Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respub

Kəngərli (Ağdam)

  • Ana Səhifə
  • Vikipediya
  • Kəngərli (Ağdam)

Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdam rayonunun Kəngərli kəndi Göytəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəngərli kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Kəngərli
40°01′56″ şm. e. 46°57′57″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.000 nəf. (2025)
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0228
Xəritəni göstər/gizlə
Kəngərli xəritədə
Kəngərli
Kəngərli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşir.

Mündəricat

Tarixi

Ağdam rayonuda yerləşən 3 Kəngərlidən biri Ağdam şəhərindən 5 km şimal-şərqdə Ağdam-Bərdə şose yolunun sağ sahilində, məşhur Uzundərə adlanan dərənin sağ sahilində yerləşir. Kənd Pirhəsənli tirəsinə aid olduğu (müdriklərin söyləmələrinə görə) üçün kəndə Pirhəsənli-Kəngərlisi deyilir (Ağsu rayonunda yerləşən Pirhəsənli camaatı ilə eyni tirədəndirlər). Uzundərənin sol sahilində daha 2 kiçik kənd Kəngərli tayfasına aid edilir. 1-ci kənd Şirvanlı, 2-ci kənd Qaraağaclar (1963-cü ilə kimi Kəngərli adlanıb) adlanır. Camaat öz aralarında sağ sahildəki kəndi o tay, soldakı kiçik kəndləri bu tay deyə fərqləndirirlər.

1993-cü ilə kimi o tay Kəngərlidə təxminən 300-350 ev, bu tayda Şirvanlıda 25-30, Qaraağaclarda isə 60 ev var idi. O tayda son vaxtlara qədər Hacı Abbas otağı deyilən yerdə qədim nar bağları qalmaqda idi. Həmin tikilini Hacı Rustam adında (Həcc ziyarətində olmuş imkanlı dindar) bir kişi özünün 6 oğlu üçün tikdiribmiş (əslində onun 7 oğlu olub. Bir oğlu kiçik yaşlarında vəfat edib). Oğlanları Hacı Abbas (həcc ziyarətində olmuş imkanlı kişi), Şükür, Balakişi, Yusif, Sadıx, Həsən (deyilənlərə görə təkcə Hacı Abbasın 1000 baş qoyunu, qaramal, at, dəvə sürüləri, çobanları, mehtərləri və s. var imiş). Hacı Abbası sovet hakimiyyəti illərində qolçomaq damğası ilə həbs etmək istəsələr də o sona qədər vuruşaraq hakimiyyətə tabe olmamış, erməni-rus birləşmələri ilə döyüşdə yoldaşları ilə birlikdə həlak olmuşdur (Kəlbəcər yaylaqlarında).

2022-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kəndin təməli qoyulmuşdur.

Coğrafiyası və iqlimi

Pirhəsənli Kəngərli adlanan hər 3 kənddə ancaq Kəngərli tayfasına məxsus əhali yaşayırdı. XX əsrin 90-cı illərinə qədər ailə həyatı qurmaq yalnız tayfa daxilində mümkün ola bilərdi. Belə ki, kənddən qonşu kəndlərə qız vermək və almaq yasaq idi (tək-tük istisna hallar, məsələn, qoşulub qaçma olardısa da, həmin ailənin başçısına dırnaqarası baxılardı). Kənd camaatı qapalı həyat tərzinə üstünlük verirdi. Belə ki, kənd əhalisi özünəməxsus danışıq ləhcəsini hal-hazıra qədər qoruyub saxlamaqdadır (Məsələn, Qarabağ ləhcəsində, azqrammatik dildə və yerli ləhcədə fərqli işlənən bəzi sözləri müqayisə edək: 1.ma—mənə—mə 2.sa—sənə—sə 3.hara—hara—harya 4.bura—bura—bırya 5.araba-araba-harava 6.ora-ora—orya 7.başına-başına-başaa 8.əlimə-əlimə-ələə 9.ayaqqabı-ayaqqabı-əəkqav 10.bu-bu-bı və.s)

Qaraağaclar və Şirvanlı kəndləri ilə qonşu Göytəpə kəndi etnik yerli Qarabağ camaatıdır. Kəngərlilər bu yerlərə gəlmə olduqlarından onlara yerristan camaatı deyirdilər (B.Budaqovun Pirhəsənli-Kəngərlinin Dərələyəz — indiki Ermənistan ərazisində vaxtilə mövcudluğu haqda araşdırmaları bir daha təsdiq olunur). Bəzi araşdırmaçı alim və mütəxəssislərin dediyi kimi, heç də kəngərlilər (söhbət Pirhəsənlidən gedir) Qarabağdan Naxçıvana yox, əksinə, Naxçıvandan və indiki Ermənistan (Dərələyəz) torpaqlarından məlum və ya naməlum səbəblərdən köç edərək Qarabağ ərazisinə hal-hazırkı yaşadıqları ərazilərdə məskunlaşıblar.

Əhalisi

Kəngərli kəndində 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb.

Həmçinin bax

  • Erməni helikopterinin vurulması (2014)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kəngərli (Ağdam) haqqında məlumat. Kəngərli (Ağdam) nədir? Kəngərli (Ağdam) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Procyon

  • Fevral 27, 2026

    Bılıx

  • Fevral 27, 2026

    Xocalı şəhəri

  • Fevral 25, 2026

    Alim Qasımov

  • Mart 01, 2026

    İnstinkt

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst