Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağ cırtdanlar – ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar. Ağ cırtdanların kü

Ağ cırtdan

  • Ana Səhifə
  • Vikipediya
  • Ağ cırtdan

Ağ cırtdanlar – ulduz təkamülünün son mərhələsində ölçüləri planetlərlə müqayisə edilə bilən və effektiv temperaturu çox böyük olan ulduzlar. Ağ cırtdanların kütləsi Günəşin kütləsi tərtibindədir, radiusları isə Günəşin radiusundan təxminən 100 dəfə kiçikdir.

Ox ağ cırtdan Sirius B-ni göstərir

Ağ cırtdanlar maddəsinin orta sıxlığı təqibi 108–109 kq/m³-dir. Ağ cırtdanların sayı bütün Qalaktika ulduzlarının bir neçə faizini təşkil edir. Onların çoxu qoşa ulduzlar sisteminə daxildir. Ağ cırtdanlara aid edilmiş ilk ulduz 1862-ci ildə Amerika astronomu A.Klarkın kəşf etdiyi Sirius B (Siriusun peyki) ulduzu olmuşdur. 1910-cu illərdə Ağ cırtdanlar xüsusi ulduzlar sinfi kimi ayrılmışdır; adı ilk təmsilçilərinin rənginə uyğun müəyyən edilmişdir. Ağ cırtdanlar başlanğıc kütləsi 8M☉-dan az olan adi ulduzlardan, onlarda istilik-nüvə yanacağının tükənməsindən sonrakı təkamülün sonuncu mərhələsində yaranır. Bu mərhələdə ulduz, qırmızı nəhəng və planetar dumanlıq mərhələlərini keçməklə özünün xarici qatlarını kənara atır və çox yüksək temperatura malik nüvəsini çılpaqlaşdırır.

Ulduzun nüvəsi tədricən soyuyaraq Ağ cırtdanlar halına keçir və nüvəsində toplanmış istilik enerjisinin hesabına uzun müddət işıq saçmaqda davam edir. Vaxt keçdikcə Ağ cırtdanların işıqlığı azalır.

Tədqiq edilmiş Ağ cırtdanlar səthinin istiliyi 5·103K-dən 105K-dək temperatur intervalındadır. Ağ cırtdanların təxminən 3%-də spektr şüalarının çox güclü polyarlaşması və ya spektral xətlərin Zeyeman parçalanması müşahidə olunur; bu fakt həmin ulduzlarda maqnit induksiyası 3·105 Tl civa rında olan maqnit sahələrinin mövcud ol duğunu göstərir.

Mənbə:

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 143–144. ISBN 978-9952-441-02-4.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ağ cırtdan haqqında məlumat. Ağ cırtdan nədir? Ağ cırtdan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsfənd

  • Fevral 27, 2026

    Romanovlar

  • Fevral 27, 2026

    Ciddə

  • Fevral 27, 2026

    Testosteron

  • Fevral 27, 2026

    Aranlı (Biləsuvar)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst