Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadis

Fallout (seriya)

  • Ana Səhifə
  • Vikipediya
  • Fallout (seriya)

Fallout — "Interplay Entertainment" tərəfindən yaradılan postapokaliptika mövzusunda rol videooyunlar və daha sonra döyüş rol oyunları seriyası. Seriyanın hadisələri XXI, XXII və XXIII əsrlərdə cərəyan edir və onun nüvəpank retrofuturistik mövsuzu ilə incəsənəti 1950-ci illər ABŞ-nın müharibə sonrası mədəniyyətindən ilhamlanmışdır. "Fallout" seriyasının sələfi, onun mənəvi varisi olduğu hesab edilən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyunudur.

Fallout
Seriyanın loqosu
Janrlar
  • 1997–2004:
  • Rol
  • 2004-cü ildən:
  • Döyüş rol
Yaradıcılar
  • Interplay Entertainment
  • Black Isle Studios
  • Micro Forté
  • Bethesda Game Studios
  • Obsidian Entertainment
Nəşrçilər
  • Interplay Entertainment
  • (1997–2004)
  • 14 Degrees East
  • (2001)
  • Bethesda Softworks
  • (2004-cü ildən)
MüəlliflərTim Keyn
Platformalar
  • DOS
  • Microsoft Windows
  • Mac OS
  • Mac OS X
  • PlayStation 2
  • PlayStation 3
  • PlayStation 4
  • Xbox
  • Xbox 360
  • Xbox OneiOS
  • Android
İlk buraxılışFallout
10 oktyabr 1997
Son buraxılışFallout 76
14 noyabr 2018
Rəsmi vebsaytıfallout.bethsoft.com

Seriyanın birinci epizodu olan "Fallout" videooyunu "Black Isle Studios" tərəfindən istehsal olunmuş və 1997-ci ildə satışa çıxarılmışdır. Bunun ardından sonrakı il onun sikveli olan "Fallout 2" satışa çıxarılmışdır. "Fallout Tactics: Brotherhood of Steel" taktiki rol videooyununun istehsalından "Micro Forté" və "14 Degrees East" studiyaları məsul olmuşdur. "Interplay" 2004-cü ildə "Black Isle Studios" studiyasını ləğv etmiş və studiya olmadan PlayStation 2 ilə Xbox üçün rol oyunu elementlərinə malik bir döyüş oyunu olan "Fallout: Brotherhood of Steel"i istehsal etmişdir. Əsas seriyanın üçüncü epizodu olan "Fallout 3" videooyunu "Bethesda Softworks" tərəfindən istehsal olunmuş, bundan sonra isə "Obsidian Entertainment" tərəfindən hazırlanan "Fallout: New Vegas" satışa çıxarılmışdır. "Bethesda" 2015-ci ildə "Fallout 4", 2018-ci ildə "Fallout 76" videooyununu satışa çıxarmışdır.

"Fallout" əqli mülkiyyətinin sahibi "Bethesda Softworks" şirkətidir. "Bethesda" seriyanı satın alındıqdan sonra "Fallout"un kütləvi çoxnəfərli onlayn rol oyunu (MMORPG) versiyasını istehsal etmək hüququnu "Interplay" şirkətinə lisenziyalaşdırmışdır. Oyun "Interplay" tərəfindən beta mərhələsinə çatdırılmış, lakin sonradan iki şirkət arasında yaranan mübahisə səbəbilə ləğv edilmişdir.

Mündəricat

Videooyunlar

Əsas seriya

Başlıq İstehsalçı Yayımçı Buraxılış tarixləri və platformalar
Fallout Black Isle Studios Interplay Entertainment
  • 1997 — MS-DOS, Windows, Mac OS
  • 2002 — macOS
Fallout 2 Black Isle Studios Interplay Entertainment
  • 1998 — Windows
  • macOS
Fallout 3 Bethesda Game Studios Bethesda Softworks
  • 2008 — Windows, PlayStation 3, Xbox 360
Fallout 4 Bethesda Game Studios Bethesda Softworks
  • 2015 — Windows, PlayStation 4, Xbox One
  • 2017 — HTC Vive

Spin-offlar

Başlıq İstehsalçı Yayımçı Buraxılış tarixləri və platformalar
Fallout Tactics: Brotherhood of Steel Micro Forté Interplay Entertainment
  • 2001 — Windows
Fallout: Brotherhood of Steel Interplay Entertainment Interplay Entertainment
  • 2004 — PlayStation 2, Xbox
Fallout: New Vegas Obsidian Entertainment Bethesda Softworks
  • 2010 — Windows, PlayStation 3, Xbox 360
Fallout Shelter Bethesda Softworks

Behavior Interactive

Bethesda Softworks
  • 2015 — Android, iOS
  • 2016 — Windows
  • 2017 — Xbox One
  • 2018 — PlayStation 4, Nintendo Switch
Fallout 76 Bethesda Game Studios Bethesda Softworks
  • 2018 — Windows, PlayStation 4, Xbox One

Ləğv edilmiş videooyunlar

Başlıq İstehsalçı
Fallout Extreme 14 Degrees East
Fallout Tactics 2 Micro Forté
Van Buren Black Isle Studios
Fallout: Brotherhood of Steel 2 Interplay Entertainment
Project V13 (Fallout Online) Interplay Entertainment

Masthead Studios

Əlavə məzmunlar

Orijinal videooyun Əlavənin başlığı Buraxılış tarixləri və platformalar
Fallout 3 Operation: Anchorage
  • 2009 — Windows, PlayStation 3, Xbox 360
The Pitt
Broken Steel
Point Lookout
Mothership Zeta
Fallout: New Vegas Dead Money
  • 2010 — Xbox 360
  • 2011 — Windows, PlayStation 3
Honest Hearts
  • 2011 — Windows, PlayStation 3, Xbox 360
Old World Blues
Lonesome Road
Gun Runners’ Arsenal
Courier’s Stash
Fallout 4 Automatron
  • 2016 — Windows, PlayStation 4, Xbox One
Wasteland Workshop
Far Harbor
Contraptions Workshop
Vault-Tec Workshop
Nuka-World

Ekranlaşdırılma

"Fallout" üçün bir film adaptasiyasının çəkilişinə 1998-ci ildə "Interplay Films" tərəfindən start verilmişdir. Brent V. Fridman filmin ssenari müəllifi təyin edilmişdir, lakin 2000-ci ildə "Interplay Films" diviziyası ləğv edilmiş və film üzərində iş dayandırılmışdır.

Orijinal oyun əsasında "Radioaktiv yağınta: Nuka tətil" (ing. Fallout: Nuka Break) adlı həvəskar bir film çəkilmişdir. Filmdəki obrazlar sığınacaq sakini, onun qulbasdı yoldaşı Ben və keçmiş bir kölədir. Bəzi səhnələr kuklalarla çəkilmiş və CGI effektlərindən istifadə edilmişdir. "YouTube" platformasına yerləşdirilən film altı hissəyə ayrılmış, birinci hissə 2011-ci ilin sentyabrında yayımlanmışdır. "Gizmodo France" saytı filmdə təqdim olunan fotogen səhra mənzərələrini tərifləmişdir. "GameFront" saytının icmalçısına görə film "Fallout atmosferini mükəmməl şəkildə özündə əks" etmişdir və rəsmi "Bethesda" bloqu filmi "gözəl bir iş" adlandırmışdır.

2013-cü ilin yanvarında "Bethesda" elmi fantastik janrda teleserialı üçün bir ticarət markasını qeydiyyatdan keçirmişdir. "Dwell On It" saytının işçiləri tərəfindən qeyd edildiyi kimi, teleserial çəkmək hüquqları şirkət tərəfindən 2009-cu ilin fevralında əldə edilmişdi. Şirkətə görə teleserialın hadisələri nüvə fəlakətindən çıxmış bir dünyada cərəyan edəcək. 2020-ci ilin iyul ayında "Amazon Studios"un aylardır davam edən danışıqlardan sonra "Fallout" seriyası əsasında bir teleserial çəkmək hüquqlarını lisenziyalaşdırdığı təsdiqlənmişdir. 2 iyul 2020-ci ildə "Amazon" və "Kilter Films"in iştirakını təsdiqləyən bir tizer yayımlanmışdır. Əlavə olaraq, "Bethesda Game Studios" və "Bethesda Softworks" da teleserialın çəkilişindən məsul olacaq.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, fallout (seriya) sözünün mənası, fallout (seriya) haqqında məlumat. fallout (seriya) nədir? fallout (seriya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arpa

  • Fevral 27, 2026

    Merenptah

  • Fevral 27, 2026

    Qırxqız

  • Mart 06, 2026

    Sadınlar

  • Fevral 27, 2026

    Ötükən

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst