Ağdam qəzası — Azərbaycan SSR tərkibində 1923–1929-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi.
| Ağdam qəzası | |
|---|---|
| 40°00′00″ şm. e. 46°55′48″ ş. u.HGYO | |
| Ölkə | |
| İnzibati mərkəz | Ağdam |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 1923 |
| Ləğv edilib | 1929 |
| Sahəsi | 4.135,4 km² |
Tarixi
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili ilə əlaqədar Şuşa qəzası ləğv olunmuş və əvəzində Ağdam qəzası təşkil edilmişdir.
1923-cü ilin avqust ayının 1-də Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətində Piricanın Kürdüstan qəzasının, Ağdam şəhərinin Ağdam qəzasının mərkəzi hesab edilməsi və Cəbrayıl qəzasının mərkəzinin Qaryagindən Cəbrayıla keçirilməsi haqqında Rəyasət Heyətinə tövsiyə verildi. Avqustun 6-da Azərbaycan MİK-nin Rəyasət Heyəti Ağdam mərkəz olmaqla Ağdam qəzasının, Cəbrayıl mərkəz olmaqla Cəbrayıl qəzasının və Pirican mərkəz olmaqla Kürdüstan qəzalarının inzibati-ərazi bölgüsünü təsdiq etdi.
Sovet dövründə Ağdam Qəza İcraiyyə Komitəsi yarandı.
Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam (1,1 min km²), Bərdə (1,0 min.kv.km.), Ağcabədi (1,8 min. km².), Tərtər (0, 4 min.kv.km.), Cəbrayıl (1,0 min.kv.km.) rayonları yaradıldı.
Həmçinin bax
- Ağdam
- Ağdam Qəza İcraiyyə Komitəsi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağdam qəzası haqqında məlumat. Ağdam qəzası nədir? Ağdam qəzası nə deməkdir?