Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzunmeşə — Azərbaycan Respublikasının Quba rayonunun Alpan kənd inzibati ərazi dairəsində kənd. Alpan bələdiyyəsinin tərkibindədir.

Uzunmeşə

  • Ana Səhifə
  • Vikipediya
  • Uzunmeşə

Uzunmeşə — Azərbaycan Respublikasının Quba rayonunun Alpan kənd inzibati ərazi dairəsində kənd. Alpan bələdiyyəsinin tərkibindədir.

Uzunmeşə
41°21′35″ şm. e. 48°21′55″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 928 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Uzunmeşə xəritədə
Uzunmeşə
Uzunmeşə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Uzunmeşə XVIII əsrin axırlarına təsadüf edən kəndlərdən biridir. Uzunmeşənin tarixi abidələri siyahısına Uzunmeşə məscidini (XIX əsr) əlavə etmək olardı ki, 2006-cı ildə həmin abidə dağıdılıb və yerində yenisi ilə əvəz olunub.

Kəndlilər təqribən 1918–1919-cu illərdə Amazasp adlı erməninin hücumlarına qarşı da mərdanə vuruşmuşlar. Həmçinin kənddə tarixi dəyirman, iki tarixi qəbiristanlıq və tarixi məlum olmayan yer adları mövcuddur.

Uzunmeşə kəndi Quba rayonunun ən kiçik kəndlərindən biridir. Cəmisi 64 ev mövcuddur.

Əcnəbi iş adamlarının və turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Meşə dağ iqlimi bu kəndə də aiddir. Şah dağın ətək kəndlərindən sayılır. Burada qızılağac, palıd, ağcaqayın, qarağac və çox növ ağaclar və bitkilər yetişir. Heyvanlar aləminə gəlincə tülkü, canavar, ayı, dovşan, porsux, çaqqal, vaşaq, ceyran və müxtəlif növ quşlar mövcuddur. Bura həmçinin durnanı da əlavə etmək olar. Kənddə çoxlu məşhur bulaqlar da mövcuddur: Bədirxan, Dərəmərc, Balta bulaq, Qırx bulaq, Qulla, Aycamal bulağı və s.

Kənddə Həcəfəndə baba kimi tanınan ziyarətgah da mövcuddur. Ziyarətgahın soyuq və təmiz suyu kənd əhalisi tərəfindən müalicəvi olduğu kimi bilinir. Long–Forest (Uzunmeşə) istırahət guşəsi Azərbaycana gələn bütün xarici turistlər arasında məşhurdur. Uzunmeşə kəndində Bələdiyyə evi, kənd klubu, stadion və 4 illik ibtidai məktəb mövcuddur. Uşaqlar təhsili davam etdirmək üçün qonşu kəndə getmək məcburiyyətində qalırlar.

Toponimikası

Kənd Quruçayın sahilində, meşəliklə əhatə olunmuş dərədə yerləşir. Yerli məlumata görə, yaşayış məntəqəsi Uzunmeşə adlı yerdə salındığına görə belə adlandırılmışdır. Meşəyə isə bu ad onun formasına görə verilmişdir.

Coğrafiyası və iqlimi

Uzunmeşə kəndinin Alpan, Kürkün, Gəray, Üçgün və Xuray (Qusar) kəndləri ilə torpaq sərhədi mövcuddur. Kənd meşələrlə əhatə olunmuşdur ki, adı da buradan götürülmüşdür. Şahdağın ətəklərində Quruçayın sol sahilində yerləşib. Qışda −20, −25, yayda +35 temperatur mövcuddur.

Əhalisi

Uzunmeşəlilərin əksəriyyəti Azərbaycanın böyük şəhərlərindən olan Bakı, Sumqayıt və Qubada yaşayırlar. Sünni etiqadlı müsəlmanlardır. Əsas da Hənəfi məzhəbli dindarlar. Kəndin əsili Dağıstanın Axtı rayonunun Uxul kəndindən gəlmə sayılırlar. Uzunmeşəlilər arasında bir neçə tarixi nəsil mövcuddur. Bunlar Paxlalar,Qırxlar, Qırıqlar, Sam-samlar və Katsaylardır. Paxlalar kəndə ən son gəlmiş nəsil hesab olunur. İlk əvvəl kəndin otlaq əraziləri Alpan kəndinə məxsus olmuş sonradan həmin torpaqları kənd əhalisi tərəfindən alınmışdır. Kənddəki qədim qəbristanlığın buralarda əvvəllərdə yaşayış olduğunu göstərir. Qırxlar özlərini Qafqaza ilk gəlmiş ərəb sərkərdəsi Salman ibn Rəbiə əl-Bəxilinin və onunla yanaşı buraya gəlmiş 39 sərkərdənin nəslindən hesab edirlər. Bu nəsillər haqqında ən ətraflı məlumatı Bakıxanovun Gülüstani–İrəm əsərindən almaq olar. Uzunmeşədə 3 əsas məhəllə var ki, bunlar Küçə, Xarman və Taladır. Həmçinin Uzunmeşəlilər İspaniya, İngiltərə, Rusiya, Ukrayna, Belçika, Hollandiya, İsveç və Tayvanda yaşayır. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məhz bu kənddəndir. Kənd əhalisinin əksəriyyəti təsərrüfatla məşğul olur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 232 nəfər əhali yaşayır.

Din

Kənddə Uzunmeşə kənd məscidi dini icması fəaliyyət göstərir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Uzunmeşə haqqında məlumat. Uzunmeşə nədir? Uzunmeşə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əl-Kindi

  • Fevral 25, 2026

    Atropatena Arşakiləri

  • Fevral 27, 2026

    Knyaz

  • Fevral 25, 2026

    Kisəlilər

  • Fevral 27, 2026

    Saccharum robustum

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst