Kərim Novruzov və ya tanınan adı ilə Ağakərim (1 may 1964, Maştağa – 19 dekabr 2025, Maştağa) — Azərbaycan meyxanaçısı.
| Ağakərim | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum adı | Kərim Novruzov |
| Ləqəbi | Ağakərim |
| Doğum tarixi | 1 may 1964 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 19 dekabr 2025 (61 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri | |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | meyxanaçı |
| Fəaliyyət illəri | 1983–2017 |
| Janr | Meyxana |
Həyatı
Erkən illəri
1964-cü ildə Bakının Maştağa kəndində anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır.
Yaradıcılığı
Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb. 2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür.
Şəxsi həyatı
Musiqi repertuarı
- "Amandı"
- "Azərbaycanlılar"
- "Bu gedər, o biri gələr"
- "Divanə kimi"
- "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi"
- "Günahkar mavi Xəzərdir" feat. Mətanət Əbdülova
- "Kasıb"
- "Qonşunun gəlini"
- "Maştağa"
- "Nizami"
- "Pul"
- "Rədd elə getsin"
- "Varmı görəsən?"
- "Vurulmuşam"
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kərim Novruzov haqqında məlumat. Kərim Novruzov nədir? Kərim Novruzov nə deməkdir?