Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İvanovka — Azərbaycan Respublikasının İsmayıllı rayonunun İvanovka kənd inzibati ərazi dairəsində kənd. Sovet dövründən ölkədə qalan yeganə kolxoz.

İvanovka (İsmayıllı)

  • Ana Səhifə
  • Vikipediya
  • İvanovka (İsmayıllı)

İvanovka — Azərbaycan Respublikasının İsmayıllı rayonunun İvanovka kənd inzibati ərazi dairəsində kənd. Sovet dövründən ölkədə qalan yeganə kolxoz.

İvanovka
40°44′02″ şm. e. 48°01′59″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 1847
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.303 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3114
Digər
ivanovka.net
Xəritəni göstər/gizlə
İvanovka xəritədə
İvanovka
İvanovka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

İvanovka İsmayıllı rayonunun mərkəzindən 12–14 km cənub–qərbdə, Acınohur ön dağlığında yerləşir. Kəndin əsası 1847-cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur.

Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə qoyulmuşdur. Onlar tez bir zamanda özlərinə yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurmuşlar.

Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası, elektron ATS var.

Əhalisi

İvanovka kəndi əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa. Nisbəti, 1970 sa.
cəmi3 694100 %
rus və ukraynalı3 32089.9 %
ləzgi1534.1 %
azərbaycanlı1474 %
erməni511.4 %
tat170.5 %
yəhudi40.1 %

13–22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən İvanovka kənd inzibati ərazi dairəsində 2797 nəfər (1327 nəfəri kişilər, 1470 nəfəri qadınlar) əhali yaşayır.

Molokan qızlar

İqtisadiyyatı

Taxıl sahələri

1930-cı ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi "kolxoz" quruldu və o bugünkü günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi ilə seçilən Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib. Hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınıb.

İvanovkalılar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və s. kimi məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə sex, park və zavod (məsələn: Kirəmit zavodu) fəaliyyət göstərir.

Din

Kənddə "Molokan–ruhani xristian" dini icması fəaliyyət göstərir.

Qalereya

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İvanovka (İsmayıllı) haqqında məlumat. İvanovka (İsmayıllı) nədir? İvanovka (İsmayıllı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Silvestr Stallone

  • Fevral 27, 2026

    Qahirə şəhəri

  • Fevral 27, 2026

    Basmaxana

  • Fevral 27, 2026

    Teorem

  • Fevral 27, 2026

    Lill

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst