Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir.
| Düşənbə | |||
|---|---|---|---|
| Душанбе دوشنبه | |||
| |||
| |||
| 38°34′23″ şm. e. 68°47′11″ ş. u.HGYO | |||
| Ölkə | |||
| Başçı | Rüstəm Emomali | ||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | XVII əsr | ||
| İlk məlumat | 1676 | ||
| Sahəsi |
| ||
| Mərkəzin hündürlüyü | 706 ± 1 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəqəmsal identifikatorlar | |||
| Telefon kodu | +992 37 | ||
| Poçt indeksi | 734000 | ||
| Nəqliyyat kodu | 01, 05 | ||
| Digər | |||
| dushanbe.tj | |||
![]() Düşənbə | |||
Tarixi
" Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır.
Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı.
1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.
1925-ci ildə Düşənbə qışlağının yerində Düşənbə şəhəri təşkil edildi.
16 oktyabr 1929-cu ildə adı dəyişdirilərək Stalinabad adlandırılmış, Stalinin ölümündən sonra 1961-ci ildə şəhərin tarixi adı özünə qaytarılaraq Düşənbə adı bərpa edilmişdir.
Ərazisi
1 yanvar 2012-ci ilə olan rəsmi məlumata əsasən şəhər 126.6 km² ərazini əhatə edir.
İnzibati-ərazi bölgüsü
1 yanvar 2012-ci ilə olan məlumatlara əsasən şəhər inzibati cəhətdən 4 rayona bölünür:
- 1. Sina rayonu (tac. Ноҳияи Сино):
- Ərazisi: 43.8 km²
- Əhalisi: 285.4 min nəfər
- 2. Firdovsi rayonu (tac. Ноҳияи Фирдавсӣ):
- Ərazisi: 29.1 km²
- Əhalisi: 183.3 min nəfər
- 3. Şahmənsur rayonu (tac. Ноҳияи Шоҳмансур):
- Ərazisi: 27.9 km²
- Əhalisi: 147.3 min nəfər
- 4. İsmayıl Samani rayonu (tac. Ноҳияи Исмоили Сомонӣ):
- Ərazisi: 25.8 km²
- Əhalisi: 131.6 min nəfər
Əhalisi
Həmçinin bax
- Düşənbə hadisələri
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Düşənbə haqqında məlumat. Düşənbə nədir? Düşənbə nə deməkdir?
