Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας, miken dilində e-ma-a2) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dö

Hermes

  • Ana Səhifə
  • Vikipediya
  • Hermes

Hermes (q.yun. Ἑρμῆς, Ἑρμέας, Ἑρμείας, miken dilində e-ma-a2) — qədim yunan mifologiyasında ticarət, gəlir, praqmatizm, cəldlik ilahı, ticarətdə gəlir və var-dövlət bəxş edir, atletlərin ilahıdır. Adının ən qədim versiyası Mikena mənşəlidir. Əksər alimlər Hermes adını "daş/yolqırağı məbəd/mərz" mənası verən "herma" sözündən törədiyini qeyd edirlər, lakin onun adı "tərcüməçi" mənası verən "hermeneus" sözü ilə də bağlı ola bilər.

Hermes
q.yun. Ἑρμῆς
Hermes sandallarını bərkidərkən Fransua Rude (Luvr Muzeyi)
Hermes sandallarını bərkidərkən Fransua Rude (Luvr Muzeyi)
Mifologiya Qədim Yunanıstan dini, qədim yunan mifologiyası
Təsir sahəsi oğru[d], ticarət, səyyah[d]
Yunanca adı Ἑρμῆς
Cinsi kişi[d]
Atası Zevs
Anası Maya
Uşaqları Pan, Hermafroditus, Tixe, Abderus, Autolikus
Digər mədəniyyətlərdə Merkuri, Tot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur.

Homer və Hesiod onu "uğur gətirən", "cangüdən" və "əla hiylə quran" adlandırırlar.

Ölçü vahidlərini, rəqəmləri, əlifbanı ixtira etmiş və insanlara öyrətmişdir. Qədim Romada Merkuri adı altında məlum idi.

Hermesin mənşəyi və uşaqlığı

Zevslə pleyada Mayyanın oğlu olan (başqa versiyaya görə, Persefonanın oğlu) Hermes ayın dördüncü günü Killena (Arkadiya) dağının mağarasında, başqa versiyaya görə isə Kerikion (Beotiya) dağında anadan olmuşdur.

Dağ nimfaları təzə doğulmuş Hermesi Arkadiyadakı Trikren bulaqlarında çimdirirdilər. Kölgəsi altında tərbiyə edildiyi yabanı çiyələk ağacının qalıqları Tanaqrda saxlanırdı.

İlk oğurluğunu hələ bələkdə olarkən etmişdi. Öz beşiyini tərk edərək o Pieriyaya getmiş və Apollonun otardığı əlli inəyi qaçırmışdı. İnəkləri izlərinə görə tapmasınlar deyə onların ayağına budaqlar bağlamış və Pilosa qaçırmışdı. Xelidoreya (Arkadiya) dağında, o böyük tısbağanın qınından və öldürülmüş iki inəyin bağırsaqlarından o yeddisimli lira hazırlamışdı.

İnəklərini axtaran Apollon Pilosa gəlmiş və yerli sakinlərdən öyrənmişdi ki, inəkləri bir oğlan qaçırıb və heç kim onun izinə düşə bilmir. Bunun kimin əməli olduğunu başa düşən Apollon Mayyanın yanına gəlmiş və Hermesi oğurluqda ittiham etmişdi. Mayya bələkdə olan Hermesin yerində olduğunu göstərmişdi və Apollon onu Zevsin yanına aparmışdı. Atasının sorğu-sualından sonra Hermes inəklərin yerini göstərmiş, özü isə yaxınlıqda əyləşib lirada ifa etməyə başlamışdı. Apollonun lira xoşuna gəlmiş və o inəkləri liraya dəyişməyi təklif etmişdi. Hermes tütək çala-çala inəkləri otarmağa başlamış və Apollon tütəyi də istəyəndə, Hermes tütəyi Apollonun əsasına dəyişmişdi.

Hələ körpə ikən Hermes zarafat xətrinə Zevsin padşahlıq əsasını, Poseydonun üçbaşlı əsasını, Hefestin maşasını, Afroditanın kəmərini, Apollonun qızıl oxlarını və yayını, Aresin qılıncını oğurlamışdı.

Hermes haqqında miflər

"Hermes körpə Dionislə". Qədim yunan heykəli. Heykəltəraş Praksitelin adına çıxılır

Hermes yazını Misirdə ixtira etmişdi. O durnaların uçuşunu seyr edərək ilk yeddi hərfi kəşf etmişdi. Hermes həm də səmada bürclərin yerini müəyyən etmiş və delta hərfini (Deltayabənzər bürc) səmada yerləşdirmişdi.

İlk öncə, Hermes fallosvarı ilah idi, lakin Roma işğalları dövründə yunanlar artıq Hermeslə fallik kult arasında əlaqəni unutmuşdular və onu üzərinə büstünün qoyulduğu sütun şəklində hazırlayırdılar.

Hermes tez-tez Zevsin tapşırıqlarını icra edirdi. Məsələn, onun tapşırığl ilə Hermes Zevsin sevgilisi, inəyə çevrilmiş İonu Heradan oğurlamışdı.

Hermes Heraklı Omfal çariçasına qul kimi satmışdı.

"Səndəlini bağlayan". Qədim yunan heykəlinin qədim Roma surəti. Hermes və ya Tesey və ya Yasonun təsvir edildiyi güman edilir

Çöxgözlü nəhəng Arqusu Hermes öldürmüşdü.

Öz oğlu Efalidi ölümsüz etmək üçün Hermes ona sonsuz yaddaş vermişdi. Rodoslu Apolloni yazır ki, hətta ölülər dünyasında axan Axeront çayını keçərkən unutqanlıq onun ruhunu udmadı və o gah bu dünyada, gah o dünyada yaşasa da, gördükləri haqqında xatirələri heç vaxt unutmur.

Hermafrodit Hermeslə Afroditanın oğludur.

Hermesi həm bu, həm də o dünyaya gedib gəldiyi üçün Trismegist ("üç dəfə böyük olan") ləqəbini qazanmışdır, lakin bəzi məlumatlara görə Hermes və Hermes Trismegist ayrı-ayrı personajlardır.

Hermesin 40-a yaxın övladı var idi.

Hermes Odisseyin ulu babasıdır. Troya müharibəsində Hermes yunanların ilahi müttəfiqi olsa da, Priam oğlu Hektorun cəsədini almaq üçün yunanların qərargahına gedib gələndə onu müşayiət edərək qoruyurdu.

Homerin III və XVIII himnləri Hermesə həsr edilmişdir. Hermes Aristofanın "Sülh" və "Plutos" komediyalarının, Esxilin "Evmenidlər" faciəsinin personajıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hermes haqqında məlumat. Hermes nədir? Hermes nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    15 iyun

  • Fevral 23, 2026

    23 iyun

  • Fevral 23, 2026

    3 iyun

  • Fevral 24, 2026

    İşıq ili

  • Fevral 10, 2026

    Skandinaviya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst