Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çiyələk (lat. Fragaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən

Çiyələk

  • Ana Səhifə
  • Vikipediya
  • Çiyələk

Çiyələk (lat. Fragaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdən biridir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir.

Çiyələk
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Qızılgülkimilər
Triba:
Potentilleae
Yarımtriba:
Fragariinae
Cins:
Çiyələk
Beynəlxalq elmi adı
  • Fragaria L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  24624
NCBI  3746
EOL  29917

Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur. Xalq təbabətində çiyələyin meyvəsindən podaqra və böyrəklərdə daş əmələgəlmə xəstəliyində, yarpaqlarında isə sidikqovucu dərman kimi istifadə edilir. Çiyələk eyni zamanda orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır və həzmolmanı asanlaşdırır, qaraciyərin və kisəsinin iltihabını aradan qaldırır. Çiyələk avitaminoz xəstəliyinə qarşı da yaxşı təsir göstərir.

Mündəricat

Əhəmiyyəti

Meşə çiyələyi meyvələrində bir sıra vacib maddələr vardır. Bunlardan: alma, limon və xinin turşularının (2,5-4 %-ə qədər), qlükoza və saxaroza şəkərlərini (6-9,5 %), aşı maddələri (0,4 %), C vitaminini (20-50 mq %), karotini (3,5 %), pektin maddələri, dəmir duzlarını və efir yağını göstərmək olar. Yarpaqlarında isə 250-280 mq % C vitamini, 2-3 %-ə qədər aşı maddəsi, üzvi turşular vardır.

Çiyələyin qurudulmuş yarpaqlarını moruq meyvəsilə birlikdə çay kimi dəmləyib, soyuqdəymədən baş verən xəstəliklərə qarşı tərlədici dərman kimi işlədilir.

Elmi təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından istifadə olunur. Meyvələrini tam yetişəndə quru havalı gündə toplayıb, həmin vaxta günün qabağında və ya çadır altında, yaxud peç üzərində qurudurlar. Yarpaqlarını bitki çiçəkləyən fazada toplayıb kölgəli yerdə və ya quru havalı binalarda qurudurlar. Qurudulmuş meyvələrini və yarpaqlarını havası daim dəyişilən, quru havalı binalarda saxlamaq lazımdır.

Çiyələyin təzə dərilmiş meyvələrindən və onlardan hazırlanan şərbətdən son dərəcə faydalı dietik vasitə kimi istifadə olunur.

Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları xəstəliklərində ödqovucu, böyrək xəstəliklərində və böyrəkdə daş əmələ gəlmə zamanı daşı salmaq məqsədilə, eləcə də podaqrada və uşaqlıq qanaxmalarında qankəsici və şəfaverici dərman kimi istifadə edilir.

Xalq təbabətində qurudulmuş yarpaqlarından və meyvələrindən çay dəmləyib, ödem xəstəliyinə qarşı müalicə məqsədilə, eləcə də sidik yollarında daş yığılan zaman daşsalıcı və iltihabı aradanqaldırıcı, həbelə sidikqovucu dərman kimi içirlər.

Xalq təbabətində təzə toplanmış çiyələk meyvələrinin şirəsindən (1:10 nisbətdə, yəni 1 q şirəni 10 q suda həll etməklə) "çiyələk suyu" hazırlayıb, körpə uşaqlarda baş verən sidik ifrazı çətinliyində sidikqovucu kimi işlədilir.

Çiyələyin təzə meyvələrindən, eləcə də qurudulmuş kökümsovlarından sulu bişirmə hazırlayıb ödqovucu dərman kimi qəbul edilir. Kökümsovlarını toplayıb soyuq suda yuyub qurudandan sonra çay kimi dəmləyərək babasil xəstəliyinə qarşı içirlər.

Qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə qurudulmuş meyvələri və yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır, sonra ondan 2 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 2 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Çiyələyin meyvələri qanazlığında və ümumi zəiflikdə eləcə də ağciyər xəstəliklərində qüvvətverici kimi çox faydalıdır.

Çiyələyin sağlamlıq üçün çox mühüm əhəmiyyəti vardır. Ondan daha geniş istifadə etmək zəruridir.

Növləri

  • Ətirli çiyələk (Fragaria moschata Duch.)
  • Yaşıl çiyələk (Fragaria viridis Duch.)
  • Bağ çiyələyi (Fragaria × ananassa (Weston) Duchesne)
    • Fragaria ananassa subsp. cuneifolia (Nutt. ex Torr. & A. Gray) Staudt
  • Fragaria australis (Rydb.) Rydb.
  • Fragaria campestris Steven
  • Fragaria chiloensis (L.) Duchesne
    • Fragaria chiloensis subsp. lucida (E. Vilm. ex J. Gay) Staudt
  • Fragaria daltoniana J. Gay
  • Fragaria gracilis Losinsk.
  • Fragaria mexicana Schltdl.
  • Fragaria moupinensis (Franch.) Cardot
  • Fragaria nilgerrensis Schltdl. ex J. Gay
    • Fragaria nilgerrensis var. mairei (H. Lév.) Hand.-Mazz.
    • Fragaria nilgerrensis var. nilgerrensis
  • Fragaria nubicola (Hook. f.) Lindl. ex Lacaita
  • Fragaria orientalis Losinsk.
  • Fragaria pentaphylla Losinsk.
  • Fragaria tibetica Staudt & Dickoré
  • Meşə çiyələyi (Fragaria vesca L.)
    • Fragaria vesca subsp. americana (Porter) Staudt
    • Fragaria vesca f. bracteata (A. Heller) Staudt
    • Fragaria vesca subsp. californica (Cham. & Schltdl.) Staudt
    • Fragaria vesca var. crinita (Rydb.) C.L. Hitchc.
    • Fragaria vesca f. helleri (Holz.) B. Boivin
  • Fragaria virginiana Duchesne
    • Fragaria virginiana var. canadensis (Michx.) Farw.
    • Fragaria virginiana subsp. glauca (S. Watson) Staudt
    • Fragaria virginiana subsp. grayana (E. Vilm. ex J. Gay) Staudt
    • Fragaria virginiana var. ovalis (Lehm.) R.J. Davis
    • Fragaria virginiana subsp. platypetala (Rydb.) Staudt
    • Fragaria virginiana var. sibbaldifolia (Rydb.) Jeps.
    • Fragaria virginiana var. terrae-novae (Rydb.) Fernald & Wiegand

Həmçinin bax

  • Fragaria iinumae
  • Fragaria iturupensis

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çiyələk haqqında məlumat. Çiyələk nədir? Çiyələk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fələstin (region)

  • Fevral 27, 2026

    Malvids

  • Fevral 27, 2026

    Mücahid

  • Fevral 27, 2026

    İskya

  • Fevral 16, 2026

    Al Kapone

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst