Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sağlamlıq — istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal; istənilən ağrının və xəstəliyin olmadığı vəziyyəti.

Sağlamlıq

  • Ana Səhifə
  • Vikipediya
  • Sağlamlıq

Sağlamlıq — istənilən canlı orqanizmin bədən üzvlərinin hamısının öz funksiyasını tam yerinə yetirdiyi hal; istənilən ağrının və xəstəliyin olmadığı vəziyyəti. Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.

Beynəlxalq Səhiyyə Təşkilatının emblemi.

Sağlamlığı öyrənən elmlərə dietologiya, psixologiya, psixatriya, tibbi sosilogiya, gigiena, defektologiya və.s. aiddir.

Sağlam olmaq üçün tövsiyələr

  • İdmanla məşğul olun. Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3 dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.
Təmiz havada çay.
  • Kəpəkli məhsullar xərçəngdən qoruyur. Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.
  • Meyvə tərəvəzi süfrənizdən əskik etməyin. Meyvə-tərəvəz xüsusilə də pomidor, qırmızı üzüm yeyənlərdə infarkt, xərçəng və şəkər ehtimalı daha az olur.
  • Fast-food yeməklərini birdəfəlik unudun. Ürək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger, kartof qızartması və s kimi qidalardır.
Gündə azı 1 saat aktiv idmanla məşğul olun!
  • Bel ağrısına qarşı hərəkət edin. Araşdırmalar göstərir ki, bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.
  • Yeməyinizə nəzarət edin. Balıq yemək infarkt ehtimalını azaldır. Bundan başqa, balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.

Duzu azaldın Həddindən artıq duz iflicə və ürək damar xəstəliklərinə səbəb olur. Ona görə də gündə 5 qr duz yemək kifayətdir. Araşdırmalar gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir. Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur. Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər. Çaya bir az müalicə əhəmiyyətli otlardan əlavə edin — kəklikotu, senna, mixək və s.

  • Hər pəhrizə aldanmayın. Həftədə 2–3 kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox, uzun müddət üçün həyata keçirməyə çalışın.
  • Artıq çəkilərə diqqət. Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 həftə qısaldır. Artıq çəkilərdən xilas olmaq ürək, xərçəng, oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.
  • İdmanla məşğul olmaq yağı, duzu azaltmaq xolestrolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.
  • Stresə qarşı mübarizə aparın.
  • Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.
  • Siqaretə yox. Siqareti atmaq artıq çox asandır. İndi bunun üçün saysız-hesabsız vasitələr var. Məsələn nikotin lentləri, saqqızlar, iynə ilə müalicə və s.
  • Yuxusuz qalmayın. Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir. Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.
  • Hər gün vitamin qəbul edin. Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.
Xəstəliyi vaxtında aşkar edin!
  • Profilaktika. Ildə bir dəfə poliklinikada tam dispanserizasiya keçməyi unutmayın!

Həmçinin bax

  1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
  2. İdman
  3. Səhiyyə
  4. Reproduktiv sağlamlıq
  5. Беляев, И. А.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sağlamlıq haqqında məlumat. Sağlamlıq nədir? Sağlamlıq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sezar mükafatı

  • Fevral 27, 2026

    Konyak

  • Fevral 27, 2026

    Ayaqqabı

  • Fevral 23, 2026

    Müəssisə

  • Fevral 27, 2026

    Gamışdağ

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst