Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnfant Juan (port. Infante Don João) (13 yanvar 1400, Santaren[d], Santaren[d] – 18 oktyabr 1442) — Portuqaliya infantı. Atası Avis sülaləsindən Portuqaliya kra

İnfant Juan

  • Ana Səhifə
  • Vikipediya
  • İnfant Juan

İnfant Juan (port. Infante Don João) (13 yanvar 1400, Santaren[d], Santaren[d] – 18 oktyabr 1442) — Portuqaliya infantı. Atası Avis sülaləsindən Portuqaliya kralı I Juan, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. 11 il ərzində Portuqaliyanın ən ali hərbi rütbəsi olan Portuqaliyanın konnetablı (port. Condestável de Portugal) rütbəsini daşımışdır.

İnfant Juan
Şəxsi məlumatlar
Doğum tarixi 13 yanvar 1400(1400-01-13)
Doğum yeri
  • Santaren[d], Santaren[d], Portuqaliya
Vəfat tarixi 18 oktyabr 1442(1442-10-18) (42 yaşında)
Atası I Juan
Anası Lankasterli Filipa
Həyat yoldaşı Barseloslu İzabella
Uşaqları İnfanta İzabella
İnfanta Beatris
Ailəsi Avis sülaləsi
Dini katolisizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İnfant Juan 1400-cü ildə dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşları ilə keçdi. Qardaşları ilə birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. 18 yaşı tamam olduqdan sonra atasının istəyi və Papa V Martinin təsdiqi ilə Santyaqo ordeninin magistri elan olundu. Həmin il (1418) qardaşı İnfant Enrike ilə birlikdə Seutaya əlavə donanma apardılar və bölgəni mühasirədən azad etdilər.

1431-ci ildə nuno Alvares Pereyranın vəfat etməsi ilə Portuqaliyanın 3-cü Baş Məmuru təyin edildi. Çox keçmədən atasının vəfatından sonra böyük qardaşı I Duarte taxta çıxdı. Ancaq onun qısa səltənəti ailəsi üçün fəlakətlə nəticələndi. 1437-ci ildə çıxılan səfərdə kiçik qardaşı İnfant Ferdinand mavrlara əsir düşmüş, əsirin geri qaytarılması qarşılığında Seuta qalası tələb edilmişdi. Ancaq İnfant Juanın və ögey qardaşı Don Alfonsonun səylərinə baxmayaraq, korteslər birliyi bu təklifi qəbul etmədi və əsir infant ölümə tərk edildi.

İnfant Juanın qardaşı I Duartenin ani ölümünün ardından onun 6 yaşlı oğlu V Afonso kral, anası Araqonlu Eleonora isə qəyyum elan olundu. Ancaq kralın anasının Araqonlu olması bir çox saray əyanının və əsilzadənin narazılığına səbəb olmuşdu. Nəhayət, kralın əmisi Don Pyotr bir çox saray əyanı və ögey qardaşı Don Alfonso və Juanın da dəstəyi ilə qəyyum təyin edildi.

Ancaq çox keçmədən 1442-ci ildə İnfant Juan vəfat etdi. Kralın qəyyumu olan qardaşı Don Pyotr onun bütün rütbə və mülklərini böyük oğlu Dieqoya verdi.

Ailəsi

1424-cü ildə İnfant Juan ögey qardaşı Don Alfonsonun qızı İzabella ilə evlənmişdi və bu nikahdan 4 övladı dünyaya gəlib:

  • İnfant Dieqo (d. 1425 — ö. 1443)
  • İnfanta İzabella
  • İnfanta Beatris
  • İnfanta Filipa (d. 1432 — ö. 1444)

Həmçinin baxın

  • Avis sülaləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İnfant Juan haqqında məlumat. İnfant Juan nədir? İnfant Juan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İllit

  • Fevral 25, 2026

    Laktansius

  • Fevral 27, 2026

    Burchardia

  • Fevral 27, 2026

    Tivi

  • Fevral 27, 2026

    Fəriman

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst