Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Haşımov Məhərrəm Zakir oğlu (2 fevral 1912, Bakı – 2 may 1969, Bakı) — Azərbaycan teatr rejissoru, ssenarist, aktyor, film direktoru, Azərbaycan SSR xalq artist

Məhərrəm Haşımov

  • Ana Səhifə
  • Vikipediya
  • Məhərrəm Haşımov

Haşımov Məhərrəm Zakir oğlu (2 fevral 1912, Bakı – 2 may 1969, Bakı) — Azərbaycan teatr rejissoru, ssenarist, aktyor, film direktoru, Azərbaycan SSR xalq artisti (1954), "Stalin" mükafatı laureatı (1951).

Məhərrəm Haşımov
Doğum tarixi 2 fevral 1912
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 2 may 1969 (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Fəaliyyəti teatr rejissoru, pedaqoq
Fəaliyyət illəri 1928–1969
Təhsili Moskva Ümumittifaq Dövlət Teatr Sənəti İnstitutu
Teatr Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Dram Teatrı, Rus Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19401940 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940 3-cü dərəcəli "Stalin" mükafatı — 19511951 Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı — 19691969
"Qırmızı əmək bayrağı" ordeni — 19591959 "Şərəf nişanı" ordeni — 19461946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Məhərrəm Haşımov 2 fevral 1912-ci ildə Bakıda anadan olmuşdur. O, 1936-cı ildə A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdir. 1944-cü ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləmişdir.

Məhərrəm Haşımov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş vermişdir. Rejissor 1937-ci ilin repressiyalari dövründə müəyyən təzyiqlərə məruz qalsa da, sənət prinsiplərinə sadiq çıxmışdır.

1948-ci ildən 1951-ci ilə qədər Azərbaycan Dövlət Rus Dram Teatrında baş rejissor və direktor vəzifələrində çalışmışdır. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında rejissorluq fəaliyyətinin əsas məğzində müasir fəlsəfi-realist teatr yaratmaq məqsədi dururdu.

Rejissor "Döngədə ev" (Tur qardaşları, 1949), "Xəzər üzərində şəfəqlər" (İmran Qasımov, 1950), "Balıqçı oğlu" (Vilis Latsis, 1953), "Dəniz cəsurları sevir" (İmran Qasımov və Həsən Seyidbəyli, 1954), "Kino çəkilir…" (Edvard Radzinski, 1966), "Teleqramla hekayət" (V. Osipov, 1966), "Milyonçu qadın" (Bernard Şou, 1966), "İntervensiya" (Lev Slavin, 1967), "Ənənəvi toplanış" (Viktor Rozov, 1968) tamaşalarına quruluş vermişdir.

Məhərrəm Haşımov 1951–1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında işləmişdir. O, 1956-cı ildən 1960-cı ilə kimi yenidən Rus Dram Teatrına göndərilmiş və baş rejissor olaraq fəaliyyət göstərmişdir. Rejissor fasilələrlə 20 ildən artıq bir müddətdə Rus Dram Teatrında çalışmışdır. Məhərrəm Haşımov uzun illər Azərbaycan Dövlət Teatr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Məhərrəm Haşımov 60-cı illərin birinci yarısında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmiş, onun fəaliyyəti dövründə "Bizim küçə", "Leyli və Məcnun", "Böyük dayaq", "Əmək və qızılgül", "Telefonçu qız", "Əhməd haradadır?", "Möcüzələr adası", "Romeo mənim qonşumdur", "Sehirli xalat" bədii, bir çox sənədli filmlər çəkilmişdir.

Məhərrəm Haşımov 1969-cu ildə, 57 yaşında vəfat etmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 27 fevral 1954[⇨]
  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 aprel 1940[⇨]
  • "Stalin" mükafatı (3-cü dərəcə) — 1951 (İmran Qasımovun "Xəzər üzərində şəfəqlər" pyesinə Azərbaycan Dövlət Rus Dram Teatrında verdiyi quruluşa görə).
  • "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959
  • "Şərəf nişanı" ordeni — 25 fevral 1946
  • Mirzə Fətəli Axundov adına Azərbaycan SSR dövlət mükafatı — 1969 ("Damokl qılıncı" (Nazim Hikmət), "Maskarad", (Mixail Lermontov) və "Kino çəkilir…" (Edvard Radzinski) tamaşalarına verdiyi quruluşlara görə).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məhərrəm haşımov sözünün mənası, məhərrəm haşımov haqqında məlumat. məhərrəm haşımov nədir? məhərrəm haşımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Camelidae

  • Fevral 27, 2026

    Saz

  • Fevral 27, 2026

    Sentavr A

  • Fevral 27, 2026

    Yengikənd

  • Fevral 27, 2026

    Larnaka

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst