Kaptan-ı dərya (Osmanlı türkcəsi: کاپیتان دریا, Kapitan-i Derya) — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur.
16. əsrin ortalarına qədər bəylərbəyi rütbəsi, o tarixlərdən sonra vəzir kaptan-ı dəryaların (və ya Kaptanpaşa) önəmi, Osmanlı imperiyasının dənizləri aşması və Aralıq dənizi sahillərindəki fəthlər çoxaldıqca artdı.
Divan-ı Hümayüna üzv olaraq qatılmalı, Osmanlı imperiyasının dəniz əyalətləri adlanan əyalətlərini (Əlcəzair, Tunis, Trablusqarb və ya Tripolitaniya, Aralıq dənizi adaları) şəxsən özü və ya təyin etdiyi dənizçi paşalar vasitəsilə idarə edirdi. Keçmişdə indiki Çanaqqala ərazisində, sonralar isə İstanbulun Kasımpaşa səmtində yaşayan və limanın təhlükəsizliyindən məsul olan Kaptan-ı dərya statusu Tənzimat dövründə ləğv olunmuşdur.

İlk Osmanlı dəryabəyləri sancaqbəyliyi də edirdilər. Osmanlı dəniz qüvvələri İzmitdən Gəliboluya köçürüldükdən sonra dəryabəylərinə kaptan-ı dərya deyilməyə başlanmışdır. II. Mehmed dönəmində donanma gücləndirilərək ordu vəziyyətinə gətirilmiş, bununla da kaptan-ı dəryaların vəzifələri də artdırılmışdır. 1533-1534 tarixlərində Cəzir-i Bahr-i Səfid və Cəzair-i Qərb vilayətləri birləşdirilərək Kaptanpaşanın idarəsinə verilmişdir. Ancaq kaptan-i dəryalığın bu qədər yüksəlməsi əlbəttə ki, Barbaros Xeyrəddin Paşanın bu vəzifəyə gətirilməsi ilə bağlıdır. 16. əsrin sonlarında kaptan-ı dəryalığa yüksələnlərin vəzir rütbəsilə Divan-ı Hümayünə qatılması adəti başlanmışdır.
Kaptan-ı dərya həm Donanma-yı Hümayünün, həm də Tərsanə-i Amirənin ən böyük rütbəsi idi. Dənizçilikdə bütün təyinatları edə bilər, dövlət səviyyəli sənədlərə sultan adına imza ata bilərdi. Kaptan-ı dəryalığa təyin olunan şəxs əvvəlcə sədrəzəm qarşısında kürk geyinməli, daha sonra mərasimlə Tərsanə-i Amirəyə gedib vəzifəsinin başına keçirdi. Tərsanə-i Amirə sahəsindəki bəzi məsələlərə baxar, hətta edam cəzası belə verə bilərdi. Donanma ilə dənizə çıxan zaman İstanbuldan hərəkət etmədən öncə Tərsanə-i Amirədə sədrəzəmə icazə kağızı verməli, sonra onunla birlikdə Topqapı Sarayına gedərək sultanın hüzuruna çıxmalı idi. Bu zaman donanma gəmiləri də sarayın sahil hissəsinə gəlməli və top atəşləri ilə sultanı salamlamalı idi. İstanbulda olmadığı hallarda kaptan-ı dəryanı tərsanə əmini vəkalət edirdi. Ən yaxın köməkçisi tərsanə kəndxudası idi.
Kaptan-ı dəryalıq və onun vəzifələri 1867 tarixində ləğv edilərək Bahriyə Nəzarəti və İdarəçilik Məclisi adında iki dövlət orqanı arasında bölüşdürüldü. 1876 tarixində və 1878-1880-ci illərdə yenidən qurulsa da, sonda kaptan-ı dəryanın əsl vəzifələri Bahriyə nazirinə verildi.
Osmanlı kaptan-ı dəryaları
| № | Kaptan-ı dərya | Başlanğıc tarixi | Bitiş tarixi | Qeyd |
|---|---|---|---|---|
| 1 | Baltaoğlu Süleyman bəy | 1451 | 1458 | İlk Osmanlı kaptan-ı dəryası |
| 2 | Yavaşca Şahin Paşa | 1458 | sentyabr 1465 | |
| 3 | Has Yunus bəy | sentyabr 1465 | ||
| 4 | Vəli Mahmud Paşa | 1466/67 | ||
| 5 | Gədik Əhməd Paşa | 1467/68 | ||
| 6 | Məsih Paşa | 1481 | 1492 | |
| 7 | Güvəyi Sənan Paşa | 1492 | 1493 | |
| 8 | Kiçik Davud Paşa | 1493 | 1502 | |
| 9 | Nişançı Qara Davud Paşa | 1502 | 10 mart 1506 | |
| 10 | Herseqli Əhməd Paşa | 10 mart 1506 | 2 iyul 1511 | |
| 11 | Cəfər ağa | 2 iyul 1511 | 1521 | |
| 12 | Palak Mustafa Paşa | 1521 | 1532 | |
| 13 | Kəmankeş Əhməd bəy | 1532 | 6 aprel 1534 | |
| 14 | Xeyrəddin Paşa | 6 aprel 1534 | ||
| 15 | Sokollu Mehmed Paşa | 5 iyul 1546 | 22 aprel 1549 | |
| 16 | Sənan Paşa | 22 aprel 1549 | 21 dekabr 1555 | |
| 17 | Piyalə Paşa | 7 yanvar 1555 | may 1568 | |
| 18 | Müəzzinzadə Əli Paşa | may 1568 | 7 oktyabr 1571 | |
| 19 | Qılınc Əli Paşa | 7 oktyabr 1571 | 27 iyun 1587 | |
| 20 | Kürəkən İbrahim Paşa | 27 iyun 1587 | 1588 | |
| 21 | Uluc Həsən Paşa | 1588 | 1591 | |
| 22 | Cığalızadə Yusif Paşa (1) | 1591 | yanvar 1595 | |
| 23 | Bosniyalı Xəlil Paşa | yanvar 1595 | ||
| — | Cığalızadə Yusif Paşa (2 və son) | 1597/98 | ||
| 24 | Mustafa Paşa | 1601/02 | 1604 | |
| 25 | Firəng Cəfər Paşa (1) | 1604 | 18 yanvar 1606 | |
| 26 | Dərviş Mehmed Paşa | 18 yanvar 1606 | 21 iyun 1606 | |
| — | Firəng Cəfər Paşa (2) | 21 iyun 1606 | 9 fevral 1608 | |
| 27 | Hafiz Əhməd Paşa | 9 fevral 1608 | 6 fevral 1609 | |
| 28 | Maraşlı Xəlil Paşa | 6 fevral 1609 | oktyabr 1611 | |
| 29 | Öküz Mehmed Paşa | oktyabr 1611 | 1612 | |
| — | Maraşlı Xəlil Paşa (2) | 1612 | noyabr 1617 | |
| 30 | Çələbi Əli Paşa (1) | noyabr 1617 | yanvar 1618 | |
| 31 | Qara Davud Paşa | yanvar 1618 | fevral 1618 | 40 gün qalmışdır. |
| — | Çələbi Əli Paşa (2 və son) | 1618 | 23 dekabr 1619 | |
| — | Maraşlı Xəlil Paşa (3) | 23 dekabr 1619 | dekabr 1621 | |
| 32 | Niğdəli Mustafa Paşa | dekabr 1621 | iyun 1622 | |
| — | Maraşlı Xəlil Paşa (4 və son) | iyun 1622 | 1623 | |
| 33 | Topal Rəcəb Paşa | aprel 1623 | 13 iyul 1626 | |
| 34 | Çatalcalı Həsən Paşa | 13 iyul 1626 | 20 oktyabr 1630 | |
| 35 | Canpoladzadə Mustafa Paşa | 20 oktyabr 1630 | 1633 | |
| 36 | Bostancı Cəfər Paşa | 1633 | iyun 1634 | |
| 37 | Dəli Hüseyn Paşa (1) | iyun 1634 | 17 oktyabr 1635 | |
| 38 | Kəmankeş Mustafa Paşa | 17 oktyabr 1635 | 24 dekabr 1638 | |
| 39 | Tüccarzadə Mustafa Paşa | 24 dekabr 1638 | yanvar 1640 | |
| — | Dəli Hüseyn Paşa (2) | yanvar 1640 | 9 sentyabr 1640 | |
| 40 | Siyavuş Paşa | 9 sentyabr 1640 | 31 yanvar 1642 | |
| 41 | Uzun Piyalə Paşa | 31 yanvar 1642 | 14 mart 1643 | |
| 42 | Əbubəkr Paşa | 14 mart 1643 | mart 1644 | |
| 43 | Silahdar Yusif Paşa | mart 1644 | 22 yanvar 1646 | |
| 44 | Musa Paşa | 22 yanvar 1646 | iyun 1647 | |
| 45 | Fəzli Fəzlullah Paşa | iyun 1647 | 1648 | |
| 46 | Əmmarzadə Mehmed Paşa | 1648 | 22 iyun 1648 | |
| 47 | Voynuq Əhməd Paşa | 22 iyun 1648 | 28 iyul 1649 | |
| 48 | Bığlı Mustafa Paşa | 28 iyul 1649 | oktyabr 1649 | |
| 49 | Heydərzadə Mehmed Paşa | oktyabr 1649 | 1 oktyabr 1650 | |
| 50 | Hüsambəyzadə Əli Paşa (1) | 1 oktyabr 1650 | sentyabr 1652 | |
| 51 | Bığlı Dərviş Paşa | sentyabr 1652 | 21 mart 1653 | |
| 52 | Çavuşzadə Mehmed Paşa (1) | 21 mart 1653 | 26 noyabr 1653 | |
| 53 | Qara Murad Paşa | 26 noyabr 1653 | 11 may 1655 | |
| 54 | Dəllaq Mustafa Paşa | 11 may 1655 | 21 may 1655 | |
| 55 | Zurnazən Mustafa Paşa | 21 may 1655 | 5 mart 1656 | |
| 56 | Mərzifonlu Mustafa Paşa | 5 mart 1656 | may 1656 | |
| 57 | Halıcı Mustafa Paşa | may 1656 | 3 may 1656 | |
| 58 | Topal Kənan Paşa | 3 may 1656 | 13 iyul 1656 | |
| 59 | Seydi Əhməd Paşa | 13 iyul 1656 | 12 dekabr 1656 | |
| 60 | Topal Mehmed Paşa | 12 dekabr 1656 | dekabr 1657 | |
| — | Çavuşzadə Mehmed Paşa (2 və son) | dekabr 1657 | iyul 1658 | |
| — | Dəli Hüseyn Paşa (3 və son) | iyul 1658 | dekabr 1658 | |
| 61 | Biko Əli Paşa | dekabr 1658 | aprel 1660 | |
| — | Hüsambəyzadə Əli Paşa (2 və son) | aprel 1660 | dekabr 1661 | |
| 62 | Əbdülqədir Paşa | dekabr 1661 | mart 1662 | |
| 63 | Mərzifonlu Mustafa Paşa | mart 1662 | ||
| 64 | Kaplan Mustafa Paşa (1) | 1665/66 | ||
| 65 | Əli Paşa | 1671/72 | yanvar 1676 | |
| 66 | Seydizadə Mehmed Paşa | yanvar 1676 | 13 noyabr 1677 | |
| 67 | Qara İbrahim Paşa | 13 noyabr 1677 | 25 noyabr 1678 | |
| — | Kaplan Mustafa Paşa (2) | 25 noyabr 1678 | ||
| 68 | Kiçik Sipahi Mustafa Paşa | 1679 | 14 yanvar 1681 | |
| 69 | Yozğadlı Mustafa Paşa | 14 yanvar 1681 | 20 dekabr 1683 | |
| 70 | Müsahib Mustafa Paşa | 20 dekabr 1683 | dekabr 1685 | |
| 71 | Misirli İbrahim Paşa (1) | dekabr 1685 | 1688 | |
| 72 | Qalaylı Əhməd Paşa | 1688 | dekabr 1689 | |
| 73 | Mezomorto Hüseyn Paşa (1) | dekabr 1689 | 9 fevral 1690 | |
| — | Misirli İbrahim Paşa (2) | 9 fevral 1690 | 1692 | |
| 74 | Halvaçı Yusif Paşa | 1692 | ||
| 75 | Körpülü Hacı Hüseyn Paşa | 1694/95 | ||
| — | Mezomorto Hüseyn Paşa (2 və son) | 1695/96 | ||
| 76 | Hacı Əbdülfəttah Paşa | 1701/02 | ||
| 77 | Aşçı Mehmed Paşa (1) | 1702/03 | ||
| 78 | Kiçik Osman Paşa | 1703/04 | ||
| 79 | Baltaçı Mehmed Paşa | 1704 | ||
| 80 | Əbdürrəhman Paşa | dekabr 1704 | ||
| 81 | Vəli Mehmed Paşa | 1705/06 | ||
| 82 | Moralı İbrahim Paşa | 1706/07 | ||
| 83 | Paşazadə Mehmed Paşa | 1709 | ||
| 84 | Kirli Əhməd Paşa (1) | 1711 | ||
| 85 | Hoca İbrahim Paşa (1) | 1712 | ||
| — | Kirli Əhməd Paşa (2 və son) | 1713 | ||
| 86 | Silahdar Süleyman Paşa | |||
| — | Aşçı Mehmed Paşa (2 və son) | noyabr 1713 | ||
| 87 | İzmirli Süleyman Paşa (1) | yanvar 1714 | 18 dekabr 1714 | |
| 88 | Canım Hoca Mehmed Paşa (1) | 18 dekabr 1714 | 14 fevral 1717 | |
| — | Hoca İbrahim Paşa (2 və son) | 14 fevral 1717 | 5 aprel 1718 | |
| — | İzmirli Süleyman Paşa (2) | 5 aprel 1718 | 12 sentyabr 1721 | |
| 89 | Qaymaq Mustafa Paşa | 12 sentyabr 1721 | 28 sentyabr 1730 | |
| 90 | Abdi Paşa | 28 sentyabr 1730 | 1 oktyabr 1730 | |
| 91 | Hafiz Əhməd Paşa | 1 oktyabr 1730 | 28 oktyabr 1730 | |
| — | Canım Hoca Mehmed Paşa (2) | 28 oktyabr 1730 | 18 may 1731 | |
| 91 | Şahin Paşa | 18 may 1731 | ||
| 92 | Abdi Paşa | fərqli | ||
| 93 | Hacı Hüseyn Paşa | noyabr 1731 | ||
| 94 | Hacı Əbubəkr Paşa (1) | 1732/33 | 7 may 1733 | |
| — | Canım Hoca Mehmed Paşa (3) | 7 may 1733 | 14 noyabr 1736 | |
| 95 | Laz Əli Paşa | 14 noyabr 1736 | ||
| 96 | Bosniyalı Süleyman Paşa | |||
| 97 | Miraxur Mustafa Paşa | 1740 | ||
| 98 | Yəhya Paşa | may 1743 | noyabr 1743 | |
| 99 | Pir Mustafa Paşa | noyabr 1743 | yanvar 1744 | |
| 100 | Əhməd Ratib Paşa | yanvar 1744 | ||
| — | Pir Mustafa Paşa | noyabr 1744 | ||
| 101 | Mahmud Paşa | 1746 | ||
| 102 | Şahsüvarzadə Mustafa Paşa | yanvar 1747 | ||
| — | Hacı Əbubəkr Paşa (2) | 1750 | ||
| 103 | Durak Paşa | 1751 | ||
| 104 | Mələk Mehmed Paşa (1) | 1752 | ||
| 105 | Qarabağlı Süleyman Paşa (1) | noyabr 1754 | ||
| 106 | Əli Paşa | 1756/57 | ||
| — | Qarabağlı Süleyman Paşa (2) | 1757/58 | ||
| 107 | Əbdülkərim Paşa | 1759/60 | ||
| 108 | Mustafa Paşa | 1760/61 | fevral 1761 | |
| 109 | Hacı Həsən Paşa | fevral 1761 | avqust 1762 | |
| 110 | Kiçik Mustafa Paşa | avqust 1762 | aprel 1763 | |
| — | Qarabağlı Süleyman Paşa (3) | aprel 1763 | dekabr 1763 | |
| 111 | Nişli Mehmed Paşa | dekabr 1763 | fevral 1765 | |
| 112 | Hüseyn Hüsnü Paşa | fevral 1765 | ||
| 113 | Tosun Mehmed Paşa | 1765/66 | ||
| 114 | Mələk Mehmed Paşa (2) | 1766/67 | ||
| 115 | İbrahim Paşa | 1768/69 | ||
| 116 | Hüsaməddin Paşa | 1769/70 | ||
| 117 | Cəfər Paşa | 1770/71 | ||
| 118 | Həsən Paşa (1) | noyabr 1770 | dekabr 1773 | |
| 119 | Mehmed Paşa | dekabr 1773 | avqust 1774 | |
| — | Həsən Paşa (2) | avqust 1774 | 20 aprel 1789 | |
| 120 | Giritli Hüseyn Paşa | 20 aprel 1789 | ||
| 121 | Kiçik Hüseyn Paşa | 1791/92 | ||
| 122 | Əbdülqədir Paşa | 1803/04 | ||
| 123 | İsmayıl Paşa | 1804/05 | ||
| 124 | Bostançı Mehmed Paşa | 1805/06 | ||
| 125 | Salih Paşa | 1806 | ||
| 126 | Seyid Əli Paşa (1) | fevral 1807 | ||
| 127 | Ramiz Paşa | 1808 | ||
| — | Seyid Əli Paşa (2) | dekabr 1808 | ||
| 128 | Süvari Əli Paşa | 1809 | ||
| 129 | Hafiz Əli Paşa | iyun 1809 | ||
| 130 | Qara Mehmed Paşa (1810) | 18 noyabr 1810 | 12 dekabr 1810 | |
| 131 | Hüsrəv Paşa (1) | 22 yanvar 1811 | fevral 1818 | |
| 132 | Əhməd Paşa | fevral 1818 | 15 avqust 1818 | |
| 133 | Seyid Həsən Paşa | 15 avqust 1818 | 25 iyun 1819 | |
| 134 | Dəli Abdullah Paşa | iyul 1819 | 15 noyabr 1821 | |
| 135 | Nasuhzadə Əli Paşa | 15 noyabr 1821 | 20 aprel 1822 | |
| 136 | Qara Mehmed Paşa (1828) | 20 aprel 1822 | 9 dekabr 1822 | |
| — | Hüsrəv Paşa (2) | 9 dekabr 1822 | 9 fevral 1827 | |
| 137 | İzzət Paşa | 9 fevral 1827 | ||
| 138 | Pabuççu Əhməd Paşa | 1828/29 | ||
| 139 | Xəlil Paşa (1) | 1829/30 | ||
| 140 | Tahir Paşa (1) | 1832/33 | ||
| 141 | Firari Əhməd Paşa | 1836/37 | ||
| 142 | Səid Paşa | 1839 | ||
| — | Tahir Paşa (2) | 1841 | ||
| — | Xəlil Paşa (2) | 1843 | ||
| 143 | Mehmed Əli Paşa (1) | 1845 | ||
| — | Xəlil Paşa (3) | 1847 | ||
| — | Mehmed Əli Paşa (2) | 1848 | ||
| 144 | Süleyman Paşa | 1849 | ||
| — | Mehmed Əli Paşa (3) | 1851 | ||
| 145 | Mahmud Paşa | 1852 | ||
| 146 | Rza Paşa | 1853/54 | ||
| 147 | Mehmed Əmin Paşa (1) | yanvar 1854 | 29 may 1854 | |
| — | Xəlil Paşa (4) | 29 may 1854 | ||
| — | Mehmed Əli Paşa (4) | 1854/55 | ||
| — | Mehmed Əmin Paşa (2) | 1858/59 | 40 gün | |
| — | Mehmed Əli Paşa (5) | 1858/59 | ||
| 148 | İngilis Mustafa Paşa | yanvar 1863 | ||
| 149 | Atəş Mehmed Paşa | fevral 1863 | ||
| 150 | Hacı Vəsim Paşa | 1864/65 | ||
| 151 | Xəlil Paşa | 1865/66 | ||
| — | Mehmed Əli Paşa (6) | may 1866 |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kaptan-ı dərya haqqında məlumat. Kaptan-ı dərya nədir? Kaptan-ı dərya nə deməkdir?