Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azadlıq radiosu — 1953-cü ildə yaradılmış Azadlıq Radiosunun Azərbaycan bürosu. Əvvəlcə radio kanalı olaraq fəaliyyət göstərib, hal-hazırda isə Azərbaycan dilin

Azadlıq radiosu

  • Ana Səhifə
  • Vikipediya
  • Azadlıq radiosu

Azadlıq radiosu — 1953-cü ildə yaradılmış Azadlıq Radiosunun Azərbaycan bürosu. Əvvəlcə radio kanalı olaraq fəaliyyət göstərib, hal-hazırda isə Azərbaycan dilində xəbər saytı kimi fəaliyyət göstərir.

Azadlıq radiosu
Loqonun şəkli
Ölkə
  •  Azərbaycan
Başlama tarixi 6 mart 1953
Sayt azadliq.org

Mündəricat

Tarixi

Münxen bürosu

"Azadlıq" radiosu 1953-cü il martın 1-də Münhendə "Qurtuluş" adı ilə təsis edilib. Azərbaycan dilində yayım martın 6-dan başlayıb. Azərbaycan redaksiyasının ilk direktoru Əbdürrəhman bəy Fətəlibəyli olub.

Bakı bürosu

2007-ci ilin yanvarında "Azadlıq" radiosu Bakıdan 101.7 FM-də 24 saatlıq yayıma başlayıb. Yayım Amerikanın Səsi ilə birgə verilib və yarısından çoxu "Azadlıq" radiosunun Bakı ofisində hazırlanan 5,5 saatlıq orijinal məzmunu əhatə edib.

2008–2010-cu illərdə "Azadlıq" radiosunun Bakı bürosuna Xədicə İsmayıl rəhbərlik edib.

2014-cü il dekabrın sonunda Azərbaycan Baş Prokurorluğunun əməkdaşları "Azadlıq" radiosunun Bakı ofisində axtarış aparıb, daha sonra redaksiyanı möhürləyərək radionun bağlandığını elan ediblər. Axtarış radionun xaricdən maliyyələşməsi ilə bağlı aparılıb. 2015-ci ilin mayında "Azadlıq" radiosu Bakı bürosunun yekun olaraq bağlandığını elan edib.

Nəşr 2017-ci ilin sentyabrında Azərbaycan hakimiyyətini AİHM-ə şikayət edib və onların Bakı bürosunun fəaliyyətinə maneçilik törətdiklərini bildirib.

Praqa bürosu

2014-cü ilin dekabrında Bakı bürosunun bağlanmasından sonra Praqadan yayıma davam edilib. Jurnalistlərin bir çoxu ayrılıb, lakin nəşr Azərbaycandan reportajlar və xəbərlər dərc etməyə davam edib.

2015-ci ilin əvvəlində İlkin Məmmədov "Azadlıq" radiosunun Praqa bürosunun rəhbəri olub. 2023-cü ilin sentyabrında nəşrin altı keçmiş jurnalisti onu nəşri onun rəhbərliyi altında "Prezident İlham Əliyevin avtoritar rejimini daha az tənqid etməkdə" ittiham edib. Keçmiş sosial media meneceri Turhan Kərimovun sözlərinə görə, Məmmədovun rəhbərliyi altında "Azadlıq" radiosu əvvəllər hökumətyönlü mediada işləmiş bir neçə jurnalisti işə götürüb, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) ilə əməkdaşlığı dayandırıb, Azərbaycanda korrupsiya və insan hüquqlarının pozulması ilə bağlı daha az araşdırma yazıları dərc etməyə başlayıb.

Veb-sayt

2016-cı ilin noyabr-dekabr aylarında nəşrin internet saytı Azərbaycanda müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

2017-ci ilin aprel ayında Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq" radiosunun və daha dörd müxalif nəşrin internet saytlarının "dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə təhlükə yaratdığına görə" bloklanması ilə bağlı məhkəmə iddiası qaldırıb. Bloklanan nəşrlərin nümayəndələri iddianın siyasi motivli olduğunu bildiriblər. 2017-ci ilin mayında Bakının Səbail Rayon Məhkəməsi Azərbaycanda "Azadlıq" radiosunu bloklayıb. 2018-ci ilin iyununda Azərbaycanın Ali Məhkəməsi "Azadlıq" radiosunun internet saytının blokdan çıxarılması ilə bağlı iddianı rədd edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azadlıq radiosu haqqında məlumat. Azadlıq radiosu nədir? Azadlıq radiosu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Turukki

  • Fevral 24, 2026

    Razavi Xorasan

  • Fevral 24, 2026

    Corc Berkli

  • Fevral 15, 2026

    1 (ədəd)

  • Fevral 24, 2026

    Animasiya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst