Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kərbəlayı İsmayıl — Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanı

Kərbəlayı İsmayıl

  • Ana Səhifə
  • Vikipediya
  • Kərbəlayı İsmayıl

Kərbəlayı İsmayıl — Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökumətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı. O dövrdə Quba ətrafında gedən müqavimətə Qaçaq Mayıl, Lənkəranda Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq etmişlər.

Kərbəlayı İsmayıl
Doğum tarixi 1870-cü il
Doğum yeri Vedi rayonu, Çimənkənd
Vəfat tarixi 1948
Vəfat yeri İğdır ,Türkiyə
Milliyyəti Azərbaycan türkü
Dini İslam

Mündəricat

Həyatı

Kərbəlayi İsmayıl Məhərrəm oğlu 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri Azərbaycan torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb.

1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi. Kərbəlayi İsmayılın adı daha çox Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatı ilə bağlıdır.

Kərbəlayi İsmayıl Qərbi Azərbaycan ərazisində erməni təcavüzü və bolşevik işğalına qarşı mübarizə aparırdı. Sonradan Türkiyə tərəfə keçmək məcburiyyətində qaldı. Burda isə onu heç də sakit həyat gözləmirdi. Kərbəlayi İsmayıl 1931-ci ildə qohumları ilə birlikdə İğdır ilinin Daşburun kəndinə gəlir. Bu elə bir vaxt idi ki Ermənistanla sərhəd olan ərazilərdə hələ də daşnaklar at oynadırdı. Az bir zamanda xalqı ətrafında birləşdirən Kərbəlayi İsmayıl ermənilərə qarşı mübarizədən qalib çıxa bilir. Kərbəlayi İsmayıl Türkiyədə yaşadığı illərdə doğulduğu Vedibasar elindəki Çimən kəndinin adını özünə soyad kimi götürüb. 1948-ci ildə Daşburun kəndində 78 yaşında vəfat edib.

Kərbəlayi İsmayılı anım günü

2008-ci ildə Azərbaycanın Qarsdakı konsulu Həsən Sultanoğlu (Zeynalov) və Türkiyə ictimaiyyətinin səyi ilə Kərbəlayi İsmayılın uyuduğu qəbiristanda onun şərəfinə abidə ucaldılıb. Bu abidə həm də Qərbi Azərbaycandakı topaqlar uğrunda mübarizə aparan şəhidlərin xatirəsinə həsr edilib.

Hər il aprelin 28-i ərəfəsində İğdır ilinin Daşburun kəndində Kərbəlayi İsmayılın anım günü qeyd edilir. Kəndin ərazisində həmyerlimizin məzarı üstə ucaldılan abidənin ətrafında mitinq keçirilir. XX əsrin əvvəlində ermənilər tərəfindən türk xalqına qarşı törədilən soyqırıma etiraz səslənir.

Həmçinin bax

  • Azərbaycanlıların ilkin qaçqınlıq dövrü
  • Axırıncı aşırım (film, 1971)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kərbəlayı İsmayıl haqqında məlumat. Kərbəlayı İsmayıl nədir? Kərbəlayı İsmayıl nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oğuz rayonu

  • Fevral 27, 2026

    Albukerke

  • Fevral 27, 2026

    Filon

  • Fevral 27, 2026

    PAŞA Həyat

  • Fevral 27, 2026

    Xorvatiya krallığı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst