Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ötükən, Ötügən və ya Ötükən meşəsi (qədim türkcə: 𐰇𐱅𐰜𐰤:𐰖𐰃𐱁, Ötükən yış)— Türklərin Orta Asiyada müqəddəs paytaxtıdır və monqollar tərəfindən də müqəddəs sayılır

Ötükən

  • Ana Səhifə
  • Vikipediya
  • Ötükən

Ötükən, Ötügən və ya Ötükən meşəsi (qədim türkcə: 𐰇𐱅𐰜𐰤:𐰖𐰃𐱁, Ötükən yış)— Türklərin Orta Asiyada müqəddəs paytaxtıdır və monqollar tərəfindən də müqəddəs sayılır. Meşələrlə örtülmüş "Ötükən dağı" qədim türklər tərəfindən müqəddəs sayılır. Ötügən (Ötükən) türklərin ilk dəfə yer üzündə göründüyü və oradan dünyaya yayıldığı yerin adı kimi də qəbul edilir. Teoman tərəfindən qurulan Böyük Hun İmperiyasının paytaxtı da Orxon çayı hövzəsində yerləşən Ötükən idi. Həmçinin Göytürk xaqanlığının paytaxtı da Ötükən idi.

Ötükən indiki Monqolustanın Arxanqay vilayəti ilə Övörxanqay vilayətinin sərhədləri daxilində yerləşir.

Mündəricat

Etimologiyası

"Divan"dakı ən maraqlı toponimlərdən biri Ötükən'dir. Şamanizmin izləri bu toponimin də daxilinə hopa bilmişdir. Monqol mənşəli Ötükən şaman tanrıların yaşadığı yerlər olmuşdur. Şaman və yarı şaman mətnlərində bu tanrıya böyük inanc təsvir olunur. Mahmud Kaşğarlı o zaman tatarların məskunlaşdığı ərazilərin bir hissəsinin Ötükən olduğunu da göstərir.

Tədqiqatçıların fikrincə, monqolların etnogenezində mühüm rol oynamış Ötükən tayfa adı "hökmdar qadın ölkəsi, ərazisi", "sitayiş edilən yer, səcdəgah", "türklərin müqəddəs dağı" mənalarındadır.

Ötükən adı yış, yer sözləri ilə yanaşı işlənmişdir. Ötükənin mif anlamı yaradan ata, yaradan xan (L. Potapov, M. Seyidov) kimi şərh olunur. Bu mif keyfiyyətlərinə görə o, qoruyucu, bolluq, xoşbəxtlik bəxş edən olmuşdur.

Müasir tuvin dilində bəzi fonetik dəyişikliklə müşahidə olunan Ütüqen coğrafi termini örtülü dağ silsiləsi, sıra dağlar mənasındadır. Bu silsilə dağlar Yuxarı Yenisey ərazisində yerləşir, qədim türklərin müqəddəs saydığı, sitayiş etdiyi inanc nöqtələrindən biri olmuşdur. Maraqlıdır ki, bu ad təkcə monqolların deyil, eləcə də qədir türklərin etnogenezi, dini adət və ənənələrinin monqollarla əlaqəsi barədə əsaslı bilgilər verə bilir.

Bilgə xaqan Abidəsi

Bilgə xaqan, Orxon abidələrində Ötükən dağının Türk məmləkətinin ürəyi olaraq əhəmiyyətini dilə gətirmişdir. Hətta yazılarda, Çinlilərin oyunlarına qarşı qoyub müqavimət göstərə bilmək üçün "Ötükən meşəsindən ayrılmayın." öyüdü verilmişdir.

Tenqriçilik

Ötükən köhnə Türklərin (Göytürk vs.) ənənəvi inamı Tenqriçilikdə Torpaq Anaya verilən adlardan biridir. Monqol dilində Etugen, Itügen ya da Odigan kimi şəkillərinə də rast gəlinir. Ötüken-Kültü, Tengri-Kültü ile birlikte özellikle Göytürk İmperiyası əsnasında böyük əhəmiyyət qazanmışdır.

Köhnə inanca görə, Torpaq Ananın kefi ağacların vəziyyətindən müəyyən olar. Əgər ağaclar sağlam və güclü yetişir və bol meyvə verirlərsə, Torpaq Ananın insanlardan məmnun olduğuna inanırlar. Torpaq Anaya edilən bir dua, güclü və böyük bir ağaca doğru yönəldilir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ötükən haqqında məlumat. Ötükən nədir? Ötükən nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nəngərhar

  • Fevral 27, 2026

    Phillyrea

  • Fevral 27, 2026

    Bicodərəsi

  • Fevral 27, 2026

    Qalağayın

  • Fevral 24, 2026

    Qərbi Almaniya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst