GPT-4o (GPT-4 Omni) — OpenAI tərəfindən yaradılmış çoxdilli, multimodal, əvvəlcədən öyrədilmiş generativ transformatordur. OpenAI-nin Baş texnologiya direktoru Mira Muratinin rəhbərlik etdiyi 13 may 2024-cü il tarixində canlı yayımda elan edildi və həmin gün yayımlandı. GPT-4o pulsuz olsa da, ChatGPT Plus abunəçiləri üçün 5 dəfə daha yüksək istifadə limitinə malikdir. Mətn, şəkillər və səsləri emal edə və istehsal edə bilir. Onun API əvvəlki GPT-4 Turbodan iki dəfə sürətli və yarı qiymətədir.
| GPT-4o | |
|---|---|
| Tərtibatçı | OpenAI |
| İnterfeysin dili | çoxdilli[d] |
| Yayımlanma tarixi | 13 may 2024 |
| Sayt | openai.com/index/hello-g… |
Arxa plan
GPT-4o ilk mərhələdə Böyük Model Sistemlər Təşkilatı (LMSYS) daxilində 3 fərqli model olaraq buraxılmışdı. Bu 3 model gpt2-chatbot, im-a-good-gpt2-chatbot ve im-also-a-good-gpt2-chatbot adlanır. 7 may 2024-cü ildə Sem Altman "im-a-good-gpt2-chatbot" adlı tvit atdı və bu tvit ümumiyyətlə bunların A/B testindən keçən yeni OpenAI modelləri olduğunun təsdiqi kimi qəbul edildi.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gpt-4o sözünün mənası, gpt-4o haqqında məlumat. gpt-4o nədir? gpt-4o nə deməkdir?