Helena Draqas (serb. Јелена Драгаш; yun. Ἑλένη Δραγάση; 1372 – 13 mart 1450, Konstantinopol) — Serb maqnatı Konstantin Draqasın qızı, Bizans imperatriçası. Son 2 Bizans imperatoru VIII İohann və XI Konstantinin anasıdır.
| Helena Draqas | |
|---|---|
| |
Bizans imperatriçası | |
| 10 fevral 1392 – 21 iyul 1425 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1372 |
| Vəfat tarixi | 13 mart 1450 (77–78 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | hökmdar[d], rahibə[d] |
| Anası | bilinmir |
| Həyat yoldaşı |
|
| Uşaqları |
|
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | hökumət |
Həyatı
Təxminən 1372-ci ildə dünyaya gəldi. Atası maqnat Konstantin Draqas, Serbiya kralı III Stefan Deçanskinin ən kiçik qızından doğulan nəvəsi idi. Anasının adı isə bilinmir. Ancaq atasının ilk evliliyindən doğulduğu və 4 bacıdan ən kiçiyi olduğu bilinir.
Doğulduğu il ailəsi üçün mühüm tarix idi. Belə ki, atası Konstantin Draqas Osmanlı təbəəliyinə keçmiş, adı bilinməyən 3 böyük qızını Osmanlı sarayına gəlin köçürmüşdü. Bu tarixdən etibarən atası, Osmanlı sultanı Murad Hüdavəndigarın bölgədəki ən güclü müttəfiqinə çevrildi və Valaxiya knyazı I Mirçaya qarşı Osmanlı cəbhəsində vuruşarkən 17 may 1395-ci ildə döyüş meydanında həlak oldu.
1387-ci ildə atası Trabzon imperatoru III Alekseyin dul qızı Evdokiya Komnini ilə evlənmişdi. Həm atasının, həm də ögey anasının Paleoloqlar sülaləsiylə uzaq qohumluq əlaqələri vardı və bu səbəblə, yeni taxta çıxan Bizans imperatoru II Manuil üçün təklif edilən gəlin namizədlərindən biri oldu. Beləcə, 10 fevral 1392-ci ildə Bizans imperatoru II Manuel Paleoloqla evləndi. Ertəsi gün baş tutan tacqoyma mərasiminin ardından Bizans imperatriçası ünvanı aldı. Cütlüyün bu nigahdan övladı doğuldu.
- Adı bilinməyən bir qız uşağı
- Konstantin Paleoloq
- VIII İohann
- II Teodor (1396-1448)
- Adı bilinməyən bir qız uşağı
- Andronik Paleoloq (1400-1429)
- Mixail Paleoloq
- XI Konstantin
- Dmitriy Paleoloq (1407-1470)
- Tomas Paleoloq (1409-1465)
Ərinin çalxantılı səltənəti boyunca dövlət məsələlərindən uzaq qaldı. Buna əsas səbəblərdən biri də qaynanası Helena Kantakuzinin siyasi nüfuzu idi. Ərinin ölümündən sonra rahibə kimi kilsəyə qapansa da, siyasi nüfuzu azalmadı və 1393-cü ildə taxt naibəsi oldu. Qaynanasının 1396-cı ildə vəfatından sonra da dövlət idarəsindən uzaq qaldı və daha çox xeyriyyə işləriylə məşğul oldu. Ərinin 21 iyul 1425-ci ildə vəfat etməsi və böyük oğlu VIII İohannın taxta çıxmasının ardından, rahibə olmağı seçdi və Kira Marta monastırına (indiki Monastır məscidi) çəkildi.
Buna baxmayaraq oğulları VIII İohann və XI Konstantinin səltənətlərində aktiv siyasətlə məşğul oldu. Bu siyasi nüfuz o qədər güclü idi ki, Konstantinopol arxiyepiskopunun təyinatı kimi mühüm məsələlərdə söz sahibi oldu. Xüsusilə dini məsələlərdə olduqca mühafizəkar olan Helena Draqas, pravoslav və katolik kilsələrinin birləşməsinə qəti şəkildə qarşı çıxdı. Böyük oğlunun 1448-ci ildə vəfatının ardından digər oğlu XI Konstantinin paytaxta gəldiyi 2 ay boyunca naibə olaraq taxta sahib çıxdı.
Anasına olduqca bağlı olan XI Konstantin onun ailə adı olan Draqası soyad olaraq aldı. 23 mart 1450-ci ildə Konstantinopolda vəfat etdi. Kəllə sümüyü Yunanıstanın Lutrakion şəhərindəki monastırda mühafizə edilir. Şərqi Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Helena Draqas haqqında məlumat. Helena Draqas nədir? Helena Draqas nə deməkdir?
