Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həşəratyeyənlər (lat. Eulipotyphla) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.

Həşəratyeyənlər

  • Ana Səhifə
  • Vikipediya
  • Həşəratyeyənlər

Həşəratyeyənlər (lat. Eulipotyphla) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.

Həşəratyeyənlər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Dəstə:
Həşəratyeyənlər
Beynəlxalq elmi adı
  • Eulipotyphla Peter J. Waddell, Norihiro Okada & Masami Hasegawa, 1999
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  9362
FW  

Bədəninin uzunluğu 3-40 sm olur. Başı uzunsov olub, adətən hərəkətli xortumcuq şəklindədir. Dünyada 300-ə qədər, Azərbaycanda 8 növü məlumdur. Əsasən gecə heyvanıdır. Əksəriyyəti yuvalarda, meşədə yaşayan, kiçik növlər isə xəzəllərin altında sığınacaq tapırlar. Bir qismi (köstəbək, desman) xəzlikdir. Kirpilər həşəratyeyənlərdəndir. Həşəratyeyənlər alt təbaşir dövründən məlumdur. Heyvani yemlə qidalanırlar. Desmanlar və yarıqdişlilərin sayı az olduğundan qorunurlar.

Mündəricat

Xarici görünüşü

Qədim, yaxşı ayrılmış və özünəməxsus, başlıca olaraq kiçik məməlilər qrupdur. Güclü şəkildə uzanmış və xortum şəklində itiləşmiş sifəti ilə seçilir. Azərbaycan faunasındakı heyvanların bədəninin uzunluğu 3-4 sm-dən (cırtdan ağdiş) 30 sm-ə qədər (kirpilər) dəyişir. Onların torpaq altında (köstəbəklər), suda (kutor alar), torpaqda bitki xəzəli altında (yereşənlər), yaxud passiv müdafiəyə (kirpilər) uyğunlaşmış bədən formaları müxtəlifdir. Gözlərin, qulaq seyvanlarının ətrafları və quyruğun quruluşu da bu qədər rəngarəngdir. Tük örtüyü köstəbəklərin məxməri gödək xəzindən kirpilərin uzun tikanlı iynələrinə qədər dəyişir. Rəngləri bir qayda olaraq parlaqlığı və əlvanlığı ilə seçilmir. Bütün həşəratyeyənlərin tipik əlaməti sayı 44-ə qədər çatan tam diş sırasının olmasıdır. Duyğu orqanlarından iybilmə və lamisə yaxşı inkişaf etmişdir ki, bu da kimya komminikasiyasinin aparıcı rolu ilə bağlıdır. Görmə zəif və ya tamamilə yoxdur. Dəridə səciyyəvi və tünd iy verən bir çox vəzi vardır. Süd vəziləri yaxşı inkişaf etmişdir. Əmziklərin sayı 3-dən 6-ı cütə qədərdir.

Qidalanması

Bir qayda olaraq heyvani yem, xüsusən həşəratlar və onların sürfələri ilə qidalanırlar

Çoxalması

Çoxalması ilin isti dövründə, bəzən qışda, qışın sonu və ya ilk baharda (köstəbəklər) baş verir. Məhsuldarlığı yüksək olub ildə 1-dən 3-4-ə qədər, hər dəfə 3-6 bala verir.

Arealı

Həşəratyeyənlərin arealı Avstraliya, Yeni Zelandiya,Cənubi Amerika və Uzaq Şimal Qərbdən başqa bütün planeti ehatə edir. Müxtəlif zonalarda səhralardan subalptikaya, dağlarda isə alp çəmənlərinə qədər hər cür biotoplarda məskunlaşırlar. Bütün il ərzində fəal olan (köstəbəklər, yereşənlər, desman) və ya qiş yuxusuna gedən (kirpilər) başlıca olaraq qaşqaralan və gecə heyvanlarıdır.

Təsnifatı

  • Kirpilər fəsiləsi (Erinaceidae)
    • Yarımfəsilə: Kirpilər (Erinaceinae)
    • Yarımfəsilə: (Hylomyinae),(moonrats and gymnures)
  • Yereşənlər fəsiləsi (Soricidae)
    • Yarımfəsilə: ağdiş yereşənlər (Crocidurinae: white-toothed shrews)
    • Yarımfəsilə: qırmızıdiş yereşənlər (Soricinae: red-toothed shrews)
    • Yarımfəsilə: Afrika ağdiş yereşənləri (Myosoricinae: African white-toothed shrews)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həşəratyeyənlər haqqında məlumat. Həşəratyeyənlər nədir? Həşəratyeyənlər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bağdad şəhəri

  • Fevral 27, 2026

    Jak-Lui David

  • Fevral 27, 2026

    Tadeuş Svetoxovski

  • Fevral 27, 2026

    Dubay

  • Fevral 28, 2026

    Hüseyn Rəvazadə

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst