Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Anakliya (gürc. ანაკლია) — Gürcüstanda kurort şəhər tipli qəsəbə.. Zuqdidi rayonunda (Sameqrelo-Yuxarı Svaneti diyarı), Abxaziya ilə sərhəddə yerləşir. 2014-cü

Anakliya

  • Ana Səhifə
  • Vikipediya
  • Anakliya

Anakliya (gürc. ანაკლია) — Gürcüstanda kurort şəhər tipli qəsəbə.. Zuqdidi rayonunda (Sameqrelo-Yuxarı Svaneti diyarı), Abxaziya ilə sərhəddə yerləşir. 2014-cü il siyahıyaalınmasına əsasən Anakliyada 1331 nəfər yaşayır. 540 metrlik körpü ilə Qanmuxuri kəndi ilə birləşir. İnquri çayının mənsəbi yaxınlığında yerləşir.

Anakliya
gürc. ანაკლია
42°23′37″ şm. e. 41°34′09″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Mxare Sameqrelo-Yuxarı Svaneti
Rayon Zuqdidi rayon
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 3 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi 1.331 nəfər (2014)
Milli tərkibi gürcülər 99,4 %
Rəsmi dili
  • gürcü dili
Anakliya xəritədə
Anakliya
Anakliya
Anakliya xəritədə
Anakliya
Anakliya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və görməli yerləri

Yaşayış məntəqəsinin müasir adı Herakledə olan qədim kolxida koloniyasından götürülüb. XV–XVIII əsrlərdə Anakliya Mingrelian knyazlığının limanı idi. 1723-cü ildən Osmanlı İmperiyasının ticarət aparıldığı məntəqə idi. 1770-ci ildə liman gürcü və rus qoşunları tərəfindən zəbt edildi və İmeretinin bir hissəsi oldu. XIX əsrin əvvəllərində Anakliya Sameqrelo və Abxaziya arasında mübahisə mövzusuna çevrildi. Sovet dövründə Qara dəniz donanmasının bazası burada yerləşirdi.

Əsas görməli yerlərindən biri XVIII əsrin əvvəllərində dağıdılmış qaladır. Gürcülərin əsır tutularaq Osmanlı İmperiyasına aparıldığı yerdə gürcü kilsəsi tikilmişdir. 2012-ci ildə "Çərkəz xalqının soyqırımı qurbanlarına xatirə abidəsi" açılıb.

İnkişafı

Anakliya kurort zonası ispan memarları tərəfindən layihələndirilib və Gürcüstan prezidentinin bəyanat vermişdir: "2–3 ildən sonra Anakliya Qara dənizin ən yaxşı kurortuna çevriləcək. Otel kompleksləri ilə yanaşı, Anakliyada yaxta klubu da olacaq".

Rəsmi Tbilisinin məlumatına görə, Anakliya qalası 1994-cü ildən ərazisində yerləşdirilən rus sülhməramlıların fəaliiyyəti səbəbi ilə məhv olmaq təhlükəsi ilə üzləşib. 2006-cı ildə Rusiya hərbi bazası ərazidən çıxarıldı və Gürcüstan Mədəniyyət Nazirliyi bərpa işləri apardı.

2013-cü ildə Panamax və Postpanamaks tipli gəmilər də daxil olmaqla 110 milyon ton yükü qəbul edə biləcək dərin sulu çoxfunksiyalı Anaklia limanının tikintisinə qərar verildi.. Dəniz limanının dərinliyi 20,5 metrdir. Ümumi uzunluğu 12,3 km olan 32 löbər yeri tikintisi nəzərdə tutulub. Ərazidə qazın mayeləşdirməsi üçün zavod tikintisi planlaşdırılır. Xobisskali çayının sağ sahilində, Xorqa qəsəbəsi ərazisində beynəlxalq hava limanının tikintisi planlaşdırılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Anakliya haqqında məlumat. Anakliya nədir? Anakliya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    S:Müəllif:Yunus Əmrə

  • Fevral 23, 2026

    Baltiya Assambleyası

  • Fevral 27, 2026

    Depressiya (coğrafiya)

  • Fevral 27, 2026

    Ərətna bəyliyi

  • Fevral 27, 2026

    Göteborq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst