Alıc — Azərbaycan Respublikasının Quba rayonunun Amsar kənd inzibati ərazi dairəsində kənd. Amsar bələdiyyəsinin tərkibindədir.
| Alıc | |
|---|---|
| 41°15′08″ şm. e. 48°28′15″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Alıc | |
Toponimikası
Kənd Qaraçayın sahilində yerləşir. Qədim türk dillərində alıs/alış/alıç sözü çoxmənalı olub, "çayın ağzı, mənsəbi; axar suyun hövzəyə tökülən yeri", "soyuq", "uzaq, uzaqda olan"; "düz olmayan, kələ-kötür", "dəyişdirilmiş", "iynəyarpaqlı ağac", "vəhşi heyvan, quş" və s. mənaları ifadə edir. Oykonim "uzaqda olan, ucqar kənd" deməkdir. 1933-cü ildə Quba rayonunun Digah kəndinin adı da Alıc Digah şəklində qeydə alınmışdır.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 382 nəfər əhali yaşayır.
Təhsil
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Alıc kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, alıc sözünün mənası, alıc haqqında məlumat. alıc nədir? alıc nə deməkdir?
