Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ədirnə Sarayı ya da Saray-ı Cədid-i Amirə (Yeni Saray) — Ədirnədəki Osmanlı saraylarından biridir. İstanbuldakı Topqapı Sarayından sonra Osmanlının ən böyük sar

Ədirnə sarayı

  • Ana Səhifə
  • Vikipediya
  • Ədirnə sarayı

Ədirnə Sarayı ya da Saray-ı Cədid-i Amirə (Yeni Saray) — Ədirnədəki Osmanlı saraylarından biridir. İstanbuldakı Topqapı Sarayından sonra Osmanlının ən böyük sarayı idi. Günümüzə yalnızca çox kiçik bir hissəsi gəlib çatmışdır.

Ədirnə Sarayı
Cihannüma Qəsri
Ölkə  Türkiyə
Şəhər Ədirnə
Yerləşir Ədirnə
Memar Memar Şəhabəddin
Sifarişçi II Murad
II Mehmed
Tikilmə tarixi XV əsr
Üslubu Osmanlı memarlığı
Vəziyyəti 1475 – 1718 Saray olaraq istifadə edilmişdir
1718 – 1768 Boş qalmışdır
1768 – 1829 Saray olaraq istifadə edilmişdir
41°41′28″ şm. e. 26°33′20″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər mərkəzindən uzaq, Tunca çayının qərbində, geniş meşə sahəsində yerləşən saray təqribən 3 milyon m² ərazini tutur. 5 əsas meydan və bu meydan içində yerləşən tikililərdən ibarətdir. İçində bir saray bağçası vardı. Keçmişdə sarayın yerləşdiyi Sarayiçi bölgəsi, günümüzdə Qırxpınar güləşlərinin keçirildiyi sahədir.

İnşasına II Murad dönəmində başlanılmış, II Mehmed zamanında Memar Şəhabəddin tərəfindən tamamlanmışdır. Ən zamanı IV Mehmedin səltənət dönəmidir. Bu illərdə sarayın içinə yeni köşk, qəsr, çeşmə və hovuzlar tikilmişdir.

Saray XIX əsrə qədər Osmanlı sultanları tərəfindən istifadə edilmişdir. Sarayda bir müddət yaşayan sultanlar sırasına Qanuni Sultan Süleyman, II Səlim, I Əhməd, IV Mehmed, II Əhməd, II Mustafa və III Əhməd daxildir. 22 avqust — 14 sentyabr 1829 tarixlərində bölgəyə daxil olan ruslar sarayı dağıtmış, 1878-ci ildə çıxan Rus-Osmanlı müharibəsi əsnasında saray yaxınlığında yerləşən cəbhəxananın rusların əlinə keçməməsi üçün saray bombalanaraq ortadan qaldırılmışdır.

2008-ci ildə Ədirnə Sarayının bərpası üçün çalışmalar başlamışdır.

Mündəricat

Cihannüma Qəsri

Cihannüma Qəsri Ədirnə Sarayının ən tikilisidir. II Mehmed tərəfindən 1452-ci ildə inşa edilmiş, 7 mərtəbəli bir binadır. Ən üst mərtəbəsində səkkizbucaqlı bir otaq içində bir hovuz mövcud olmuşdur. Cem Sultanın da doğulduğu yer olaraq bilinən bu qəsrin günümüzə yalnız dağıntıları gəlib çıxmışdır.

Qum Qəsri

Qum Qəsri Ədirnə Sarayında Cihannüma Qəsrinin sağ tərəfində yerləşən önəmli bir tikilidir. Adını yerləşdiyi yerin sarı rəngli torpağından almışdır. Fateh II Mehmed dönəmində inşa edilmişdir. Bu qəsrdən günümüzə yalnız qəsrə bitişik olan Qum Qəsri Hamamı gəlib çatmışdır.

Ədalət Qəsri

Ədalət Qəsri 1562-ci ildə Qanuni Sultan Süleyman tərəfindən Memar Sinana inşa etdirilmişdir. Divan-ı Hümayun və Prokurorluq olaraq istifadə edilmişdir. Birinci mərtəbəsində Şərbətxana, ikinci mərtəbəsində divan katibləri, ən üst qatda divan heyətinin toplandığı mərmər salon mövcuddur. Mərmər salonun ortasında hovuz və kənarda qəfəs arxasında sultanın taxtı yerləşmişdir.

Saray bağçası

Ədirnə Sarayı içində yerləşən Saray bağçasından günümüzə yalnız "Toyuq Meşəsi" adlı 58 hektarlıq bir hissə qalmışdır. Bu ərazidə dəyərli tibbi bitkilər əkilmişdir. Eyni zamanda 1671-ci ildə IV Mehmed tərəfindən burda "Bülbül Köşkü" adlanan ov köşkü inşa edilmişdir. Bu köşk 2002-ci ildə bərpa edilmişdir.

Qalereya

  • Cihannüma Qəsrinin tarixi şəkli
    Cihannüma Qəsrinin tarixi şəkli
  • Babüssadə Qapısı
    Babüssadə Qapısı
  • Qum Qəsri Hamamı
    Qum Qəsri Hamamı
  • Saray mətbəxi
    Saray mətbəxi
  • 1452-ci ildə inşa edilən Fateh körpüsü və Ədalət Qəsri
    1452-ci ildə inşa edilən Fateh körpüsü və Ədalət Qəsri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ədirnə sarayı haqqında məlumat. Ədirnə sarayı nədir? Ədirnə sarayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sapfo

  • Fevral 27, 2026

    Akapulko

  • Fevral 25, 2026

    Trafalqar meydanı

  • Fevral 27, 2026

    Manihot

  • Fevral 27, 2026

    Çimbay

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst