Həzrə — Azərbaycan Respublikasının Qusar rayonunun Həzrə kənd inzibati ərazi dairəsində kənd.
| Həzrə | |
|---|---|
| ləzg. Яргун | |
![]() Sixillərin damğaları qəbir daşlarında | |
| 41°30′45″ şm. e. 48°15′17″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qusar rayonu |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | XV əsr |
| Mərkəzin hündürlüyü | 660 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Milli tərkibi | Ləzgilər |
| Dini tərkibi | müsəlmanlar (sünni -müridlər) |
| Rəsmi dili | Azərbaycan dili |
![]() Həzrə ![]() Həzrə | |
Coğrafiyası
Kənd Qusar maili düzənliyindədir. Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdədir.
Tarixi
Qızılbaşlar ilə mübarizə

Qızılbaş tayfalarına arxalanan şah Cüneyd (1447–60) "şiyəlik uğrunda mübarizə" şüarı ilə Dağıstana hərbi yürüşlər təşkil edirdi. 1460-cı ildə Samur çayı sahilində, Cüneyd öldürüldü. Onu orada dəfn etdilər. Səfəvilər hakimiyyətə keçdikdən sonra 1544-cü ildə Cüneydin qəbri üstündə Şeyx Cüneyd türbəsi tikdirmişdilər. Cüneyd Şah İsmayılın babası idi.
Çar Rus imperiyası ilə mübarizə
1815-ci ildə Çar rus generalı Quriyev ləzgi kəndi Yarguna hücum edib daxil olmağa calışır, lakin İmam Xanbutay və tərəfdarları Çar qoşunlarına qarşı döyüşərək onlara buna icazə vermir.
XIX əsrdə Yargun kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlər.
Sovet hakimiyyəti ilə mübarizə
1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Yargun kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.
Toponimikası
Yerli adı Yargun olub, yaşayış məntəqəsinin indiki adı ərəb dilindəki həzr (ocaq, pir) sözü ilə bağlıdır. Oykonim kəndin ərazisindəki məscidlə və bu məsciddə dəfn edilmiş Şeyx Cüneydin qəbri ilə əlaqədardır.
Əhalisi
Abidələri
Tanınmış sakinləri
- Şeyx Buta Yarqunvi — Ləzgi imam, müridizm tərəfdarı. Əfşar imperiyasının şahı Nadirşahın sünni-ləzgilərə hücumu zamanı döyüşdə şəhid olmuşdur. Şeyx Xanbutayın babası.
- Şeyx Xanbutay Yarqunvi (1761–1823) — Ləzgi imam, müridizm tərəfdarı. Rus imperyasının general Yermolovun 1823-cü ildə lezgilərə Qusarda ikinci hücumu zamanı, çoxsaylı yaralar alaraq qəhrəmancasına şəhid olmuşdur. Cəfərqulu Bakıxanovla qohum idi.
- Çingiz Qurbanov (1994–2016) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Azərbaycanın Milli Qəhrəmanı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həzrə (Qusar) haqqında məlumat. Həzrə (Qusar) nədir? Həzrə (Qusar) nə deməkdir?

