmış olduğu yüzqollular və təpəgözlər azad etməsini məsləhət görür. Azad edildikdən sonra olimplərə köməyə gələn təpəgözlər Zevsə şimşək və ildrımı, Aidə "kineyi" – közəğörünməz edən, it dərisindən olan, papağı verirlər. Zevs ildırım və şimşəyi sağa-sola çaxdıraraq hər tərəfi oda, alova qərq edir, okeanı qaynadır. Üç yüzqollular isə malik olduqları üçyüz əl-qol vasitəsilə düşmən istiqamətinə nəhəng qayaları atırlar. Titanlar nəhəng sal qayalar altında qalaraq əzilmiş olurlar, beləliklə də müharibənin taleyi həll edilmiş olur. Qaliblər məğlubları zəncirləyərək Tartara atırlar. Zevs yüzqolluları tartara salınmışların bir daha geri qayıda bilməmələri üçün gözətçi təyin edir.

Atlant

Titanomaxiya zamanı qardaşı Menetiy kimi rəqib tərəfdə iştirak etdiyi üçün Zevs tərəfindən əbədi olaraq kürəklərində yeri və göyü saxlamağa məhkum olunmuşdur. Onun yeddi gözəl qızı – Pleyadlar atalarının çəkmiş olduğu zülümə dözməyərək ulduzlara çevrilmişlər.

Yerin, dənizin və axirətin hakimləri

Qardaşları Aid və Poseydonun köməyi ilə atasını əl çəkməyə məcbur edərək onu taxt-tacına sahib olurlar. Beləki, bütün yer üzünün tanrısı Zevs, yeraltı dünyanın – cəhənnəmin tanrısı Aid, dənizlərin tanrısı isə Poseydon olur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Titanomaxiya haqqında məlumat. Titanomaxiya nədir? Titanomaxiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Anadolu diaqonalı

  • Fevral 23, 2026

    E.ə. 27

  • Fevral 27, 2026

    Hakkari bölməsi

  • Fevral 23, 2026

    Şeh

  • Fevral 27, 2026

    Folklend cərəyanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst