Atlıxan — Azərbaycan Respublikasının Qusar rayonunun Kuzunqışlaq kənd inzibati ərazi dairəsində kənd.
| Atlıxan | |
|---|---|
| 41°30′ şm. e. 48°35′ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Qusar |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Milli tərkibi | Ləzgilər |
| Dini tərkibi | Sünni - Müsəlmanlar (Şafii məzhəbi) |
![]() Atlıxan | |
Tarixi
Ləzgilərin kuzunar xeli(klan) Qusar dağlarında yerləşən Kuzun kəndindən köç edərək Qusar malı düzənliyində Atlıxan və Kuzunqışlaq kəndlərini salmışdır. Kəndin ərazisi tarixi olaraq Kuzunar klanın tərəfindən istifadə olunmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, Atlıxan əslən Kuzun kəndindən olan bir klan (xel) başçısının adıdır.
Toponimikası
Atlıxan oyk, sadə. Qusarçayın sahilində, Yan silsiləsinin ətəyindədir. Oykonim Atlıxan şəxs adı ilə bağlı yaranmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 664 nəfər əhali yaşayır.
Sixillər
Kuzunar xele(klan) daxil kəndəki sixillər (sept, soylar):
- Ğezerar
- K’adiyar
- K’ehdirar
- Kemec’ar
- Mehenar
- Talaq’ar
- Tat'ahaxar
- Yak’ubar
Təhsilin vəziyyəti
Bir orta məktəb binası var.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Atlıxan haqqında məlumat. Atlıxan nədir? Atlıxan nə deməkdir?
