Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hit Endrü Ledcer (4 aprel 1979[…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bi

Hit Ledcer

  • Ana Səhifə
  • Vikipediya
  • Hit Ledcer

Hit Endrü Ledcer (4 aprel 1979[…], Pert, Qərbi Avstraliya, Avstraliya – 22 yanvar 2008[…], Manhetten, Nyu-York, ABŞ) — Avstraliya aktyoru. O, 1990-cı illərdə bir çox Avstraliya istehsalı olan film və televiziya işlərində rol alaraq diqqətləri cəlb etmiş və karyerasını inkişaf etdirmək üçün 1998-ci ildə ABŞ-yə köçmüşdü. Prodüser və rejissor olduğu musiqi videoları da var idi. Kinorejissor olmağı arzulayırdı.

Hit Ledcer
ing. Heath Ledger
Doğum adı Heathcliff Andrew Ledger
Doğum tarixi 4 aprel 1979(1979-04-04)[…]
Doğum yeri
  • Pert, Qərbi Avstraliya, Avstraliya
Vəfat tarixi 22 yanvar 2008(2008-01-22)[…] (28 yaşında)
Vəfat yeri
  • Manhetten, Nyu-York, ABŞ
Vəfat səbəbi dərmandan zəhərlənmə[d][…]
Dəfn yeri
  • Karrakatta qəbiristanlığı[d]
Partnyoru
  • Mişel Vilyams (2004–2007)
Fəaliyyəti televiziya aktyoru, kinorejissor, kino aktyoru, xarakter aktyoru, aktyor
Fəaliyyət illəri 1992–2008
Mükafatları Ən yaxşı ikinci plan kişi roluna görə "Oskar" mükafatı — 2009
IMDb ID0005132
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 2005-ci ildə eyniadlı hekayə əsasında ekranlaşdırılan "Qozbel dağ" filmində homoseksual münasibəti olan kovboyu canlandırmışdı. Bu filmdəki tərəf müqabili ABŞ aktyoru Ceyk Cillenhol idi. Hit, filmdəki performansına görə "BAFTA", "Qızıl Qlobus" və "Oskar" mükafatlarına namizəd göstərilmişdi.

Hit Ledcer 2008-ci ilin yanvarında Kristofer Nolanın rejissoru olduğu, Betmen filmlər silsiləsinin ikinci hissəsi olan "Qara cəngavər" filminin çəkilişləri başa çatdıqdan bir müddət sonra öz yaşadığı SoHo-dakı mənzilində ölü vəziyyətdə tapılıb. Ölüm səbəbi kimi resept əsasında satılan dərmanların səhvən həddindən artıq dozada qəbul edilməsi göstərilir. O, "Qara cəngavər" filmində kriminal kloun olan Cokeri ifa etmişdi. Bu film onun ölümündən 6 ay sonra, 2008-ci ilin iyulunda ekranlara çıxıb. O, rolu ilə kino tarixində böyük iz buraxmış və ölümündən sonra "Oskar", "Qızıl Qlobus" və "BAFTA" kimi mükafatlara layiq görülmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hit Ledcer haqqında məlumat. Hit Ledcer nədir? Hit Ledcer nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Naram-Sin Akkadlı

  • Fevral 27, 2026

    Xalça bayramı

  • Fevral 27, 2026

    Əlirza Rasizadə

  • Fevral 27, 2026

    Zakir Həsənov

  • Fevral 27, 2026

    Berinq boğazı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst