Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Musiqi alətləri (Çalğı alətləri) - müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu. Musiqi alətlərinin quruluşunu, texniki xüsusiyyətlərini və ifaçı

Musiqi aləti

  • Ana Səhifə
  • Vikipediya
  • Musiqi aləti

Musiqi alətləri (Çalğı alətləri) - müəyyən tembrli musiqi səsləri əldə etmək üçün xüsusi qurğu. Musiqi alətlərinin quruluşunu, texniki xüsusiyyətlərini və ifaçılıq imkanlarını öyrənən elmə alətşünaslıq deyilir .

Musiqi alətlərinin qədim emalatxanası

Mündəricat

Növləri

Musiqi alətləri səsçıxarma imkanlarına və quruluş xüsusiyyətlərinə görə fərqlənir.

1) Səsçıxarma imkanlarına görə

  • Simli musiqi alətləri – simlərin səsləndirilməsi üsullarına görə növlərə bölünür:
  • Kamanlı alətlər – skripka, alt, violonçel, kontrabas;
  • Dartımlı alətlər – arfa;
  • Mizrablı alətlər - tar, saz;
  • Zərb alətləri – alətin gövdəsinə vurulmaqla səs əldə edilir . Səslənməsinə görə aşağıdakı növlərə bölünür: köklənən alətlər (müəyyən səsyüksəkliyinə malik zərb alətləri) – litavrlar, ksilofon, zəng (kolokol, kolokolçik). Köklənməyən alətlər (qeyri-müəyyən yüksəklikli zərb alətləri) – kiçik və böyük barabanlar, kastanyetlər, tam-tam və s. Quruluşuna görə növləri: plastinkalı alətlər, zarlı (pereponkalı) alətlər.
  • Nəfəsli musiqi alətləri (üfləmə alətlər) – havanın alətin daxilinə üfürülməsi (nəfəs verilməsi) üsulu ilə səs əldə olunur . Quruluşuna görə növləri: dəlikli alətlər, qamış dilçəkli alətlər, müştüklü alətlər. Hazırlanma materialına görə növlərə bölünür:
  • Mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və s.
  • Ağac alətlər – fleyta, qoboy, klarnet, faqot və s.
  • Klavişli (dilli) alətlər – xüsusi mexanizmlə təchiz olunmuş alətlər olub, səsçıxarma üsullarına görə fərqlənir. Növləri:
  • klavişli-zərbi alətlər: fortepiano;
  • pnevmatik-klavişli alətlər: akkordeon, qarmon;

2) Alətlərin səslənmə registrinə görə növləri: bas alətlər, soprano alətlər, tenor alətlər.

3) Alətlərin quruluşuna görə növləri: natural alətlər, transpozisiyalı alətlər.

Çalğı alətləri Azərbaycan musiqisində

Müxtəlif xalqların musiqisində istifadə olunan çoxsaylı simli, nəfəs və zərb alətləri mövcuddur. Azərbaycan xalq musiqi alətləri:

  • Simli musiqi alətləri: tar, saz, ud, tənbur (mizrablı alətlər); kamança (kamanlı alət); qanun, çəng (dartımlı alətlər); səntur, sevəndər (simli-zərbi alətlər) və s.
  • Nəfəs alətləri: zurna, tütək, ney, balaban və s.
  • Zərb alətləri: nağara, qoşanağara, qaval, dəf və s.

Həmçinin bax

  • Barbitos

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Musiqi aləti haqqında məlumat. Musiqi aləti nədir? Musiqi aləti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Folk-musiqi

  • Fevral 27, 2026

    Euronews

  • Fevral 23, 2026

    Şimal boğazı

  • Fevral 27, 2026

    Böhtan

  • Fevral 27, 2026

    Meşə bayquşcuğu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst