Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Pedro (port. Pedro I de Portugal; 8 aprel 1320, Koimbra – 18 yanvar 1367[…], Eştremoş[d]) — VIII Portuqaliya kralı. Portuqaliya tarixinin ən məşhur və rəğbətl

I Pedro

  • Ana Səhifə
  • Vikipediya
  • I Pedro

I Pedro (port. Pedro I de Portugal; 8 aprel 1320, Koimbra – 18 yanvar 1367[…], Eştremoş[d]) — VIII Portuqaliya kralı. Portuqaliya tarixinin ən məşhur və rəğbətlə xatırlanan hökmdarlarından biridir. Pedro həm ədalətpərvərliyi, həm də şəxsi həyatı ilə Portuqaliya mədəniyyətində və tarixində dərin iz qoymuşdur.

I Pedro
port. Pedro I «o Justiceiro»
VIII Portuqaliya kralı
28 may 1357 – 18 yanvar 1367
ƏvvəlkiIV Afonso
SonrakıI Ferdinand
Şəxsi məlumatlar
Doğum tarixi 8 aprel 1320(1320-04-08)
Doğum yeri
  • Koimbra, Portuqaliya
Vəfat tarixi 18 yanvar 1367(1367-01-18)[…] (46 yaşında)
Vəfat yeri
  • Eştremoş[d], Portuqaliya
Fəaliyyəti siyasətçi
Atası IV Afonso
Anası Kastiliyalı Beatris
Uşaqları
  • I Ferdinand,
  • I Juan
Ailəsi Burqoniya sülaləsi
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1320-ci ildə Koimbrada dünyaya gəldi. O, atasından idarəçilik və hərbi bacarıqları öyrənmiş, gənc yaşlarından siyasi həyatın içində olmuşdur. 28 fevral 1336-cı ildə Araqon kralı II Ceymsin nəvəsi və Kastiliya kralı XI Alfonsonun boşadığı ilk xanımı Konstansa Manuellə evləndirildi. Ancaq XI Alfonsonun bu nigaha qarşı çıxması səbəbilə cütlüyün toy mərasimi 4 il sonra - 24 avqust 1340-cı ildə baş tutdu. Siyasi məqsədlərlə baş tutan bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəldi.

  • Mariya (1342-1377)
  • Luiz (1344)
  • I Ferdinand, Portuqaliya kralı
  • Ölü doğulan bir qız uşağı (1349)

İkinci evliliyi isə 1354-cü ildə uzun müddətdir ki, məşuqəsi olan ines de Kastro ilə baş tutdu. Cütlüyün nigahdan öncə 4 övladı dünyaya gəlmişdi.

  • Afonso (1350)
  • Con (1352-1396)
  • Denis (1353-1403)
  • Beatrisa (1354-1381)

Bu 2 evlilikdən əlavə, kralın Tereza Laurenko adlı məşuqəsindən bir oğlu da vardı. Hansı ki, bu oğlu gələcəkdə I Con adıyla Portuqaliya taxtına çıxacaq.

1357-ci ildə atası IV Afonsonun vəfatından sonra taxta keçmişdir. I Pedro taxta çıxdıqdan sonra ölkədə ədalətin bərpası və sabitliyin təmin olunmasına böyük önəm vermişdir. Onun adı Ədalətli Pedro (port. Pedro o Justo) kimi tarixə düşmüşdür, çünki vəzifəlilərə qarşı sərt tədbirlər görmüş, qanunun aliliyini təmin etmişdir. O, haqsızlığa, korrupsiyaya və cinayətkarlığa qarşı ciddi mübarizə aparmışdır. Kral sarayında qurduğu məhkəmə onun ədalətpərvərliyinin simvolu sayılır.

Pedro, Kastiliya ilə münasibətlərdə həm müharibə, həm də diplomatiya yolunu seçmişdir. Onun dövründə Portuqaliya İberiya yarımadasında öz mövqeyini gücləndirməyə çalışmışdır. 18 yanvar 1367-ci ildə vəfat etdi və ölümündən sonra böyük oğlu I Ferdinand taxta çıxdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Pedro haqqında məlumat. I Pedro nədir? I Pedro nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Baden-Baden

  • Fevral 27, 2026

    Sergey Raxmaninov

  • Fevral 27, 2026

    İstanbul Universiteti

  • Fevral 27, 2026

    Sərhədsiz reportyorlar

  • Fevral 25, 2026

    Avesta

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst