Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsənqala — Azərbaycan Respublikasının Qusar rayonunun Bala Qusar kənd inzibati ərazi dairəsində kənd. Qusar rayonunun 7 Tat Və Türk olan kəndindən biri

Həsənqala (Qusar)

  • Ana Səhifə
  • Vikipediya
  • Həsənqala (Qusar)

Həsənqala — Azərbaycan Respublikasının Qusar rayonunun Bala Qusar kənd inzibati ərazi dairəsində kənd. Qusar rayonunun 7 Tat Və Türk olan kəndindən biri

Həsənqala
41°27′11″ şm. e. 48°29′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qusar
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 508 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.200 nəf.
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 02338-98
Xəritəni göstər/gizlə
Həsənqala xəritədə
Həsənqala
Həsənqala

Mündəricat

Tarixi

Şirvanşahlar dövründən (861–1539) bilinən “Həsənqələli” oykonimi ərazidəki eyniadlı qədim qalanın adından yaranmışdır. Qafqaz albanlarının yaşadığı bu ərazilərə 8-ci əsrdə ərəblər tərəfindən əsir götürülmüş bir neçə yüz xəzər türkü də yerləşdirilmişdi. Qəbristanlığında 300–400 il öncəyə aid məzar daşları olan bu kənd və əhalisi haqqında 1831-ci il siyahıyaalmasında (61 ailə, 225 kişi) və 1857-ci il Qafqaz təqvimində də qeydlər vardır. Çar Rusiyasına qarşı 1826-cı il üsyanında da yaxından iştirak etmiş Həsənqala kəndi ərazisində arxeoloji qazıntılar aparılarsa tarixi keçmişi barədə daha dəlil-sübutlu məlumatlar əldə etmək olardı. Bu kəndləri Osmanlı-Səfəvi müharibəsi (1578–90) dövründən qalma sayanlar da var. 1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Həsən-qala kəndinin 68 təsərrüfatında 247 nəfər yaşayırdı və sakinlərinin milli tərkibi Azərbaycan türklərindən ibarət idi. 2009-cu ilin əhali siyahıyaalınmasına əsasən kənddə 931 nəfər yaşayırdı. Son məlumatlara görə isə kənddə qeydiyyatda olanların sayı 1200 nəfərdən artıqdır. O cümlədən, onların 1000 nəfərə yaxını kənddə daimi yaşayır. Kənddə 270-ə qədər yaşayış evi, 300-ə yaxın təsərrüfat vardır.

Kənddə 18-ci əsrə aid məscid, birinci şəhidin (A.Şixməmmədov) adını daşıyan tam orta məktəb və 7 il öncə tikilmiş klub və s. fəaliyyət göstərir. Kəndin tarixi kökləri Türkiyənin Ərzurum şəhərində yerləşən Hasan-kale qəsəbəsinə gedib çatir.

Coğrafiyası

Həsənqala kəndi rayon mərkəzindən 6 km şərqdə yerləşir və Bala Qusar bələdiyyəsinə aid olan 4 kənddən biridir (digərləri: Bala Qusar, Köhnə Xudat qazmalar, Bədirqala). Həsənqala kəndi şərqdən Bala Qusar, şimaldan Bala Qusar və Bədirqala, qərbdən Atlıxan, Avaranqışlaq və Quba rayonunun Susayqışlaq, cənubdan Qusarçay vasitəsilə Quba rayonunun Ortaoba, Aşağı Xuc və Çartəpə kəndləri ilə əhatələnmişdir. Kəndin ərazisi əsasən qara və tünd qəhvəyi torpaqlardan ibarətdir. Qışı üçün sərt və rütubətli, yayı üçün isə isti və quraq iqlim şəraiti xarakterikdir. Kəndin ümumi ərazisi təxminən 15 kv.km., o cümlədən, yaşayış ərazisi 5 kv.km., əkin ərazisi 10 kv.km. civarındadır. Kəndin ümumi ərazisi Qusar rayonu ərazisinin 1%-ni təşkil edir. Demək olar ki, sitrus meyvələrindən və bəzi tərəvəzlərdən başqa əksər meyvə və tərəvəzlər, hətta bostan bitkiləri belə, kəndin torpaq və iqlim şəraiti üçün xarakterikdir.

Toponimikası

Oykonim ərazidəki eyniadlı qədim qalanın adından yaranmışdır.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 931 nəfər yaşayır. Son məlumatlara görə isə kənddə qeydiyyatda olanların sayı 1200 nəfərdən artıqdır. O cümlədən, 1000 nəfərə qədəri kənddə daimi yaşayır. Kənddə 270-ə qədər yaşayış evi vardır. Kənd əhalisinin demək olar ki, hamısı azərbaycanlılardır.

Həmçinin bax

  • Həsənqala (Xaçmaz)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, həsənqala (qusar) sözünün mənası, həsənqala (qusar) haqqında məlumat. həsənqala (qusar) nədir? həsənqala (qusar) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Buxara əmirliyi

  • Fevral 27, 2026

    Meydston

  • Fevral 27, 2026

    Alyaska atabaskları

  • Fevral 27, 2026

    Qarabaldır (Oğuz)

  • Mart 01, 2026

    Abdulla Qurbani

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst