Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu – 23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi.

Sabit Abbasəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Sabit Abbasəliyev

Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu – 23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi.

Sabit Abbasəliyev
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri
14 dekabr 1979 – 23 may 1982
ƏvvəlkiHilal Əsədov
SonrakıAyaz Mütəllibov
Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin rəisi
27 sentyabr 1974 – 14 dekabr 1979
ƏvvəlkiHüseyn Zeynalov
SonrakıXəlil Məmmədov
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi
1971 – 1974
ƏvvəlkiNadir Balakişiyev
SonrakıKamran Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 12 may 1932(1932-05-12)
Doğum yeri
  • Quşçu, Marneuli rayonu, Gürcüstan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 23 may 1982(1982-05-23) (50 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1959–1982)
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (–1958)
Fəaliyyəti siyasətçi
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni

Həyatı

Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir.

1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir.

1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir.

1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır.

Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

İş həyatı

  • 1958–1960-cı illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu komsomol komitəsinin katibi
  • 1960–1962-ci illərdə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi
  • 1962–1964-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin əməkdaşı
  • 1964–1965-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi
  • 1965–1971-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinin müdir müavini
  • 1971–1974-cü illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi
  • 1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri
  • 1979–1982-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
  • 1979–1982-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri
  • Azərbaycan SSR Ali Sovetinin deputatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sabit Abbasəliyev haqqında məlumat. Sabit Abbasəliyev nədir? Sabit Abbasəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Mərkəzi Afrika

  • Fevral 23, 2026

    Zöhr namazı

  • Fevral 24, 2026

    15 mart

  • Fevral 23, 2026

    Oda Nobunaqa

  • Fevral 23, 2026

    Elza Seyidcahan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst