Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alman milliyyətçiliyi (alm. Deutscher Nationalismus‎) — almanların və almanosferin vahid milli dövlətdə birliyini təşviq edən ideoloji anlayış. Alman milliyyətç

Alman milliyyətçiliyi

  • Ana Səhifə
  • Vikipediya
  • Alman milliyyətçiliyi

Alman milliyyətçiliyi (alm. Deutscher Nationalismus‎) — almanların və almanosferin vahid milli dövlətdə birliyini təşviq edən ideoloji anlayış. Alman milliyyətçiliyi almanların bir millət və bir xalq olaraq vətənpərvərliyini və milli kimliyini önə çəkir. Alman milliyyətçiliyinin ən erkən mənşəyi pangermanizmin yüksəlməyə başladığı Napoleon müharibələri dövründə romantik milliyyətçiliyin meydana çıxması ilə əlaqələndirilir. Alman milli dövləti ideyası Napoleon Bonapartın rəhbərliyi altında Fransanın alman ərazilərini işğal etməsinə cavab olaraq mühüm siyasi qüvvəyə çevrilməyə başladı.

"Germania". Müəllif: Filipp Feyt, 1848-ci il.

XIX əsrdə almanlar alman milli dövlətinin Avstriya imperiyasını istisna edən "Kiçik Almaniya"dan, yoxsa Avstriya imperiyasını və ya onun almandilli hissəsini əhatə edən "Böyük Almaniyadan" ibarət olub-olmaması ilə bağlı alman məsələsini müzakirə etmişdilər. Prussiya kansleri Otto fon Bismarkın başçılıq etdiyi fraksiya Kiçik Almaniya yaratmağa müvəffəq olmuşdur.

Aqressiv alman milliyyətçiliyi və ərazi genişlənməsi hər iki dünya müharibəsinə səbəb olan əsas amil idi. Birinci Dünya müharibəsindən əvvəl Almaniya Britaniya və Fransaya rəqib olmaq ümidi ilə müstəmləkə imperiyası qurmuşdu. 1930-cu illərdə nasistlər hakimiyyətə gələrək Böyük German Reyxini yaratmağa çalışırdılar. Onlar etnik alman kimliyini və alman əzəmətini bütün başqaları istisna olmaqla vurğulayırdılar. Bu, nəticədə İkinci Dünya müharibəsi zamanı Holokostda yəhudilərin, polyakların, romanilər və adamcıq hesab edilən digər insanların məhv edilməsinə səbəb olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Alman milliyyətçiliyi haqqında məlumat. Alman milliyyətçiliyi nədir? Alman milliyyətçiliyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İstehsal (iqtisadiyyat)

  • Fevral 27, 2026

    Səlcuq-Baqrationi sülaləsi

  • Fevral 27, 2026

    İnikas

  • Fevral 27, 2026

    Möhlət Müslümov

  • Fevral 28, 2026

    Vilyam Bleyk

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst