Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəhriyar Nəsib oğlu Quliyev (25 may 1990, Ağdam rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüs

Şəhriyar Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Şəhriyar Quliyev

Şəhriyar Nəsib oğlu Quliyev (25 may 1990, Ağdam rayonu – 21 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Şəhriyar Quliyev
Şəxsi məlumatlar
Doğum adı Şəhriyar Nəsib oğlu Quliyev
Doğum tarixi 25 may 1990
Doğum yeri Ağdam rayonu, Azərbaycan
Vəfat tarixi 21 oktyabr 2020 (30 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Sumqayıt Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2009—2020
Rütbəsi
Gizir
Döyüşlər

 • Qarabağ müharibəsi (2020)

    • Cəbrayılın azad edilməsi
    • Hadrutun azad edilməsi
    • Füzulinin azad edilməsi
Təltifləri "Qarabağ" ordeni "Vətən uğrunda" medalı — 20202020 "Cəbrayılın azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Tərcümeyi-halı

Şəhriyar Nəsib oğlu Quliyev 1990-cı il, mayın 25-də Ağdam rayonunun Xaçındərbətli kəndində anadan olub.

2008-ci ildə Sumqayıt şəhər M. Füzuli adına 15 nömrəli tam orta məktəbdən məzun olub.

2009-cu ildə Tovuz Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2009–2010-cu illərdə N saylı hərbi hissədə xidmət edib.

2010-cu ildə hərbi hissənin nəzdində "Gizir hazırlığı kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 9 avqust 2010-cu il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 14 iyun 2019-cu il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 10 il ərzində xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 21-də Füzuli rayonu ərazisində döyüş tapşırığının icrası zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Evli idi. Ramal və Camal adında 2 oğlu var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şəhriyar quliyev sözünün mənası, şəhriyar quliyev haqqında məlumat. şəhriyar quliyev nədir? şəhriyar quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kometa

  • Fevral 27, 2026

    Sosioloji

  • Mart 01, 2026

    Qızılarbat

  • Fevral 27, 2026

    Eucalyptus angustissima

  • Mart 01, 2026

    Cəfər Yusifov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst