Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi mün

Günnüt əməliyyatı

  • Ana Səhifə
  • Vikipediya
  • Günnüt əməliyyatı

Günnüt əməliyyatı — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

Günnüt əməliyyatı
Tarix 20 may 2018 – 27 may 2018
Yeri Şərur rayonu, Sədərək rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Nəticəsi

Azərbaycanın qələbəsi

  • Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya və Qaraqaya dağı azad olunub
  • Dərələyəz mahalının Arpa kəndi nəzarət altında keçib.
  • 11,000 hektarlıq ərazi azad olunub
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan

Komandan(lar)

Azərbaycan İlham Əliyev
Azərbaycan Zakir Həsənov

Ermənistan Armen Sarkisyan
Ermənistan David Tonoyan

Tərəflərin qüvvəsi

Azərbaycan Silahlı Qüvvələri

Ermənistan Silahlı Qüvvələri
PKK

İtkilər

Azərbaycan
1 hərbçi

Ermənistan
2 hərbçi

    Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 əsgəri həlak olub.

    Mündəricat

    Zəmin

    Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

    Döyüşlər

    "Günnüt əməliyyatı" — 2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş verib. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib. Mayın 20-də Azərbaycan Ordusunun hərbçisi Adil Tatarov bu istiqamətdə gedən atışmada həlak olub. Bu barədə açıqlama verən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, "Son həftələrdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində Azərbaycan qüvvələri mövqelərini inkişaf etdirmək və irəli çəkmək üçün aktiv mühəndislik işləri aparırlar. Bu cür hərəkətlər cəzasız qala bilməz". Mayın 22-də Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hərbçisi öldürülüb. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib.

    Ərazinin etibarlı müdafiəsi və təminat məqsədilə 50 km yeni yol çəkilmiş, 50 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

    2019-cu ilin may ayında Ermənistan ordusunun beşinci ordu korpusunun komandanı polkovnik Andranik Piloyan Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsindəki vəziyyət barədə danışarkən bildirib ki, Azərbaycanın ötən il qurduğu mövqelərin bəziləri qışda normal təchizatı təmin etməyin mümkün olmaması üzündən boşaldılıb. Azərbaycan Müdafiə Nazirliyi Andranik Piloyanın səsləndirdiyi fikirləri inkar edərək bunların xəyal məhsulu və yalan olduğunu bildirərək onu inkar edib.

    İtkilər

    Azərbaycan tərəfi

    İtkilərin siyahısı

    Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
    Əsgər Adil Əli oğlu Tatarov 1999 21 may 2018 Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi.

    Ermənistan tərəfi

    Hərbi əməliyyatlar zamanı Ermənistan Silahlı Qüvvələrinin 2–3 hərbi qulluqçusu həlak olub.

    İtkilərin siyahısı

    Rütbə Adı, soyadı Təvəllüdü Dəfn tarixi Dəfn olunduğu yer
    Əsgər Martin Qriqor Xaçatryan 1999 23 may 2018 ?
    Əsgər Hamlet Norayr Qriqoryan (mübahisəli) 1999 21 may 2018 ?

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Günnüt əməliyyatı haqqında məlumat. Günnüt əməliyyatı nədir? Günnüt əməliyyatı nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 17, 2026

      Azərbaycan himni

    • Fevral 27, 2026

      )

    • Fevral 27, 2026

      Oklend Universiteti

    • Fevral 26, 2026

      Elçin Yusubov

    • Fevral 27, 2026

      Balasoltanlı

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst