Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hətəm Abdulla oğlu Əhmədov (1903, İlisu, Zaqatala dairəsi – 31 oktyabr 1970) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq ticarət komissarı (1941–1946) və ti

Hətəm Əhmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Hətəm Əhmədov

Hətəm Abdulla oğlu Əhmədov (1903, İlisu, Zaqatala dairəsi – 31 oktyabr 1970) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq ticarət komissarı (1941–1946) və ticarət naziri (1946–1953).

Hətəm Əhmədov
Azərbaycan SSR ticarət naziri
28 mart 1946 – 18 aprel 1953
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıSalam Aydınbəyov
Azərbaycan SSR xalq ticarət komissarı
1941 – 28 mart 1946
ƏvvəlkiƏzizağa Əzizbəyov
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 1903(1903)
Doğum yeri
  • İlisu, Zaqatala dairəsi, Rusiya imperiyası
Vəfat tarixi 31 oktyabr 1970(1970-10-31) (66–67 yaşında)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1924–1970)
Təhsili
  • Bakı Ali Partiya Məktəbi,
  • Şərq Zəhmətkeşlərinin Kommunist Universiteti[d]
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Lenin" ordeni

Həyatı

Hətəm Abdulla oğlu Əhmədov 1903-cü ildə Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. Dəmirçi şagirdi işləyərkən, 17 yaşında komsomol üzvü olmuş və Azərbaycan komsomolunun yaradılmasında fəal iştirak etmişdir. 1921-ci ildə Zaqatala komsomol təşkilatının vasitəçiliyi ilə Bakıya, Mərkəzi Sovet Partiya Məktəbində təhsil almağa göndərilmişdir. Həmin məktəbi bitirdikdən sonra Moskvadakı Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə daxil olmuş, 1924-cü ildə bolşeviklər partiyasına üzv olmuşdur.

Hətəm Əhmədov universiteti bitirdikdən sonra Bakı partiya təşkilatlarında işləməyə başlamışdır. 1929-cu ildə xalq maarifi sahəsində çalışmağa göndərilmiş, lakin 1930-cu ildə yenidən partiya işinə qaytarılaraq 1931-ci ilədək Azərbaycan K(b)P-nin Şuşa və Ağdam rayon komitələrində işləmişdir. 1931-ci ildə o, ÜİK(b)P Zaqafqaziya Diyar Komitəsinin qərarı ilə Gürcüstana göndərilmiş 1935-ci ilədək Suxum və Axalsıxda partiya və sovet orqanlarında çalışmışdır. 1935-ci ildə yenidən Azərbaycana qayıtdıqdan sonra Azərbaycan K(b)P Qax, Qusar və Zaqatala rayon komitələrinin birinci katibi olmuşdur.

Hətəm Əhmədov 1940-cı ildən ticarət təşkilatlarında işləməyə başlamış, Azərbaycan SSR xalq ticarət komissarının müavini olmuşdur. 1941-ci ildə Azərbaycan SSR xalq ticarət komissarı (1946-cı ildən Azərbaycan SSR ticarət naziri) vəzifəsinə təyin edilmiş və 1953-cü ilədək bu vəzifədə çalışmışdır. Sonralar fərdi pensiyaçı kimi təqaüdə çıxmasına baxmayaraq Ümumittifaq Ticarət Palatasının Azərbaycan şöbəsində rəyasət heyəti sədrinin müavini olmuşdur.

Hətəm Əhmədov Azərbaycan SSR və Zaqafqaziya SFSR mərkəzi icraiyyə komitələrinin, eləcə də Azərbaycan K(b)P Mərkəzi Komitəsi plenumunun üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. "Lenin" ordeni ilə təltif edilmişdir.

Hətəm Əhmədov 1970-ci il oktyabrın 31-də vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hətəm əhmədov sözünün mənası, hətəm əhmədov haqqında məlumat. hətəm əhmədov nədir? hətəm əhmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Robin Vilyams

  • Fevral 25, 2026

    Elxanilər

  • Mart 01, 2026

    Təfəkkür Universiteti

  • Mart 01, 2026

    Rodoslu Koloss

  • Fevral 25, 2026

    Ağstafa

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst