Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı S

Corylus colurna

  • Ana Səhifə
  • Vikipediya
  • Corylus colurna

Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir.

Ağacvari fındıq
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Fıstıqçiçəklilər
Fəsilə:
Tozağacıkimilər
Yarımfəsilə:
Fındıqkimilər
Cins:
Fındıq
Növ:
Ağacvari fındıq
Beynəlxalq elmi adı
  • Corylus colurna L., 1753
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506808
NCBI  101193
EOL  1147596

Mündəricat

Təbii yayılması

Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir.

Botaniki təsviri

Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir. Orta və üst yarpaqları enli-tərsinə yumurtavarı olub, dib tərəfləri dərin ürəkvarı, zəif dilimlidir, üst tərəfi yaşıl, alt tərəfi bozumtul-yaşıl, tüklüdür. Yarpaqlar saplaqlar üzərindədir. Bunun cavan zoğları və yarpaq saplaqları qırmızımtıl tüklərlə örtülüdür. Yarpaqları geniş yumurtavarı və neştərşəkillidir. Yarpağın qaidəsi ürək şəklində оlub, ucu sivridir. Kənarları dişlidir və bəzən kiçik dilimlidir. Erkək çiçəkləri sırğaşəkilli çiçək qrupunda yerləşmişdir. Qonur-qırmızı rəngdədir. Qoz meyvəsi kiçikdir, meyvəsinin yan tərəfi azca basıqdır, küncləri vardır. Nadir hallarda meyvəsi yumru olur. Meyvəsinin 2-5 ədədi bir yerdə çanaqcıq içərisində olur, fındığın qabığı qəhvəyi rəngdə olub qalındır, ləpəsi xırdadır. Meyvələri çanaqcıqdan çox çətin ayrılır və bəzən də fındıqla birgə yerə tökülür. Çanaqcıq içərisində olan toxum (fındıq) çox az cücərir. Odur ki, təbii artımı zəif gedir. Ona görə də bu bitkiyə ağacvari fındıq adı verilmişdir. Meyvənin qaidə hissəsi böyükdür, şişkindir. Bitki dəniz səviyyəsindən 600–1700 m yüksəkliklərdə yayılmışdır.

Ekologiyası

Təzə, humusla zəngin, nəmişli, karbonatlı torpaqlara üstünlük verir. Kölgəyədavamlıdır.

Azərbaycanda yayılması

Azərbaycanın nadir, endemik bitki növüdür. Hirkan Milli Parkı və Zaqatala Dövlət Qoruğunda mühafizə edilir və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Zəruri qoruma tədbiri kimi yeni mühafizə sahələrinin yaradılması tövsiyə edilir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Corylus colurna haqqında məlumat. Corylus colurna nədir? Corylus colurna nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İskəndər (roman)

  • Fevral 26, 2026

    ABC

  • Fevral 27, 2026

    Telli Pənahqızı

  • Fevral 26, 2026

    10 mart

  • Fevral 27, 2026

    Şarl-Mari Vidor

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst