Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cavan Zeynallı (29 sentyabr 1945, Bakı) — Azərbaycan müğənnisi, cazmen, Azərbaycan Respublikasının Xalq artisti (2019).

Cavan Zeynallı

  • Ana Səhifə
  • Vikipediya
  • Cavan Zeynallı

Cavan Zeynallı (29 sentyabr 1945, Bakı) — Azərbaycan müğənnisi, cazmen, Azərbaycan Respublikasının Xalq artisti (2019).

Cavan Zeynallı
Cavanşir Mirzəməmməd oğlu Zeynallı
Ümumi məlumatlar
Doğum tarixi 29 sentyabr 1945 (80 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, cazmen, pianoçu, aktyor.
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20192019 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20062006

Mündəricat

Həyatı

Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlmişdir. Anası Şəfiqə xanım Məcidova opera müğənnisi idi, dahi Üzeyir Hacıbəylinin kollektivində işləmişdi. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A. Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979–2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olmuşdur. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanmışdır,

Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış etmişdir.

Cavan Zeynallı 2 dəfə ailə həyatı qurub. İlk dəfə Moskvada evlənən sənətkarın 1981-ci il təvəllüdlü Nataşa adlı bir qızı vardır. Musiqiçi ikinci dəfə 1996-cı ildə Röya xanımla ailə həyatı qurub.

Mükafatları

  • "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 16 sentyabr 2006
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 21 dekabr 2015
  • "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 2019

Filmoqrafiya

  1. Benefis (veriliş, 2007)
  2. Çətirimiz buludlardır (film, 1976)
  3. Dantenin yubileyi (film, 1978)
  4. Əlvida, cənub şəhəri (film, 2006)
  5. İstintaq (film, 1979)
  6. Kədərimiz... Vüqarımız...
  7. Koma 0,1 saniyədə (film, 2007)
  8. Qonşu qonşu olsa... (film, 1989)
  9. Oqtay Ağayev. Ötən günlər (film, 2004)
  10. Park (film, 1983)
  11. Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
  12. Tam məxfi (film, 2004)
  13. Yanmış körpülər (film, 2007)
  14. Yollar görüşəndə... (film, 1979)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cavan Zeynallı haqqında məlumat. Cavan Zeynallı nədir? Cavan Zeynallı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vrbas banovinası

  • Fevral 23, 2026

    Yeni Əhd

  • Fevral 27, 2026

    Konfet

  • Fevral 24, 2026

    Əhəmənilər dövləti

  • Fevral 27, 2026

    Ağabacı Rzayeva

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst