Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.

Çimənkənd

  • Ana Səhifə
  • Vikipediya
  • Çimənkənd

Çimənkənd, Aşağı Qarabağlar — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.

Çimənkənd
39°54′45″ şm. e. 44°49′03″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1873
Sahəsi
  • 62,57 km²
Mərkəzin hündürlüyü 1.075 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.587 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Çimənkənd xəritədə
Çimənkənd
Çimənkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Çimənkənd rayon mərkəzindən 9 km şərqdə yerləşir. Əvvəllər mövcud olmuş Qarabağlar rayonuna aid olmuşdur və onun mərkəzi idi. Digər adı Aşağı Qarabağlar (yenə orada).

1948-49-cu illərdə Qarabağlar rayonunun ləğvi ilə əlaqədar Vedi rayonunun tabeliyinə verilmişdir. Qafqazın 5 verstlik xəritəsində Cmankənd formasında qeyd edilmişdir.

Əhalisi

Kənddə 1873 - cü ildə 756 nəfər, 1886-cı ildə 924 nəfər, 1897-ci ildə 1260 nəfər, 1904 - cü ildə 1725 nəfər, 1914 - cü ildə 1879 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırılmış və sağ qalanlar zorla qovulmuşdur. 1919 - cu illərdə xaricdən, xüsusilə də Türkiyədən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 880 nəfər azərbaycanlı, 210 erməni, 1926-cı ildə 690 nəfər azərbaycanlı, 141 erməni, 1931-ci ildə 663 nəfər azərbaycanlı, 178 erməni yaşamışdır. Sonrakı illərdə kəndin əhalisi ümumi şəkildə (ermənilərlə azərbaycanlılar birlikdə göstərilmişdir) qeyd edilmişdir. 1972-ci ildə burada 1917 nəfər əhali olmuşdur. Onun 90%i azərbaycanlılar idi. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti torəfındən deportasiya edilmişdir. İndi burada yalnız ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

  • Kərbəlayı İsmayıl - Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökumətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı. O dövrdə Lənkəran ətrafinda gedən müqavimət hərəkatına Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq etmişlər.

Toponimiyası

Toponim çəmənlik, otluq mənası bildirən çimən (çəmən dialektlərimizdə çimən formasında işlənir) sözü ilə yaşayış məntəqəsi mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Urcadzor qoyulub.

“Kitabi Dədə Qorqud”da Qazan xanın “Körkü (“görkəmli” mənasında, məsələn, I, III boylarda “Körkü Su”) çiməndə” otaq (xan alaçığı) tikdirməsi göstərilir (XI boy). Kəndin adı çəmən (çəmən, göy otlu, çiçəkli) və kənd sözlərindən ibarətdir. XVIII əsrə aid ermənicə mənbədə İrəvan əyalətinin Dərəçiçək mahalında Çimən-Qut kəndi (150, 362), XVII əsrə aid ermənicə mənbədə Şərqi Anadoluda Çimən-Bel dağ adı [91, 26] və Füzuli r-nunda Çimənkənd adı ilə mənaca eynidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çimənkənd haqqında məlumat. Çimənkənd nədir? Çimənkənd nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Konsulyar tribun

  • Fevral 26, 2026

    II Süleyman

  • Fevral 27, 2026

    Fairmont Baku

  • Fevral 25, 2026

    Nüvə parçalanması

  • Fevral 27, 2026

    İldırım Bəyazid

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst