Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əzizağa (Əziz) Məşədi oğlu Əzizbəyov (14 (27) aprel 1903, Bakı – 24 iyun 1966, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Soveti v

Əzizağa Əzizbəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Əzizağa Əzizbəyov

Əzizağa (Əziz) Məşədi oğlu Əzizbəyov (14 (27) aprel 1903, Bakı – 24 iyun 1966, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Soveti və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1941–1948), intendant xidməti general-mayoru (1944). Məşədi Əzizbəyovun oğlu, Püstəxanım Əzizbəyovanın atası.

Əzizağa Əzizbəyov
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
28 mart 1946 – 24 may 1948
SədrTeymur Quliyev
Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini
1941 – 28 mart 1946
SədrTeymur Quliyev
Azərbaycan SSR xalq ticarət komissarı
29 iyun 1938 – 1941
Əvvəlkiİbrahim Əsədullayev
(xalq daxili ticarət komissarı kimi)
SonrakıHətəm Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 14 (27) aprel 1903(1903-04-27)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 24 iyun 1966(1966-06-24) (63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1921–1966)
Təhsili
  • Şərq Zəhmətkeşlərinin Kommunist Universiteti[d] (1921–1923)
Fəaliyyəti siyasətçi
Atası Məşədi Əzizbəyov
Uşağı
  • Püstəxanım Əzizbəyova
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər
  • Böyük Vətən müharibəsi
Rütbəsi
İntendant xidmət general-mayoru
Təltifləri "Lenin" ordeni "Qırmızı bayraq" ordeni — 1946 "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 1940 "Qırmızı ulduz" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

Həyatı

Əzizağa Əzizbəyov 14 (27) aprel 1903-cü ildə Bakı şəhərində inqilabçı Məşədi Əzizbəyovun ailəsində anadan olmuşdur. 1919-cu ildən gəmiçilik idarəsində, 1920-ci ildən şəhər nəqliyyat ekspedisiya kontorunda, 1921–1922-ci illərdə isə Quba qəzasının Rustov kəndində komsomol təşkilatçısı vəzifəsində işləmişdir. Oradan Moskvaya, Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə ali təhsil almağa göndərilmişdir. Xəstəliyinə görə təhsilini başa vurmamış, Bakıya qayıdaraq 1927-ci ilədək Dövlət Pambıqçılıq İdarəsində katib, Bakı Sovetində şöbə müdiri vəzifələrində çalışmışdır. 1927-ci ildə isə Azərbaycan Balıq Trestinə işə göndərilmişdir. O, 1928-ci ildə balıq vətəgələrində ilk dəfə kommunist partiyası özəklərini təşkil etmiş, Azərbaycan K(b)P Quba Qəza Komitəsinin plenum üzvü, Xaçmazda isə partiya komitəsinin plenum və büro üzvü seçilmişdir.

Əzizağa Əzizbəyov 1930-cu ildə Azərbaycan K(b)P Mərkəzi Komitəsində təlimatçı vəzifəsinə irəli çəkilmiş, bir neçə ay sonra isə Bakı balıq zavoduna direktor təyin olunmuşdur. 1933–1938-ci illərdə Azərbaycan Balıq Trestinin müdiri vəzifəsində işləmişdir. 1938-ci ilin iyun ayında Azərbaycan SSR xalq ticarət komissarı təyin edilmiş, 1941-ci ildən Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini (1946-cı ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini) vəzifəsində çalışmışdır.

Əzizağa Əzizbəyovun xatirə lövhəsi (Bakı)

İkinci Dünya müharibəsi zamanı, 1943-cü ildə, ona intendant xidməti polkovniki, 16 may 1944-cü ildə isə general-mayor hərbi rütbəsi verilmişdr. Bu dövrdə o, Xalq Komissarları sədrinin müavini vəzifəsi ilə yanaşı, 1942–1943-cü illərdə Zaqafqaziya arxa cəbhə xidməti rəisinin müavini, SSR Xalq Müdafiə Komissarlığının Zaqafqaziya bazasının rəisi vəzifələrində çalışmışdır.

Əzizağa Əzizbəyov 1948-ci ildə baş vermiş "Azərbaycan işi" ("Азербайджанское дело") kimi tanınan siyasi-maliyyə qalmaqalında əsas fiqurlardan biri olmuşdur. Balə ki, SSRİ Dövlət Nəzarəti Nazirliyinin apardığı yoxlama nəticəsində məlum olmuşdur ki, o, Nazirlər Soveti sədrinin müavini vəzifəsindən istifadə edərək Şüvəlanda dövlət vəsaiti hesabına şəxsi bağ evi tikdirmiş və təsərrüfat məhsullarını bazar qiymətinə sataraq şəxsi qazanc əldə etmişdir. SSRİ dövlət nəzarəti naziri Lev Mexlisin təqdimatına əsasən Əzizağa Əzizbəyov 1948-ci ilin may ayında vəzifəsindən azad edilmiş, partiyasından qovulması qərara alınsa da, sonradan bu, şiddətli töhmətlə əvəz edilmişdir.

Əzizağa Əzizbəyov 1950-ci illərdə Soçi balıq kombinatının direktoru təyin olunmuş, sonralar isə Bakıya qayıtmışdır. 1963-cü ildən ittifaq əhəmiyyətli təqaüdçü olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmiş, 2-ci çağırış SSRİ Ali Sovetinin və 1–3-cü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Ə. Əzizbəyovun dinc quruculuq və müharibə illərindəki xidmətləri "Lenin", "Qırmızı bayraq", "Qırmızı əmək bayrağı" (2 dəfə), "Qırmızı ulduz" ordenləri və medallarla təltif olunmuşdur.

Əzizağa Məşədi oğlu Əzizbəyov 24 iyun 1966-cı ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əzizağa Əzizbəyov haqqında məlumat. Əzizağa Əzizbəyov nədir? Əzizağa Əzizbəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Ployeşti

  • Fevral 27, 2026

    Azərbaycan Atabəyləri

  • Fevral 27, 2026

    Fidyə

  • Mart 01, 2026

    Henrik Artstovski

  • Fevral 27, 2026

    Prunus cocomilia

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst