Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Güllü Yoloğlu (5 may 1963, Meşəşambul, Zaqatala rayonu) — Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın T

Güllü Yoloğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Güllü Yoloğlu

Güllü Yoloğlu (5 may 1963, Meşəşambul, Zaqatala rayonu) — Dünya Türkologiya Mərkəzinin sədri, filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Türk Xalqlarının Etnologiyası şöbəsinin müdiri, institutun baş elmi işçisi, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şursının sədri, türkoloq.

Güllü Yoloğlu
Məmmədli Güllü Yoloğlu
Doğum adı Güllü Mammadli
Doğum tarixi 5 may 1963 (62 yaş)
Doğum yeri Meşəşambul, Zaqatala rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elmi dərəcələri tarix elmləri doktoru, filologiya elmləri namizədi
Təhsili M.F.Axundov adına APRDƏ İnstitutu

Mündəricat

Həyatı

Güllü Yoloğlu 1963-cü il mayın 5-də Azərbaycanın Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub.

Gəncə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı Zaqatalada təyinatla işləmişlər.

O, üç yaşında olarkən valideynləri Qazax rayonunun Canallı kəndinə, ata yurduna qayıdıblar.

Canallıda 8 illik məktəbi bitirdikən sonra 9–10-cu sinifləri Qazax şəhər Səməd Vurğun adına 2 saylı məktəbdə oxumuşdur.

1980-ci ildə orta məktəbi başa vuran G. Yoloğlu elə həmin il o zamankı M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna (hazırda Bakı Slavyan Universiteti) qəbul olunmuş, 1985-ci ildə bitirmişdir. 1983–1984-cü tədris ilini Həştərxan Pedaqoji Dövlət Universitetində təcrübə keçmişdir

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki qızı var.

Elmi yaradıcılığı

Ali təhsilinin ilk ilindən Tələbə Elmi Cəmiyyətinin fəal üzvü kimi bir çox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o cümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında iştirak etmiş, bir sıra diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür. Həştərxanda oxuduğu illərdə Güllü Yoloğlu Moldovanın, Həştərxanın tələbə elmi konfranslarında iştirak etmiş, "Komsomolets Kaspiya" qəzeti (Həştərxan), "Sovetskaya Moldaviya" qəzeti və "Kodrı" dərgisi (Kişinyov), "Müxbir", "Russkiy yazık", "Literaturnıy Azerbaydjan", "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri" qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr çap etdirmişdir.

Dünya türkləri, onların folkloru və etnoqrafik materialları, dinləri ilə bağlı Türk Dünyasının müxtəlif yerlərindəki universitetlərdə konfranslar vermişdir. Məqalə və kitablarının bir qismi Türk Dünyası coğrafiyasında "Ana sözü" (Kişinyov), "Kardeş edebiyatlar" (İzmir), "Sovet Başkortostanı" (Ufa), "Xakas çiri", "Xakasiya" (Abakan), "Tıvanın anıyaktarı" (Kızıl), "Bilge", "Milli folklor" (Ankara), "Türkoloqiya" (Türkistan) və digər qəzet və dərgilərdə məqalələri, Bişkekdə, Nukusda, Qazi Mağosada və digər yerlərdə iştirak etdiyi simpoziumların toplularında məruzələrinin mətnləri çapdan çıxmışdır.

Xakasiya, Tıva, Altay, Qarakalpakstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran, İraq, Makedoniya, Türkiyə, KKTC, Rumıniya, Moldova və digər ölkələrdə 50-dən çox elmi simpoziumlarda, qurultay və konfranslarda iştirak etmişdir. Mərkəzi Ankarada yerləşən Türk Dünyası Qadınlar Birliyinin keçirdiyi qurultayların nümayəndəsi, İraqın Erbil şəhərində keçirilən II Türkman Qurultayının iştirakçısı olmuşdur.

O, Ankarada çıxan "Türk Dünyası Ədəbiyyatı" 30 cildliyində Sibir türkləri ilə bağlı materialları ilə müəlliflər sırasında yer alır. Güllü Yoloğlu həm də "Kitab-i Dədə Qorqud" ensiklopediyası ikicildliyinin müəlliflərindən biridir.

G. Yoloğlu qaqauz türkləri barədə araşdırma aparan Azərbaycan alimlərindən biridir, onun bu istiqamətdə elmi fəaliyyətinin əsas dövrü Azərbaycanın müstəqilliyinin ilk illərinə təsadüf edir

Onun 1999-cu ildə Türkiyədə Atatürk Kültür Mərkəzi tərəfindən çap olunan "Türklərin ailə mərasimləri" kitabında ailə mərasimləri müqayisəli araşdırılan dörd türk boyundan biri də qaqauzlardır.

Müəllifin qaqauz sözünün mənşəyindən bəhs edən "Qaqauz", yoxsa "qaqouz?" ("Novruz", 1991, 16 iyul), "Çağdaş qaqauz ədəbiyyatı" ("Ədəbiyyat və incəsənət", 1989, 21 aprel), "Bucaqdan səslər" ("Ulduz", 1989, 57–60, sayı 1), "Qaqauz yazıçılarının hekayələri"("Xəzər", 1991, 124–129, sayı 4) "M. Kösə-60" ("Ədəbiyyat qəzeti",1993, 5 mart), "Qardaş qaqauzlar" ("Ədəbiyyat qəzeti", 1996, 4 oktyabr) və "İstər Azərbaycan, istərsə də qaqauz ziyalıları arasında qısqanclıq var" (T. Zanetlə müsahibə) ("Dövran", 1999, 30 noyabr-6 dekabr) və başqa yazıları ilə yanaşı, Kişinyovda çıxan "Ana sözü" qəzetində çap olunan 10-a qədər məqaləsi də qaquzlara həsr olunmuşdur. G. Yoloğlunun "Xudafərin" (Polşa) ("Xudafərin", 1996, 75–79, sayı 1 (2)), "Araz" (İsveç) ("Araz", 1996, 49–53, sayı 2) və başqa jurnallarda çıxan məqalələri dünya azərbaycanlılarına qaqauzları daha yaxından tanıtmaq məqsədi daşımışdır

2006-cı ilin mayında "Türk xalqlarının mərasimləri (tıva, xakas və qaqauz türklərinin materialları əsasında tarixi-etnoqrafik tədqiqat)" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.

Türklərin inanc və adət-ənənələrində şamanizmin izlərini də tədqiq edən G. Yoloğlu beynəlxalq elmi konfranslarda bu mövzuda da çıxışlar edir.

Bütövlükdə, Türk Dünyasını Sibirdən Balkanlaradək gəzərək araşdırmalar aparmışdır. Bütün bu səfərlərin nəticəsində 2001-ci ildə G. Yoloğlu "Abşeron" rəsm qalereyasında "Türk Dünyası: Sibirdən Balkanlaradək" adlı tarixi və etnoqrafik materiallardan ibarət fotosərgi keçirmişdir.

Novruz ənənələri və çərşənbələr mövzusu da G. Yoloğlunun etnoqrafik tədqiqat sahələrindəndir. O, çərşənbələrin od, su, yel, torpaq ünsürləri ilə adlandırılmasının 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində süni şəkildə irəli sürüldüyünü qeyd edir, xalq arasında işlənən versiyalardan biri kimi yalançı (1-ci çərşənbə), xəbərçi və ya muştuluqçu (2-ci çərşənbə), qara çərşənbə, yaxud ölü çərşənbəsi (3-cü çərşənbə), ilaxır çərşənbə (4-cü çərşənbə) variantının milli adətlərə daha uyğun olduğunu irəli sürür.

1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1998-ci ildə Ankaradakı Atatürk Kültür Mərkəzinin müxbir üzvü seçilmişdir, 2021-2023-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Türk xalqlarının müqayisəli etnoqrafiyası" şöbəsinin müdiri çalışmışdır. 2023-cü ildən AMEA-nın Tarix və Etnologiya İnstitutunun "Türk xalqlarının tarixi və etnologiyası" şöbəsinin müdiridir. Ahi Evran Universitetinin Elmi Şurasının üzvüdür (Türkiyə, Kırşehir).

8 kitab, 500-dən çox elmi və elmi-publisistik məqalə müəllifidir.

Televiziya və radio fəaliyyəti

Güllü Yoloğlu 1995-ci ildən "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində çalışır. "Soyumuz, soykökümüz", "Dədə Qorqud — 1300" rubrikalarının, "Minilliklərin işığında" televiziya, "Böyük Çöl", "Soyumuz, soykökümüz", "Yurd yeri" kimi radio verilişlərinin müəllifi və aparıcısı olub. Hazırda "Xalq yaradıcılığı" redaksiyasında çalışan Güllü Yoloğlu "Keçmişdən gələcəyə", "Əsrlərdən gələn səslər" televiziya verilişlərinin aparıcısı və ssenari müəllifidir.

2012-ci ildə yaradılan "Heydər Əliyev və Kitabi-Dədə Qorqud" filminin ssenari müəllifidir.

İctimai fəaliyyəti

Güllü Yoloğlu 3 oktyabr 2019-cu ildə Bakıda təsis olunan Dünya Türkologiya Mərkəzinin sədridir.

2022-ci ildən Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) Qadınlar Şurasının sədridir.

Kitabları

1. Qaqauzlar. — Bakı, "Azərnəşr", 1996, 48 s.

2. Qaqauz folkloru. — Bakı, "Yazıçı", 1996, 200 s.

3. Dədə Qorqud yaşı. — Bakı, "Yeni nəşrlər evi", 1999, 136 s.

4. Türklerin aile merasimleri (tıva, xakas, qaqauz türklərinin etnoqrafik materialları əsasında). — Ankara, 1999, 180 s.

5. İlk məktub (Rumıniya ədəbiyyatından tərcümələr). — Bakı, "Adiloğlu", 2002, 258 s.

6. Mövsüm mərasimləri (türk xalqlarının materialları əsasında). — Bakı, "Xəzər Universitəsi", 2009, 218 s.

7. Son həvəs — son nəfəs. — Bakı, 2010.

8. "Rusiya yaşayacaqmı?" — Bakı, "Qanun", 2015.

9. Türk xalqlarının mərasim sistemində Novruzun yeri. — Bakı, 2018.

10. Aybikə Xan. — Bakı, "Sabah", 2023

Məqalələri

1. Mucize, keramet, firaset sahipleri, istidraç, şamanlık. Türk Dünyası Bilgeler Zirvesi: Gönül Sultanları Buluşması. Türk Dünyası Kültür Başkenti Ajansı (TDKB), Eskişehir, 2013, ss.181–196.

2. Çərşənbələri niyə səhv salırıq?

3. "ÜZÜ ASTARINDAN BETƏR…" ("Novruz bayramı ensiklopediyası")

4. Bədmüşk ətirli Novruz

5. Şirin erməni qızıdırmı?! (Nizami Gəncəvinin əsərlərinin rus dilinə tərcüməsinə dair)

6. Böyük insanın böyük məhəbbəti

7. Milli dəyərlərimizi araşdırarkən

8. Türklerde merasimler

Mükafatları

1. Heydər Əliyevin Fərdi təqaüdünə layiq görülmüşdür (1998).,

2. Süleyman Dəmirəl tərəfindən "Türk Dünyasındakı Xidmətlərinə görə" ödülü verilmişdir (1998).

3. 2001-ci ildə "Simurq" Beynəlxalq mükafat fondu tərəfindən "İlin ən çalışqan alimi" elan edilmişdir.

4. 2003-cü ildə KIBATEK (Kıbrıs, Balkanlar, Avrasiya Araşdırmaları Qurumu) vakfı tərəfindən "2002 yılı hizmet ödülü"nə layiq görülmüşdür.

5. 2013-cü ildə ATXƏM-in "Türk Dünyasına xidmət" ödülü verilmişdir.

6. DGTYB tərəfindən "Türk Dünyasına xidmət" ödülü ilə təltif olunmuşdur.

Video

Türk Bilgələr Zirvəsi/Güllü Yoloğlu

Multikulturalizm

Böyük Türk Qurultayı — Macarıstan

Uluslararası Somuncu Baba ve Kültür Çevresi Sempozyumu Birinci Oturum

Kosmopolitizm və milli dəyərlər

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Güllü Yoloğlu haqqında məlumat. Güllü Yoloğlu nədir? Güllü Yoloğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Fenol

  • Fevral 27, 2026

    Dop sülaləsi

  • Fevral 28, 2026

    Nakşidil Sultan

  • Fevral 25, 2026

    Robert Enke

  • Fevral 28, 2026

    Alman milliyyətçiliyi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst