Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kamran Məmməd oğlu Bağırov (24 yanvar 1933, Şuşa – 25 oktyabr 2000, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1982–1988).

Kamran Bağırov

  • Ana Səhifə
  • Vikipediya
  • Kamran Bağırov

Kamran Məmməd oğlu Bağırov (24 yanvar 1933, Şuşa – 25 oktyabr 2000, Bakı) — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1982–1988).

Kamran Bağırov
Azərbaycan Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri
9 aprel 1990 – 24 dekabr 1992
ƏvvəlkiFuad Musayev
SonrakıƏhmədağa Rəhimov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
3 dekabr 1982 – 21 may 1988
ƏvvəlkiHeydər Əliyev
SonrakıƏbdürrəhman Vəzirov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
20 iyul 1978 – 3 dekabr 1982
Birinci katibHeydər Əliyev
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi
1974 – 1978
ƏvvəlkiSabit Abbasəliyev
SonrakıHəsən Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 24 yanvar 1933(1933-01-24)
Doğum yeri
  • Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 25 oktyabr 2000(2000-10-25) (67 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1961–1991)
Təhsili
  • Azərbaycan Texniki Universiteti
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Tatyana Alekseyevna Bağırova
Təltifləri "Lenin" ordeni — 1983 "Oktyabr inqilabı" ordeni — 1980 "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 1986 "Şərəf nişanı" ordeni

Həyatı

Kamran Bağırov 1933-cü ildə Şuşada doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Sonra Ali Partiya Məktəbində təhsilini davam etdirib. Tikinti sektorunda rəhbər postlarda çalışıb, Nazirlər Sovetində mühüm vəzifəyə irəli çəkilib. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində çalışdıqdan sonra kompartiyanın Sumqayıt şəhər partiya komitəsinin birinci katibi vəzifəsinə göndərilib.

1982–1988-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Onun ölkəyə rəhbərliyi dövründə Qarabağ münaqişəsi alonlanmağa başlasa da, K.Bağırov bu münaqişənin yaranmasının və böyüməsinin qarşısını ala bilmədiyini özü də etiraf edib. Bağırov vəzifədən getməsi ilə bağlı müraciətində bunları yazıb:

“Dağlıq Qarabağda və Sumqayıtda baş vermiş məlum hadisələrlə əlaqadar etiraf edirəm ki, mən respublikanın partiya təşkilatına rəhbərlik etməyə mənəvi cəhətdən haqqım çatmır. Baş vermiş hadisələrdə öz məsuliyyətimi yaxşı başa düşürəm”

Vəzifədən çıxarıldıqdan sonra ona Moskvada 3 otaqlı mənzil və ittifaq əhəmiyyətli təqaüdçü statusu verildi. 1990-cı ildə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Komitəsinə sədr təyin edilir və o, bir müddət bu vəzifədə işləyir.

Kamran Bağırov 25 oktyabr 2000-ci ildə 67 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Faiq Bağırzadə onun böyük qardaşıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kamran Bağırov haqqında məlumat. Kamran Bağırov nədir? Kamran Bağırov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    I Pavel

  • Fevral 24, 2026

    Azadlıq radiosu

  • Fevral 23, 2026

    Ağ amerikalılar

  • Fevral 23, 2026

    Rza

  • Fevral 23, 2026

    Piano

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst