Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yozef Ernest Renan (fr. Joseph Ernest Renan; 28 fevral 1823[…] – 2 oktyabr 1892[…], V arondisman) — fransız yazıçısı, tarixçi və filoloqu.

Ernest Renan

  • Ana Səhifə
  • Vikipediya
  • Ernest Renan

Yozef Ernest Renan (fr. Joseph Ernest Renan; 28 fevral 1823[…] – 2 oktyabr 1892[…], V arondisman) — fransız yazıçısı, tarixçi və filoloqu.

Ernest Renan
fr. Ernest Renan
Doğum adı Joseph Ernest Renan
Doğum tarixi 28 fevral 1823(1823-02-28)[…]
Vəfat tarixi 2 oktyabr 1892(1892-10-02)[…] (69 yaşında)
Vəfat yeri
  • V arondisman, Paris
Dəfn yeri
  • Monmartr qəbiristanlığı
Təhsili
  • De Frans Kolleci
Fəaliyyəti filosof, tarixçi, yazıçı, professor, arxeoloq, şərqşünas, ədəbi tənqidçi, filoloq, ilahiyyatçı
Fəaliyyət illəri 1848-ci ildən
Əsərlərinin dili fransız dili
Üzvlüyü
  • Fransa Akademiyası (1878),
  • Bavariya Elmlər Akademiyası[d] (1860),
  • Peterburq Elmlər Akademiyası,
  • Macarıstan Elmlər Akademiyası (1859),
  • Rusiya Elmlər Akademiyası,
  • Prussiya Elmlər Akademiyası[d] (1863),
  • Turin Elmlər Akademiyası[d] (1859),
  • Dei Linçei Akademiyası (1876–1883),
  • Dei Linçei Akademiyası (1883)
Mükafatları "Fəxri legion" ordeninin böyük zabit dərəcəsi — 1888 "Roza" imperator ordeni
İmza
Vikimənbənin loqosu Ernest Renan Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Jozef Ernest Renan 1823-cü il fevral ayının 28-də Fransada Bretani şəhərciyində anadan olmuşdur. Atası dənizçi idi və Ernest Renanın 5 yaşı olanda dünyasını dəyişib. Renana böyük bacısı Genrietta daha çox təsir göstərmişdir. O, ölümünə qədər bacısı ilə həm də dost olmuşdur. Onun həyatını kilsəyə həsr etməsini istəyən anası 1838-ci ildə Ernesti ruhani seminariyaya qoymuşdur. O, yerli ruhani seminariyadan daha sonra təhsilini Müqəddəs Nikolay adına Paris Seminarında davam etdirir. Məhz həmin seminariyada dünyəvi ədəbiyyatla tanış olmuşdur. Mişle, Viktor Hüqo, Lamartinin əsərləri onda dərin iz qoymuşdur. 1842-ci ildə o, Müqəddəs Sulpitsiya adına Seminariyanın hazırlıq bölməsinə daxil olmuşdur. Alman fəlsəfəsi ilə tanışlığına baxmayaraq, o əvvəlcə katolik olmuşdur. 1843-cü ildə Müqəddəs Sulpitsiya Seminariyasına qəbul olaraq ilahiyyat üzrə təhsil almağa başlamışdır. Bu seminariyada yəhudi dilini də öyrənmişdir. Təhsil aldığı müddətdə o katoliklikdən protestanlığa yönəldi. 1845-ci ildə din adamı olmaqdan imtina etdi. 1846-cı ildə təhsilini başa vurdu. 1847-ci ildə sami dillərinin tarixi və müqayisəli təhlili ilə bağlı apardığı tədqiqatlara görə Volney mükafatına layiq görülmüşdür. 1848-ci ildə dinin elm olması və insanların problemlərini elmin həll edəcəyi istiqamətindəki düşüncələrini ictimaiyyətə şərh etdiyi "Elmin gələcəyi: 1848-ci ilin düşüncələri" adlı əsərini qələmə alır, lakin bu əsərin onun gələcək taleyi üçün problemlər yaradacağını düşündüyünə görə əsəri 1890-cı ildə, yəni ömrünün sonlarına doğru çap etdirir. Bu əsərlə o, yalnız elmə və ağıla inandığı fikrini ortaya qoyur. O, III Napoleonun Livana göndərdiyi arxeoloji ekspedisiyada iştirak etmişdir. Həmin qazıntılar vaxtı əldə etdiyi materialları Fransaya göndərmişdir. Həyatının şah əsəri "Xristianlığın yaranma tarixi" əsəridir. 1864–1865-ci illərdə Misir, Livan, Suriya, Yunanıstan və Anadoluda xristianlığın əsl təbliğatçısı Saint Pavlusun izlərini araşdırmaq üçün səyahətə çıxır.

Tanınmış fransız tarixçisi, filosofu, yazıçı və şərqşünası Jozef Ernest Renan "İsa peyğəmbər və həvariləri haqqında", "İsanın həyatı", "Müqəddəs Pavel", "Antixrist", "Yəhudi xalqının tarixi" (5 cilddə) və s. kitablarının da müəllifidir. O, 1878-ci ildən Fransız Akademiyasının üzvü olub. 29 mart 1883-cü ildə Sorbon Universitetində "İslam və Elm" adlı məşhur konfransını keçirir. 1884–1892-ci illərdə "Journal Asiatique"nin rəhbəri olub. Həyatının sonlarına doğru "İsrail xalqının tarixi" əsərini yazıb. XX əsrin əvvəllərində Fransa donanmasının hərbi gəmilərindən biri onun şərəfinə adlandırılıb.

Jozef Ernest Renan 1892-ci il oktyabr ayının 2-də Parisdə vəfat etmişdir.

Əsərləri

  • "Elmin gələcəyi: 1848-ci ilin düşüncələri"
  • "İsanın həyatı"
  • "Müqəddəs Pavel"
  • "Antixrist"
  • "Yəhudi xalqının tarixi"
  • "Xristianlığın yaranma tarixi"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ernest Renan haqqında məlumat. Ernest Renan nədir? Ernest Renan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Bibliya

  • Fevral 27, 2026

    Mayk Pens

  • Fevral 12, 2026

    Qırğızıstan

  • Mart 01, 2026

    Astragalus alopecurus

  • Fevral 24, 2026

    Qapı venası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst