Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1994-cü il martın 19-da Bakı metropoliteninin "20 Yanvar" stansiyasında keçirilmiş terror aktı nəticəsində Azərbaycanın xalq artisti bəstəkar Rafiq Babayev həla

Kədərimiz... Vüqarımız...

  • Ana Səhifə
  • Vikipediya
  • Kədərimiz... Vüqarımız...

Kədərimiz… Vüqarımız… — 1998-ci il Azərbaycan istehsalı bioqrafik və musiqili janrında film.

Kədərimiz... Vüqarımız...
Janr bioqrafik
musiqili
Rejissor Cəmil Quliyev
Ssenari müəllifləri Oqtay Mirqasımov
Cəmil Quliyev
Operator Nizami Abbas
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1998
Filmin növü qısametrajlı sənədli film
Müddət 25 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca (mətnsiz)
İl 1998
Texniki məlumatlar 3 hissə
710 metr
35 mm
Rəng rəngli (ağ-qara kadrlarla)

Mündəricat

Məzmun

1994-cü il martın 19-da Bakı metropoliteninin "20 Yanvar" stansiyasında keçirilmiş terror aktı nəticəsində Azərbaycanın xalq artisti bəstəkar Rafiq Babayev həlak olmuşdur.

Film musiqi sənətimizin görkəmli xadimi, Azərbaycanın xalq artisti, gözəl caz və estrada bəstəkarı, oranjımançı Rafiq Babayevin xatirəsinə həsr olunmuşdur.

Film-düşüncə həyatdan vaxtsız, faciəvi şəkildə getmiş bir sənət adamının həyat yoluna, ürəkləri fəth edən gözəl musiqisinə nəzər salır. Yaxın dostları, musiqini dərindən bilən adamlar onun haqqında xatirələrini söyləyir.

Rafiq Babayev yaradıcılığının çiçəkləndiyi dövrdə həyatı tərk etdi. Lakin nə qədər ki, bu gözəl musiqiçinin əsərləri səslənir o, bizimlədir. Bu mənada filmin proloqu və epiloqu rəmzi məna daşıyır.

Film haqqında

Filmdə Rafiq Babayevin musiqisindən və vokalizindən istifadə olunmuşdur.

Filmdə "Gecə söhbəti", "1001-ci qastrol", "Rəşid Behbudov", "Bir axşam…" (titrlərdə yoxdur), "Şeytan göz qabağında" (titrlərdə yoxdur), "Gümüşü furqon" (titrlərdə yoxdur) filmlərindəki kadrlardan istifadə olunmuşdur.

Filmdə Azərbaycan kino-foto arxivindəki materiallardan istifadə olunmuşdur.

Filmdə təsvirlə musiqi bir-birini tamamlayır.

Filmdə diktor mətni yoxdur.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri: Oqtay Mirqasımov, Cəmil Quliyev
Rejissor: Cəmil Quliyev
Operator: Nizami Abbas
Səs operatoru: Əsəd Əsədov
Montaj: Tahirə Babayeva
Redaktor: Svetlana İsmayılova
İcraçı prodüser: Xanlar Cəfərov

Filmdə iştirak edənlər

Tofiq Quliyev
Fərhad Bədəlbəyli
Fəridə Babayeva
Səyavuş Kərimi
Oqtay Mirqasımov
Mübariz Tağıyev
Cəmil Əmirov

Arxiv kadrlarda iştirak edənlər

Rafiq Babayev (titrlərdə yoxdur)
Rəşid Behbudov (titrlərdə yoxdur)
Cavan Zeynallı (titrlərdə yoxdur)
Əzizə Mustafazadə (titrlərdə yoxdur)
Vasif Adıgözəlov (titrlərdə yoxdur)
Fidan Qasımova (titrlərdə yoxdur)
Xuraman Qasımova (titrlərdə yoxdur)
Rafiq Hüseynov (şəkil) (titrlərdə yoxdur)

Çəkilişə kömək edənlər

Eldar Quliyev (kino və foto materialları ilə)
Rafiq Qəmbərov (kino və foto materialları ilə)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kədərimiz... Vüqarımız... haqqında məlumat. Kədərimiz... Vüqarımız... nədir? Kədərimiz... Vüqarımız... nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Boltsman sabiti

  • Fevral 27, 2026

    Antarktika plitəsi

  • Fevral 27, 2026

    Pələng pişikləri

  • Fevral 24, 2026

    Kaspilər

  • Fevral 27, 2026

    Eson

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst